30 dek 20:55aktual

“Azərbaycandan gələn təklifləri gözdən keçirmək fikrim yoxdu”


Fərid Nəbiyev “Slaviya”da qalıb-qalmayacağına dair qərar verməyib
Azərbaycanlı futbolçuların legioner həyatı yaşamaqda maraqlı olmaması, karyeralarını vətəndə davam etdirməsi daim müzakirə olunan mövzulardan biridi. İstənilən mütəxəssisə, futbol veteranına “bu qədər diqqət və qayğının qarşılığında Azərbaycan futbolu niyə inkişaf etmir” sualını ünvanladıqda ilk növbədə uşaq futbolunda diqqət ayırmağın vacibliyini vurğulayıb, ardınca yerli oyunçuların ölkə xaricinə yollanmamağını xüsusi vurğulayırlar. Onların sözlərində həqiqət payı az deyil. Ancaq yerli oyunçular arasında elələri də var ki, gənc olmalarına baxmayaraq, artıq neçə ildi legioner həyatı yaşayırlar.Onlardan biri də hazırda Çexiyada çıxış edən Fərid Nəbiyevdi. Praqa “Slaviya”sının ikinci komandasının şərəfini qoruyan Fərid qış fasiləsindən yararlanaraq vətənə dönüb. Fürsətdən istifadə edib “Qəbələ” Futbol Akademiyasının yetirməsi ilə söhbətləşdik.
- Qış fasiləsini Azərbaycanda keçirdiyindən belə düşünmək olar ki, vətən üçün darıxmısan.
- İlin çox hissəsini Azərbaycandan kənarda keçirdiyim üçün fasilədən istifadə edib istirahəti doğma vətəndə keçirməyə üstünlük verirəm.
- “Slaviya”da işlərin necədi?
- Şükür Allaha, hər şey qaydasındadı. Praqa klubunun ikinci komandasında müntəzəm çıxış edirəm, məşqçilər korpusu xidmətimdə maraqlıdı.
- Cari mövsümdə artıq 6 qol vurmusan. Ötən “futbol ili”ndə də məhsuldarlığın heç də pis deyildi. Buna baxmayaraq, hələ də “Slaviya”nın əsas komandasına dəvət olunmursan. Bunun səbəbini bilmək istərdik.
- Hər bir klubda olduğu kimi, “Slaviya”da da bu cür məsələlərə baş məşqçi qərar verir. Mən artıq nə deyə bilərəm? Futbolçu kimi işim meydana çıxıb üzərimə düşən işi yerinə yetirməkdi.
- Bununla bağlı əsas komandanın baş məşqçisi ilə söhbət etmisən?
- Baş məşçqçi ilə yox, məşqçilər korpusunda yer alanlarla danışmışam. Onlar da mənə zamanımı gözləməyi tövsiyə ediblər. “Slaviya” Çexiyanın ən köklü və titullu klublarından biridi. Daim çempionluq uğrunda mübarizə aparır. Komanda bu mövsümdə də qış fasiləsinə lider kimi yollanıb. Bildiyiniz kimi, şərəfini qoruduğum klubun əsas komandası cari avrokubok mövsümündə Çempionlar Liqasında çıxış edirdi. Deməyim odu ki, əsas komandanın baş məşqçisi daha təcrübəli oyunçulara oynamaq şansı yaradır. Bu da iddiadan irəli gələn bir şeydi.
- Səndən başqa ikinci komandada legioner var?
- Bəli, məndən başqa daha 3 legioner var ki, onlar da Bosniya, Serbiya və Braziliyanı təmsil edirlər.
- Necə düşünürsən, azərbycanlı gənclərin sənin kim legioner həyatı yaşamasına nə mane olur?
- Mən hamının adından danışa bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, ola bilsin, çoxları ölkədən kənara çıxmağa çəkinir. Dil problemi, məskunlaşma, yeni klubda özünə yer etmək kimi ilk baxışdan çətin görünən, əslində heç də çətin olmayan məqamlar bəlkə də onları qorxudur. Ancaq belə nüanslardan çəkinmək lazım deyil. Vaxt keçdikcə hər şey yoluna düşür.
- Praqada olduğun müddətdə çex dilini tam mənimsəmisən?
- Təxminən 40-50 faiz bilirəm. Bu da mənə komanda yoldaşlarımla əlaqə qurmağa, məişət məsələlərini həll etməyə yardım edir. Futbolun dili hər yerdə eynidi. Sadəcə, məşqçilərin səndən nə istədiyini, verilən tapşırıqları başa düşmək üçün çıxış etdiyin ölkənin dilini öyrənməli və ən vacibi, yerli mentallığı bilməlisən. Əks halda sənə çətin olacaq.
- “Slaviya” ilə müqavilənin müddəti 2020-ci ilin yayında başa çatır. Yaya qədər gözləmək fikrindəsən, yoxsa qış fasiləsində hansısa kluba yollanmaq variantı var?
- Əslində bu işlərlə agentim Vaqif Heydərli məşğul olur və ən dolğun cavabı ondan ala bilərsiz. Ancaq məndə olan məlumata görə, Çexiya klubları arasında xidmətimdə maraqlı olanlar var. İndi deyə bilmərəm ki, “Slaviya”da qalacam və ya başqa kluba icarəyə yollanacam. Hər şey agentimin aparacağı danışıqlardan asılıdı.
- Klub sənin üçün ayrıca ev tutub, yoxsa bazada qalırsan?
- İkinci komandada olan legionerlər və Çexiyanın başqa şəhərlərindən olan oyunçular bazada məskunlaşıb. Yerlə və qidalanma ilə bağlı heç bir problem yoxdu. Hər şey normaldı.
- Praqada çox sayda azərbaycanlılar var. Onlarla görüşürsən?
- Onu düz vurğuladız ki, Çexiyada, xüsusilə də Praqada həmvətənlərimizin sayı yetərincə çoxdu. Ali təhsil alanlarla yanaşı, iş adamları da var. Boş vaxtlarımı əsasən azərbaycanlı tələbələrlə keçirirəm. Onlarla tez-tez görüşürəm.
- Bəs onlar sənin oyunlarına gəlirlər?
- Bəli, ev oyunlarımızda stadiona gəlib mənə və çıxış etdiyim komandaya dəstək verirlər.
- Bəzi Çexiya klublarının maraq dairəsində olduğunu bildirdin. Avropanın başqa ölkələrindən və ya Azərbaycandan təklif gəlsə, dəyərləndirərsən?
- İstənilən halda karyeramı ölkədən kənarda davam etdirmək niyyətindəyəm. Odu ki, Azərbaycandan gələn təklifləri gözdən keçirmək fikrim yoxdu. Ancaq Çexiyadan Avropanın başqa ölkəsinə yollana bilərəm. Sadəcə, indiki durumda bu ölkəyə uyğunlaşdığımdan hələ ki burdan gələn təkliflərə daha real yanaşmağı düşünürəm. Ancaq ölkəni dəyişmək də istisna olunmur. Hər şey agentimin apardığı danışıqlardan asılıdı.
- Çexiyada ikinci komandada oynyan oyunçuların maaşı nə qədərdi?
- Başqa klublardan xəbərim yoxdu. “Slaviya”nın B komandasında əməkhaqqı 500-800 avro aralığındadı.
- Sən həm də U-21-in üzvüsən. Gənclər yığmasının qrupdakı çıxışından razı qaldın?
- Məncə, nəticələrimiz daha yaxşı ola bilərdi. Təbii ki, Lixtenşteynə ilk oyunda məğlubiyyət bizə başucalığı gətirmir. Ancaq evdə Slovakiyaya, Lixtenşteynə qalib gəldiyimiz oyunlarda heç də pis təsir bağışlamadıq. İsveçrəyə məğlub olsaq da, komanda çox yaxşı çıxış etdi, rəqibdən üstün oyun sərgilədik. Fikrimcə, qarşıdakı oyunlarda daha yaxşı təsir bağışlayıb xal ehtiyatımızı artıra biləcəyik. Ola bilsin, ilk görüşdə səfərdə Lixtenşteynə təsadüfi məğlubiyyət sonrakı oyunlarda çıxışımıza təsir göstərdi. Həmin matçdan sonra bütün kollektiv məyus olmuşdu. Onlar heç nədən bizə bir qol vurub qalib gəldilər. Halbuki həmin qarşılaşmada üstünlük tam biz tərəfdə idi və xeyli sayda qol şansından yararlana bilmədik, şanssızlıqla üzləşdik.
- Artıq 2019-cu il il başa çatır. Fərid özü üçün bu ili uğurlu, yoxsa uğursuz sayır?
- Məncə, narazı qalmağıma heç bir əsas yoxdu. 2018/19 mövsümündə meydana çıxdığım 25 oyunda rəqib qapısından 19 qol keçirdim. Bu il isə yuxarıda vurğuladığım kimi 6 qol vurmuşam. Klubda işlərim pis getmir. Ancaq 2020-ci ildən çox şey gözləyirəm. İnanıram ki, yeni ildə daha üst səviyyədə çıxış edən komandanın şərəfini qoruyub karyera baxımından irəli addım atmış olacam.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var Bu gün, 12:35 Almeyda Şeferin komandasında oynayacaq Bu gün, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi Bu gün, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı Bu gün, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu Bu gün, 12:29 “Neftçi”də ispan məşqçi Bu gün, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” Bu gün, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi Bu gün, 12:20 “Zirə” Krnetanı qaytardı Bu gün, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü Bu gün, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı Bu gün, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir Bu gün, 12:07 Rüfət Dadaşovu qınayırlar... Bu gün, 12:05 2020-ci ildə ilk heç-heçə Bu gün, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... Bu gün, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Bütün xəbərlər
Ən çox oxunanlar