24 yan 12:36aktual

Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var


Əfqan Talıbov: “Mən bu gün futbolun siyasəti ilə məşğul olmalı deyiləm”
Babək Alxasov: “Günümüzün-güzəranımızın pis vaxtında bu bizə lazımdı?”

Bir neçə ay əvvəl Nazim Süleymanovun rəhbərliyi ilə yaradılan Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının sıraları seyrəlməyə başlayıb. Bir neçə gün əvvəl Əfqan Talıbovla Babək Alxasov sözügedən təşkilatdan ayrılıb. Yaradıldığı gündən ittifaqa üzv olan hər iki şəxsin AFFA-dan iş təklifi aldığı, təşkilatdan buna görə ayrıldıqları ilə bağlı xəbərlər yayılıb.
Dünən mütəxəssislərlə əlaqə saxlayıb, ayrılığın səbəblərini öyrəndik. Əfqan Talıbov işləmək istədiyini, amma hələ ki AFFA-dan təklif almadığını bildirdi: “Buna ayrılmaq deməzdim. Ora könüllü üzv olmuşdum, könüllü də azad oldum. Həmkarlar İttifaqı da futbola xidmət edən təşkilatdı. Ordakılar da sabiq futbolçular, futbol ictimaiyyətinin üzvləridi. Sadəcə, mən vaxtımı daha çox başqa işlərə, ailəmə sərf edirəm. 5 ildi işsizəm. Bu gün Həmkarlar İttifaqının hələ ki qeydiyyata alınmaması, bu mənada gecikməsi, müəyyən tədbirlərə dəvət olunmamağımız Azərbaycan futbolunun problemlərində iştirakımızı məhdudlaşdırır. Könüllü olaraq ittifaqın üzvü olmuşdum, 6-7 ay birlikdə olduq. Heç bir problem yoxdu, sadəcə, belə qərara gəldim ki, ayrılım. Hamı çalışır ki, Azərbaycan futbolunun problemlərindən kənarda qalmasın, əksinə həllində iştirak etsin. Biz məşqçiyik, məşqçilik fəaliyyəti ilə məşğul olmalıyıq. Mən bu gün futbolun siyasəti ilə məşğul olmalı deyiləm. İstəmirəm ki, futboldan məşqçi kimi kənarda qalım. O ki qaldı AFFA-dan iş təklifinin olmasına, mənə belə bir təklif gəlməyib. Dəfələrlə Məşqçilər Komitəsinə, AFFA-nın işçilərinə müraciətlərim olub. Ümumilikdə işdən, məşqçilik fəaliyyətindən kənarda qalmışam. İşləməlisən ki, gündəmdə olasan. Faktiki, tədbirlərdə iştirak etmirəm, oyunlara getmirəm. Bunlar mənim mənfi cəhətlərimdəndi. Dəvət olunmuramsa, deməli, özüm də fəallıq göstərmirəm. Belə qərara gəlmişəm ki, artıq fəallıq göstərim. Bizim nə yaşımız var ki, futboldan kənarda qalırıq? Üç-dörd ildi məşqçi kimi fəaliyyət göstərmirəm. Bundan sonra çalışacam ki, tədbirlərə qatılım, stadionlara gedim. Özümü məhdudlaşdırmışam, futboldan kənarlaşdırmışam. Təbii ki, gündəmdə ola bilməsən, heç kimin yadına düşməyəcəksən. Hər insan futbola töhfə verə bilər. O insanlardan biri də mənəm”.
Babək Alxasov isə ayrılığın səbəbini belə əsaslandırdı: “Təyinatı üzrə işləyə, Azərbaycan futboluna xeyir verə bilmədik. Təşkilat hələ qeydiyyatdan keçməyib, tanınmır. Ora elə-belə gedib-gəlməkdənsə, başqa iş görmək daha yaxşıdı. Heç kim təşkilatı tanımır, yaxşı, bəs bunun axırı necə olacaq? Artıq söz-söhbətlər yaranmışdı, iki qurum bir-biri ilə mübarizə aparır. Veteranlar İttifaqı ilə mübahisələr, intriqalar olur. Günümüzün-güzəranımızın pis vaxtında bu bizə lazımdı? Ömrümüzün yarısı da belə mübarizələrlə keçib. Ona görə də bu qərarı verdim. AFFA-dan təklif almışam? Doğru olacaqsa, Allah ağzınızdan eşitsin. Hələ belə məsələ yoxdu. Mənə iş təklif olunmuşdu, Yaşar Vahabzadə (“Kəpəz”in baş məşqçisi – red.) Gəncəyə gedəndə dedi ki, gedək mənimlə, köməkçi məşqçi kimi çalış. Onda bir az ailə problemlərim vardı, bu üzdən təklifi qəbul edə bilmədim. AFFA-dan mənə qarşı heç bir ayrı-seçkilik olmayıb. AFFA-nın Həmkarlar İttifaqının üzvü olarkən, mənə iş təklif olunmuşdu, amma qəbul etmədim. Şəhərdən kənarda olduğu üçün qəbul edə bilmədim. Amma hələ ki başqa təklif olmayıb”.
Yeri gəlmişkən, sabah saat 14.00-da Əhməd Rəcəbli, küçəsi, 2 ünvanında yerləşən “Altus” otelində Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının rəhbərliyi mətbuat konfransı keçirəcək.
RÖVŞƏN DURMUŞOV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar