17 yan 11:59aktual

Bakı metrosunda əcaib irqçilik


Öküzük, özü də Çikaqo öküzü!
Nə az, nə çox – 16 il Bakı Metropoliteninin rəisi vəzifəsində çalışan, bu müddətdə dövlət vəsaitini şəxsi milyonlarına çevirən, sonra də həmin pulun 3 milyonunu ağılsızcasına sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova qapdıran Tağı Əhmədov 2014-cü ildə vəzifədən gedəndən sonra şəhər nəqliyyatının şah damarında durum xeyli yaxşılaşıb, Metropolitenin obrazı dəyişib. Düzdü, Əhmədovun vaxtında olduğu kimi, yenə də Metropolitenin stansiyalarında hansısa səbəbdən qəzet satışına icazə verilmir, bununla da yazılı medianın dolanmaq imkanların ciddi zərbə vururlar. Amma bu gün toxunmaq istədiyim məqam başqadı. Fikir vermisizsə, rəis dəyişikliyindən sonra metro stansiyalarının perronlarında, vestibüllərində, eskalatorların ətrafında maarifləndirici-reklam xarakterli slayd, banner və plakatların sayı artıb. Bunların bəzilərində biznes strukturları reklam olunursa, bəzilərində də adamları, sadəcə, metroda davranış qaydalarına, etikaya əməl etməyə çağırırlar. Təbii ki, qatarlara giriş-çıxışla bağlı bəzi ümumi qaydalar var və Bakı kimi meqapolisin metrosunda bunlara əməl olunmayanda ara qarışır, məzhəb itir. Plakatların məzmununa kimin nəzarət etdiyini bilmirəm, amma bu şəklə baxandan sonra, yəqin, siz də həmin o “kim”insə məsuliyyətini anlamadağını düşünəcəksiz.
...Deməli, gördüyünüz plakatda belə yazılıb: “Yarışlara hazırlaşırsınız? Çox gözəl! Unutmayın ki, metro yarış meydançası deyil”. Qatarı tərk etmək istəyənlərin qarşısını bu yolla almaq istəyinin kobudluqdan başqa bir şey olmadığını ictimaiyyətə çatdırmaq istəyən naməlum müəllif özü bundan da böyük kobudluğa yol verib. Güc tətbiq etməklə qatara daxil olmaq istəyən bəyin əynindəki “Çikaqo Bullz”un yüngül idman geyimidi. Yəni müəllif həmin adama arxasına “öküzlər” yazılan formanı geydirməklə kobudluğuna, bu ifadəyə görə üzr istəyirik, öküzlüyünə işarə vurur. Həmvətənlərimizdən biri öküzə bənzədildi, bu heyvanın özündə hansı əlamətləri daşıdığını isə hər kəs bilir. Təhqir faktı ilə yanaşı, burda aşkar irqçilik elementi də var. Bilməyənlərə xatırladım ki, 1966-cı ildə İllinoys ştatının Çikaqo şəhərində yaranan “Çikaqo Bullz” indi də MBA-da çıxış edir. Bu liqanın tarixində ən nəhəng sülalələrdən biri kimi tanınır, 20-ci əsrin sonlarında 8 il ərzində altı çempionluq qazanıb. Beləliklə, guya orijinallıq etməyə çalışan müəllif həm həmvətənlərimizi “öküz” deyə təhqir edir, həm də öz aləmində ABŞ-ın məşhur basketbol klublarından biri ilə məzələnir.
Gəlin, bir anlıq təsəvvür edək ki, Bakıda yaşayan amerikalılardan hansısa birinin metroya yolu düşür. Təbii ki, “Çikaqo Bullz”un formasını yaxşı tanıyan həmin adam bu plakatın məzmunu ilə maraqlanacaq. Güman edirəm ki, o qədər adamın arasından ingilis dilini bilən biri tapılacaq və qonağa belə deyəcək: öz vətəndaşlarımızın vaqonlara öküz kimi girib-çıxdığını vurğulamaq üçün bu yekəpərə “Çikaqo Bullz” forması geydirmişik. Heç şübhəsiz, elə həmin anda Semin gözləri təəccübdən kəlləsinə çıxacaq. Amma biz bilməyəcəyik ki, o, bir millətin rəssamının öz soydaşını öküz qiyafəsində görməsindən şoka düşüb, yoxsa “Çikaqo Bullz”un belə ucuz reklama alət edilməsindən?
...Ümid edirəm ki, stansiyalarda asılan reklam xarakterli materialların məzmununa görə məsuliyyət daşıyan Bakı Metropoliteninin müvafiq strukturları bu yazını oxumağa imkan tapacaq, bizə düz-əməlli izahat verəcəklər.
HUŞƏNG
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar