18 yan 12:00aktual

Şok iddia: AFFA Qriqorçukla danışıq aparır


“Bu məsələdə münasibət bildiriləsi heç nə yoxdu”
"Astana"dan ayrılan Roman Qriqorçuk yenidən Azərbaycanda çalışa bilər. Bu iddianı Ukraynanın "Dinamomaniya" saytı irəli srüb. Ukraynalı həmkarlarımızın yazdıqlarına görə, 55 yaşlı mütəxəssis hazırda baş məşqçisiz qalan Azərbaycan millisinin “sükanı arxasına” keçməklə bağlı AFFA ilə danışıqlar aparır.
Qeyd edək ki, 2018-ci ilin yayından "Astana"nı çalışdıran Qriqorçuk yanvarın 13-də Qazaxıstan klubundan ayrılıb. Ukraynalı mütəxəssis 2015 -18-ci illərdə "Qəbələ"də işlədiyi müddətdə ardıcıl iki dəfə - 2015/16, 2016/17 mövsümlərində “qırmızı-qaralar”ı Avropa Liqasının qrup mərhələsinə daşıyıb. Bölgə təmsilçisi onun rəhbərliyi altında premyer-liqanın gümüş və bürünc medalçısı olub.
Ukrayna mediasında yazılanlara münasibət öyrənmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. Assosiasiya rəsmisinın cavabı qısa oldu: “Bu məsələdə münasibət bildiriləsi heç nə yoxdu. Heç bir əsası olmayan informasiyadı. Roman Qriqorçukla heç bir danışıq aparılmır”.
Roman İosifoviç “Astana”nı tərk etdikdən sonra Ukrayna mediası hər gün onunla bağlı müxtəlif xəbərlər paylaşır, məşqçi kimi ölkə xaricində, xüsusilə də Azərbaycanda uğurlu nəticələrə imza atdığı vurğulanır. Hər belə xəbərin və ya ona həsr olunan yazı isə “Qriqorçukun yenidən Azərbaycana qayıtmaq ehtimalı böyükdü” cümləsi ilə yekunlaşır. Deyəsən, 55 yaşlı məşqçinin Ukrayna mətbuatında yaxşı dostları var. Belə olmasaydı, Kiyevdən olan həmkarlarımız Qriqorçuk hər dəfə işsiz qalanda onu Azərbycana “ezam etməzdilər”. Sözün həqiqi mənasında Ukraynanın bir neçə idman saytı və nəşri əslən Odessadan olan məşqçinin piar kampaniyasını aparmaqla məşğuldular. Məsələn, 3 gün öncə football.ua portalının Roman İosifoviçə həsr etdiyi geniş yazıda “Qəbələ”nin onun rəhbərliyi altında yeni mərhələyə yüksəldiyi, avrokuboklarda tarix yazdığı bir neçə dəfə vurğulanıb. Qriqorçuku çox bacarıqlı mütəxəssis kimi tanıtmağa çalışan həmkarımız sətiraltı, incə, diplomatik cümələlərlə Azərbaycan futbolunun onun kimi mütəxəssisə ehtiyac duyduğunu qeyd edib. Məhz həmin yazının ardından “Dinamomaniya” odessalı çalışdırıcının AFFA ilə danışıqlar apardığını oxucularının diqqətinə çatdırıb. Ancaq Firuz bəy açıqlamasında qətiyyətlə belə məsələnin olmadığını bildirirsə, deməli, Qriqorçukun Ukraynadakı jurnalist dostları bu dəfə də həmyerlilərini Azərbaycan üzərindən reklam edib, ona yeni iş yeri tapmağa çalışırlar.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar