08 yan 11:07aktual

Bordinin taleyinə bu gün aydınlıq gəlməlidi


“Neftçi”nin yoldaşlıq görüşləri canlı yayınlana bilər
Bu dəqiqə təkcə “Neftçi”sevərlər yox, kluba rəhbərlik edənlər, futbolçular, hətta baş məşqçi Roberto Bordin özü də gözləmə mövqeyindədi. Artıq xeyli müddətdi hamının gözü yolda, qulağı səsdə olsa da, hər hansı rəsmi məlumat yoxdu. Təbii ki, söhbət italyan mütəxəssisin ölkəmizdəki taleyindən gedir.
Bordinin komandaya rəhbərlik etdiyi son ilyarımda qazanılan nəticələr klubdakı əsas söz sahiblərini razı sala bilməz. “Ağ-qaralar” titula həsrətdi və çox güman, cari mövsüm də həsrət qalacaq. Avroliqada “Bney Yehuda”ya yenilgi isə uzun müddət unudulmayacaq. Başbilənlər onu göndərmək niyyətindədi. Sadəcə, təzminat məsələsi sümük olub, boğaza ilişib.
Ötən ilin son həftəsində klubdaxili iclas keçirilməli, Müşahidə Şurası Bordinlə bağlı qərar verməliydi. Baş tutmadı. Səbəb isə kluba maliyyə ayıran şəxslərin daha vacib işlərinin olması, buna görə də “Neftçi”nin ikinci planda qalmasıdı. Yəni ARDNŞ-də əyləşənlərin neftlə bağlı önəmli işləri var deyə, komandaya könül verənlərin gözlərini yolda qoyublar.
Artıq yanvarın yeddisidi. Komandaların, demək olar, hamısı qış hazırlığına start veriblər. Lakin “Neftçi”nin baş məşqçi məsələsi hələ də açıq qalıb. Qalacaq, yoxsa göndəriləcək? Göndəriləcəksə, yerinə kim dəvət olunacaq? İclas nə vaxt baş tutacaq? Bu və başqa suallara klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə söhbətdə aydınlıq gətirməyə çalışdıq: “Bu məsələ ilə bağlı sizə nəsə deməkdə çətinlik çəkirəm. Hazırda bazadayam, işə gəlmişəm. Amma baş məşqçi mövzusunda hansısa yenilik yoxdu. Çox güman, sabah (bu gün) axşama qədər bir xəbər olar. Klub prezidenti Kamran Quliyev özü də bu dəqiqə ARDNŞ-dədi. Məndə məlumat olan kimi bu haqda ictimaiyyətə xəbər veriləcək”.
Allahverdiyev konkret fikir bildirməkdə çətinlik çəksə də, təpənin o tərəfini görmək çətin olmamalıdı. Klubdakı əsas söz sahibləri Bordini göndərmək istəsəydilər, lap dəqiq desək, göndərə bilsəydilər, məsələ indiyə qədər həllini tapardı. Əcnəbi mütəxəssisin müqaviləsinin müddətinin qalan 5 ayına qarşılıqlı razılıq əsasında xitam vermək üçün tutarlı məbləğdən keçmək lazım gəlir. Sponsorları tələsik addım atmaqdan ehtiyatlandıran da budu. Ona görə də Bordinin postunda qalacağı ağlabatan görünür. Öz aramızdı, gedən adam indiyə qədər gedərdi.
Madam ki, yeni ilin ilk günləridi və həmsöhbətimiz Rüstəm Allahverdiyevdi, deməli, həm də başqa bir mühüm mövzuya toxunmaq lazım gəlir. Xatırlayırsızsa, təxminən 2 ay əvvəl “Neftçi” TV-nin nə vaxt fəaliyyətə başlayacağı haqda klubun sözçüsünün fikirlərini öyrənmişdik. Rüstəm bəy bu yöndə işlərin görüldüyünü demiş, böyük ehtimalla 2019-un sonuna qədər test yayına başlanılacağını bildirmişdi. İl sona çatsa da, nə test yayın gördük, nə də bununla bağlı başqa nəsə. Allahverdiyev bu dəfə də konkret məlumat verə bilməyəcəyini dedi: “Bu yöndə işlərimiz davam etməkdədi. “Bakcell Arena”da “Neftçi” TV-nin fəaliyyəti üçün işlərə başlanılıb. Studiya, televizorlar, avadanlıqlar, montaj otağı – bunlar tam hazır olmalıdı ki, işə başlanılsın. İnşallah, ən yaxın zamanda fəaliyyətə başlayacağıq. Bu dəqiqə ən vacib amil studiyanın tam istədiyimiz formada hazırlanmasıdı. Proses başa çatandan sonra “yutub” üzərindən yayına başlayacağıq. Nə vaxt? Dediyim kimi, ən qısa müddətdə. Çünki sırf məndən asılı olan iş deyil”.
“Ağ-qaralar” da digər premyer-liqa təmsilçiləri kimi çempionatın ikinci yarısına Antalyada hazırlaşacaq. Qardaş ölkədə əsas hədəf əcnəbi komandalarla yoldaşlıq görüşlərinin keçirilməsidi. Maraqlıdı, bakılıların sınaq matçları canlı yayınlanacaq? Allahverdiyev bu mövzuda da dəqiq söz deyə bilmədi: “Canlı yayın məsələsini həll etmişik, heç bir problem yoxdu. Bircə qalır baş məşqçinin razılığı. Baş məşqçi yayında problem görməsə, oyunlar “yutub” kanalı vasitəsi ilə təqdim olunacaq. Həmçinin aşağı yaş qruplarından ibarət komandalarımızın oyunlarının da canlı yayınlanması gündəmdədi”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var Bu gün, 12:35 Almeyda Şeferin komandasında oynayacaq Bu gün, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi Bu gün, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı Bu gün, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu Bu gün, 12:29 “Neftçi”də ispan məşqçi Bu gün, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” Bu gün, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi Bu gün, 12:20 “Zirə” Krnetanı qaytardı Bu gün, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü Bu gün, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı Bu gün, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir Bu gün, 12:07 Rüfət Dadaşovu qınayırlar... Bu gün, 12:05 2020-ci ildə ilk heç-heçə Bu gün, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... Bu gün, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Bütün xəbərlər
Ən çox oxunanlar