26 yan 05:32aktual

Baş katib həm hörmətsizlik edir, həm də yol göstərir


Həmkarım Anar Xanlarov “feysbuk” hesabında futbol ictimaiyyətinin Azad Həmkarlar İttifaqının rəhbəri Nazim Süleymanovun AFFA prezidenti Rövnəq Abdullayevin adına noyabrın 22-də göndərdiyi müraciətə baş katib Elxan Məmmədovun cavabını paylaşıb. Əlbəttə, bu cavab Məmmədovun yeni yaranan quruma münasibətdə hansı hisslər keçirdiyini çox aydın göstərən dəlildi. Əvvəla, Bakıdan Bakıya göndərilən aktual xarakterli müraciətə yalnız 21 gündən sonra – dekabrın 13-də cavab verilməsi AFFA-nın daxilində bürokratiya meyillərinin hökm sürməsinə işarədi. İkincisi, açıq-aydın hiss olunur ki, bu, baş katibin cavabı deyil. Onun yarı rəsmi, yarı bədii-publisistik üslubda cavab yazmağa nə savadı var, nə də Azərbaycan dili bilikləri.
Cavab məktubunda yer alan, hüquqi ifadələrlə zənginləşdirilən mətləblərdən xəbərdar olan oxucunu bir daha belə müddəalarla “yükləmək” istəmirəm. Aydın məsələdi ki, Məmmədov Süleymanovun təşkilatını, dolayısı ilə azad fikirli, ölkə futbolunun aktual problemlərinin həllini istəyən adamları nə yanında, nə də çalışdığı qurumda görmək istəyir. Ona 300-500 manat müqabilində susan, belə demək mümkünsə, əqidəsini, vicdanın pula satan veteranlar lazımdı ki, belələri də, zatən, Azərbaycan futbolunda çoxdu.
Cavab məktubu məzmunca aşağılayıcı nota köklənib. Məsələn, Məmmədov və ya onun mirzəsi dəfələrlə “təsis olunduğunu bildirdiyiniz təşkilat” ifadəsini işlədir və sanki bundan həzz alır. Unutmayaq ki, bu məktubun ünvanlandığı adam Rusiya çempionu titulunu daşıyan yeganə azərbaycanlı, müstəqilliyin ilk illərində hər cür cəzanı göz önünə alaraq, öz pulu hesabına daim yığmamıza kömək etməyə can atan Nazim Süleymanovdu. Həmin vaxt 13-14 yaşı olan Elxan bəyin bəzi həqiqətləri bilməməsi mümkündü. Amma axı həm AFFA-nın divarları arasında, həm də o binadan kənarda hələ də yaşayan, gerçəklərdən xəbərdar olan adamlar da var. Qoy bilənlər bilməyənə nəyisə bildirsin.
Cavab məktubunun sonlarında isə baş katib lap quşu gözündən vurub. Süleymanova deyir ki, sizin təşkilatın üzvləri Oqtay Abdullayevin rəhbərlik etdiyi Futbol Veteranları İttifaqının fəaliyyəti ilə bağlı mediada tənqidi fikirlər səsləndirirlər və sizi belə məsuliyyətsiz açıqlamalardan çəkinməyə səsləyirik.
Futbolun müyyən qrupun inhisarında olduğunu, rəzil günə salındığını bilirdik. Aha, sən demə, daha bu ölkədə tənqid də yasaqdı. Gərək qəzetlərimizdə və saytlarımızda Azərbaycanın bütün yaş qrupu üzrə yığmalarının oyunu ilə 21-ci əsrdə də olmasa, sümüklərimiz çürüyəndən sonra qitə və dünya dünya çempionatlarının final mərhələsinə qatılmaqla bağlı ümid verdiyini, bu ölkənin futbolunda gülün gülü, bülbülün də bülbülü çağırdığını, Lippert, Stuxlik və Vassarasın futbolumuzun dadına İsa Məsih kimi yetişdiyini yazaq, həqiqətin gözünə kor baxaq, ləyaqətimizi itirək və saxtakar olaq. Olmur, Elxan bəy, olmur, bu nəzəriyyəni hər kəsin üzərində tətbiq edə bilməzsiz. Hamının sizin kimi düşünmək borcu, öhdəliyi yoxdu. Sizin isə Nazim Süleymanovla razılaşmasaz belə, ona ehtiramla yanaşmaq, ünsiyyətdə nəzakət qaydalarını gözləmək borcunuz var. Güman edirəm ki, bir daha bu borcu sizə xatırlatmalı olmayacağıq!
ORXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar