08 yan 10:50aktual

İl yeniləndi, dekadanın acıları unudulmadı


Futbol adamları 10 ili 10 cümlə ilə anlatdı
2019-un tarixə qovuşmasıyla ölkə futbolu üçün daha bir onillik geridə qaldı. Təbii ki, 21-ci əsrin 2-ci dekadasında daha yaxşı nəticələr gözləyirdik. Amma umduğumuzu görmədik, arzular suya düşdü. Maraqlıdı, bu sahənin biliciləri son onilliyin yekunlarıyla bağlı nə düşünürlər? Onlara konkret sualla müraciət etdik: “Azərbaycan futbolu üçün bütöv bir onillik – dekada arxada qaldı. Bu 10 ili 10 cümlə ilə necə xarakterizə edə bilərsiz?”
Tahir Süleymanov: “Son onilliyə qiymət vermək üçün "2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramına nəzər yetirmək lazımdı. Hər sahədə bünövrənin möhkəm qurulması mütləq şərtdi və ilk 5 il ərzində yaradılan şəraitə uyğun ciddi təməl qoyulmalıydı. Təəssüf ki, bu baş vermədi. 10 illik dövrdə yeganə uğur və təsəlli "Neftçi"dən başlayaraq "Qarabağ", "Qəbələ"nin xəyal görünən qrup yolları idi. Mənfi, dözülməz anlar, yaralar, futbola vurulan sağalmaz zərbə "Xəzər Lənkəran", "Bakı", "Simurq" və başqa klubların dağılması oldu. Yığmaların çıxışları, nəticələri10 ildə futbolun hansı səviyyədə idarə olunmasının əyani göstəricisidi. Birmənalı şəkildə Azərbaycan futbolu indiki durumda olmamalı, 8 komandalı "Bakı birinciliyi"nə möhtac qalmamalı idi. Təzadlı məqamlardı, bir tərəfdən gənclər arasında Avropa çempionatı, Avroliqa finalı, digər tərəfdən futbolun tənəzzülü, çöküşü. Bu yarışların və klublarımızın qrup uğurları fonunda ölkədə futbol bumu yaşanmalı idi. Bunun əvəzində paytaxtda boş tribunalar önündə oyunlar, bölgə futbolunun məhvi, Yevlax, Lənkəran, İmişli, Zaqatalada inşa edilmiş müasir stadionların, "Bakı"nın bazasının, futbol infrastrukturunun baxımsız hala düşməsi…”

Aslan Şahgəldiyev: “Futbolda qalib gəlmək varsa, məğlub olmaq da var. 10 il ərzində qalib də gəldik, məğlub da olduq. Yəni həm müsbət, həm də mənfi məqamlar oldu. Müsbət məqamları qeyd etsək, deməliyik ki, təşkilatçılıq, infrastruktur baxımından futbolumuz xeyli irəlilədi. Yaxşı təcrübə qazandıq. U-17-lər, qadınlar arasında dünya çempionatının, eləcə də Avropa Liqasının finalının Bakıda keçirilməsi, Avropa çempionatının 4 oyununun ölkəmizə həvalə olunması təbliğat, turizm, təcrübə qazanmaq baxımından uğurlu oldu. Bundan əlavə, “Neftçi”, “Qarabağ”, “Qəbələ”nin Avropa Liqasının qrupuna yüksəlməsi, xüsusilə “Qarabağ”ın ilk dəfə Çempionlar Liqasının qrupuna düşməsi böyük uğurdu. Klublarımızın bu uğurlarının sayəsində çempionatımızın UEFA reytinqində 23-ci yerə kimi yüksəlməsi müsbət məqamlardandı. Mənfi məqamlar isə, futbol dili ilə desək, məğlubiyyətlərimizdi: futbolu biznes sahəsinə çevirə bilməməyimizi, klubların gəlirinin olmaması, sponsorların xərclədiyi pulun heç olmasa, bir hissəsini geri qaytara bilmədiyinə görə komandaların dağılması... Çempionatda cəmi 8 komadanın qalması, regionda komandaların sayının azalması, divizionun əvəzedicilərlə birləşdirilməsi, milli komandaların uğursuz çıxışı mənfi, məğlub olduğumuz məqamlardı”.
Səbuhi Səfiyarlı: “Son 10 ilə qiymət vermək üçün Dövlət Proqramının qəbul olunduğu 2005-ci ildən bu yana baxmaq daha düz olardı. Cünki ondan əvvəlki periodda inkişaf üçün çox vacib amil olan maliyyə çatısmırdı. 2005-ci ildən bu proses başladı, amma kadr çatışmazlığı, futbolumuzun neçə illərdi qələbələrə “ac” olması səbəbindən ən asan yol - pul ver, oyunçu gətir, nəticə qazan - seçildi. Duzdu, həmin 5 il ərzində elə də güclü nəticələr olmadı və son 10 illə müqayisədə də həmin 5 ildə fərqli iş görülmədi. Statistika bizə bu onillik dövrün az qala hər ilində klublarımızın Avropa yarışlarında qrupda oynadığını göstərməklə inkişafa işarə edir. Amma burda bizim futbolun inkişafıyla bərabər UEFA-nın apardığı islahatlar da rol oynadı. Ümumi götürsək, futbolumuzun gözlənilən səviyyədə inkişaf etdiyini demək olmaz. Cunki maliyyənin imkan verdiyi səviyyədə futbolun özülu qoyulmadı, birbaşa üst mərtəbələrin “tikintisi” başladı. Ona görə də 10 il əvvəl olduğu kimi, yenə uşaq futbolu axsayır, yenə savadlı uşaq məşqçiləri çatışmır, yenə xaricdə futbolumuzun yetirmələri oynamır, yıgmamız yenə sonuncu yeri tutmamaq üçün mübarizə aparır, aşağı yaş qrupu üzrə yığmalarda yenə oyunçu çatışmır...”
ORXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var Bu gün, 12:35 Almeyda Şeferin komandasında oynayacaq Bu gün, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi Bu gün, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı Bu gün, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu Bu gün, 12:29 “Neftçi”də ispan məşqçi Bu gün, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” Bu gün, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi Bu gün, 12:20 “Zirə” Krnetanı qaytardı Bu gün, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü Bu gün, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı Bu gün, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir Bu gün, 12:07 Rüfət Dadaşovu qınayırlar... Bu gün, 12:05 2020-ci ildə ilk heç-heçə Bu gün, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... Bu gün, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Bütün xəbərlər
Ən çox oxunanlar