03 yan 10:48aktual

Cəfərquliyevlə Həsənov AFFA-nın qərarıyla razılaşmır

Cəfərquliyevlə Həsənov AFFA-nın qərarıyla razılaşmır
“Allah onun bəlasını versin, bizi niyə odun içinə atıb, hələ də başa düşmürəm”
Nəticəsi öncədən razılaşdırılan oyunlarda iştiraka görə futboldan uzaqlaşdırılan futbolçuların, klub rəsmilərinin siyahısı gündən-günə genişlənir. Ötən həftənin cümə günü AFFA xoşagəlməz olaylarda şübhəli bilinən daha 10 nəfərin “qələmini qırdı”. Siyahıda yer alanlar arasında karyerasını davam etdirənlər də var, butslarını mıxdan asanlar da. Emin Cəfərquliyev də məhz belələrindəndi. Artıq xeyli vaxtdı yaşıl meydanlarda görünməyən Cəfərquliyev hazırda başqa sahədə çalışsa da, assosiasiya rəhbərliyi onun adını da “qara siyahı”ya salıb.
Yaşananlara münasibət bildirməsi üçün Eminlə əlaqə saxladıq. Verilən qərardan məyusluğunu gizlətməyən Cəfərquliyev günahsız olduğunu söylədi: “Mən artıq səhv etmirəmsə, 2 ildi karyeramı başa vurmuşam. Futboldan uzaq düşdüyüm halda adımın oyun alğı-satqısında hallanması özümə də qəribə gəldi. Məsələ ilə bağlı məni AFFA-ya dəvət edib izahat aldılar. Orda da bildirdim ki, “Binə” də çıxış etdiyim zaman ola bilsin, kimlərsə belə işlərlə məşğul olub. Ancaq mən heç vaxt oyun alğı-satqısında, nəticənin əvvəlcədən razılaşdırılmasında iştirak etməmişəm. Günahım olmadan ömürlük futboldan uzaqlaşdırılmağım haqsızlıqdı. Hələ ki araşdırmalar davam edir. İnanıram ki, günahsız olduğum üçün bu qadağa üzərimdən götürüləcək”.
Cəfərquliyevdən fərqli Orxan Həsənov cari mövsümdə də çıxış edib, futbolçu uzun müddətdi MOİK-in kapitan sarğısını daşıyır. O da qərardan narazı qaldığını dedi: “AFFA-nın məlum qərarı ilə bağlı məhkəməyə apellyasiya şikayəti vermişəm. Bu üzdən istəmirəm geniş açıqlama verim. Məhkəmə qərarını verəndən sonra fikirlərimi bölüşəcəm. Hər şey ötən mövsümlə bağlıdı. Biz çempion olmuşuq və bütün görüşləri qalib kimi başa vurmuşuq. İzahatı alınanlardan biri bizə uduzduqları matçla bağlı nəsə deyib. Özləri aləmi qatıblar bir-birinə, istəyirlər ki, bizə də çamur atsınlar. Mən qalib gələn komandanın üzvüyəmsə, nəyə görə adım belə xoşagəlməz olayda hallanmalıdı? Allah onun bəlasını versin. Ad çəkmək istəmirəm. Sadəcə, bizi niyə odun içinə atıb, hələ də başa düşmürəm. Qurunun oduna yaş da yanır. İnşallah, inanıram ki, məhkəmə haqq-ədaləti bərpa edəcək və mənim günahsız olduğumu təsdiqləyəcək”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var Bu gün, 12:35 Almeyda Şeferin komandasında oynayacaq Bu gün, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi Bu gün, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı Bu gün, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu Bu gün, 12:29 “Neftçi”də ispan məşqçi Bu gün, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” Bu gün, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi Bu gün, 12:20 “Zirə” Krnetanı qaytardı Bu gün, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü Bu gün, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı Bu gün, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir Bu gün, 12:07 Rüfət Dadaşovu qınayırlar... Bu gün, 12:05 2020-ci ildə ilk heç-heçə Bu gün, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... Bu gün, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Bütün xəbərlər
Ən çox oxunanlar