22 yan 12:14aktual

“Neftçi” Bordinə təzminat ödəyəcək


Komandanı mövsümün sonunadək Füzuli Məmmədov çalışdıracaq
“Neftçi”də gözlənilən istefa gerçəkləşdi. Paytaxt klubu yanvarın 18-də baş məşqçi Roberto Bordinlə yolları ayırdığını açıqladı. Klubun rəsmi açıqlamasında italyan mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi və əsas komandanın müvəqqəti olaraq köməkçi məşqçi Füzuli Məmmədova tapşıldığı bildirildi. Bordinin komandadan göndərilməsindən sonra “ağ-qaralar” fiziki hazırlıq üzrə məşqçi, italiyalı Andrea Vezzu ilə də yolları ayırdı.
İtaliyalı mütəxəssisin istefası gözlənilən idi. 2018-ci ilin iyununda böyük ümidlərlə komandanın “sükanı arxasına” gətirilən 55 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanmışdı. Lakin Bordin ümidləri doğrulda bilmədi. İki il öncə Avropa Liqasının birinci təsnifat mərhələsində Macarıstan “Uypeşt”inə məğlub olaraq (3:1, 0:4) mübarizəni dayandıran “Neftçi” ötən yay üçüncü mərhələdə İsrail “Bney Yehuda”sından zəif oldu (2:2, 1:2).
“Neftçi” rəhbərliyinin Bordini komandaya gətirməkdə əsas məqsədinin çempionatda “Qarabağ”ın hegemonluğuna son qoymaq olduğu güman edilirdi. Lakin italiyalı mütəxəssisin rəhbərlik etdiyi komanda ötən mövsümü ağdamlılardan 8 xal geridə - ikinci pillədə bitirdi. Cari mövsümdə də paytaxt təmsilçisinin çıxışını uğurlu hesab etmək olmaz. Komanda qış fasiləsinə “Qarabağ”dan 6 xal geridə yollanıb. “Neftçi” iki mövsümdü Azərbaycan kubokunda da uğursuzluq yaşayır. Həm ötən, həm də cari mövsümdə komanda turnirin 1/4 finalında “Sumqayıt”a məğlub olmaqla mübarizəni dayandırıb. Ötən mövsüm ilk oyunda öz meydanında 0:2 hesabıyla uduzan flaqman cavab görüşündə 1:0 hesabıyla qalib gəlsə də, bu, mərhələ adlamaq üçün kifayət etməmişdi. Cari mövsüm isə komanda doğma meydanda rəqibinə minimal hesabla məğlub oldu, Sumqayıtda keçirilən oyun isə qolsuz bərabərliklə bitdi.
İtaliyalı mütəxəssis “Neftçi”də ümumilikdə 54 oyun keçirib ki, bunların 30-da “ağ-qaralar” qalib gəlib, 13 oyun heç-heçə, 11 görüş məğlubiyyətlə başa çatıb.
İtaliyalı mütəxəssisin Azərbaycandakı kayerası həm də adının hallandığı qalmaqallarla yadda qaldı. Bordin aqressiv xarakteri üzündən bir neçə dəfə komandasının oyununu texniki zonadan yox, tribunadan izləmək məcburiyyətində qalıb. Tez-tez hakimlərə etiraz edən mütəxəssis həmkarları ilə mübahisələrlə də yadda qaldı. Mütəxəssisin adı “Zirə”nin sabiq baş məşqçisi Samir Abasov, “Səbail”i çalışdıran Aftandil Hacıyev ilə etdiyi mübahisələrlə də xatırlanır.
Bordin komandadan göndəriləndən sonra adamları düşündürən əsas məsələ təzminatla bağlıdı. Mütəxəssisin klubla 6 aylıq müqaviləsi qaldığından, paytaxt təmsilçisi ona təzminat ödəməlidi. Klubun mətbuat katibi Rüstəm Allahverdiyev Bordinə təzminat ödəniləcəyini bildirdi:
“Bəli, Bordinə təzminat ödəniləcək. Müəyyən məbləğ qarşılığında, qarşılıqlı razılıq əsasında onunla müqaviləyə xitam verilib”.
"Neftçi"nin prezidenti Kamran Quliyev isə məsələ ilə “CBC Sport”a danışıb: “Bir neçə gün əvvəl Müşahidə Şurasının qərarı ictimaiyyətə çatdırılmışdı. Amma hadisələrin sonrakı axarı bizim üçün bu addımı atmağa səbəb oldu. Vəziyyət ürəkaçan deyildi. Dostcasına ayrıldıq. Bordin tərəfdən heç bir şərt irəli sürülməyib. Təbii ki, biz hər şeyi izah etdik. Ona gələcək işində müvəffəqiyyətlər arzuladıq, təşəkkürümüzü bildirdik. Hesab edirəm ki, Bordinin dövrü "Neftçi"nin tarixinə, kitabına yazılacaq. Eyni zamanda, bizim təklif etdiyimiz bütün şərtlərə razılıq verdi və onunla vidalaşdıq. Bizim güclü komandamız var. Füzuli müəllim də əlindən gələni edəcək, komandanı daha yaxşı vəziyyətə gətirəcək. Yalnız bundan sonra baş məşqçi barədə söhbət edə bilərik. Bu gün Füzuli Məmmədov baş məşqçimizdi. Yeni çalışdırıcı axtarışında deyilik və komandanı mövsümün sonuna kimi o çalışdıracaq".
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar