26 yan 06:24aktual

Elşad Əhmədov Kvaşukun cavabını verdi


“Bunun səbəbini mətbuata açıqlamaq fikrində deyiləm, onunla bağlı problem idi”
“Sabah”ın sabiq futbolçusu Vitali Kvaşuk bir neçə gün əvvəl Ukrayna mətbuatına verdiyi açıqlamada Elşad Əhmədovla bağlı tənqidi fikirlər səsləndirmişdi. 27 yaşlı futbolçu keçmiş baş məşqçisi ilə mübahisə etdiyini, Əhmədovun onunla məşqlərdə kobud davrandığını, üzərində təzyiq olduğunu bildirib.
Məsələ ilə bağlı Elşad Əhmədovun fikirlərini öyrənmək istədik. “Sabah”ın sabiq baş məşqçisinin Vitalinin söylədiklərinə münasibəti belə oldu: “Təzyiqin olması boş söhbətdi. Komandaya yeni gələndə özünü yaxşı tərəfdən göstərmişdi, tam uyğunlaşmışdı. İlk turlarda yaxşı çıxış edirdi. Sonradan onun formadan düşməsinin səbəbini mən bilirdim, bunu digər məşqçilərə də söyləmişdim. İlk yarının sonuna qədər onun formadan düşəcəyini hiss edirdim. Gözlədiyimiz kimi də oldu, getdikcə formadan düşdü. Bunun səbəbini mətbuata açıqlamaq fikrində deyiləm, onunla bağlı problem idi. Etiraf edirdi ki, özünə bənzəmir. Mənə bunun səbəbi maraqlıdı ki, niyə özünə bənzəmirdi?
Müsahibədə münasibətimiz haqda da danışıb. Mən onunla söhbətimdə “bəli, trener”, “bəli, məşqçi”, “bəli, koç” sözlərindən başqa heç nə eşitməmişəm. Müsahibədə niyə elə dediyini bilmirəm, Vitali elə oğlan deyildi. Ola bilər, jurnalistlər də düzgün tərcümə etməyiblər. O, “Əhmədovu yerinə otuzdurdum” kimi fikir səsləndirib. Amma inanmıram ki, Vitali belə sözlər desin. Formadan düşməsi ilə bağlı günahı özündə axtarmalıydı. Legioner yerli futbolçulardan ikiqat üstün oyun sərgiləməlidi. Tapşırıqlarla bağlı onu aldatdığımı deyib. Təkbətək epizodlarda futbolçu nə etməlidi? Qarşısındakı futbolçunu aldatmalıdı. Digər halda isə ötürmə verməyi bacarmalısan. Orda elə fikirlər səsləndirib ki, bunun səbəbini bilmirəm. Amma Vitali mədəni, qanacaqlı insandı. İnanmıram ki, başqa fikirlə, niyyətlə nəsə deyə. Ola bilər ki, tərcümədə səhv olub. Bizdə də var da belə hallar, nəyisə şişirdərək, üstünə qoyaraq yazmaq. Olsun, eyibi yoxdu”.
AYGÜL
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar