30 dek 11:01aktual

Aftandil Hacıyev: “Elə oyunçular var ki, 3-4 aydı pul ala bilmirlər”


“Səbail”in autsayder olmasında hakimlər də rol oynayıb
Ötən mövsüm bürünc medallara yiyələnən “Səbail” hamını yaxşı mənada təəccübləndirməyi bacarmışdı. Düzdü, “dənizçilər” Avroliqanın təsnifat mərhələsini keçə bilmədilər. Ancaq komandanın çıxışı müsbət reaksiyalar toplaya bilmişdi. İşlərin yaxşı getdiyi vaxtda klubdakı maliyyə problemləri bir anda hər şeyi alt-üst etdi. Elə təsadüfü deyil ki, ötən ilin bürünc medalçısı bu gün qış fasiləsinə sonuncu pillədə yollanıb. Açığı, bundan sonra da komandadakı vəziyyətin düzələcəyi inandırıcı deyil. Çünkü hər keçən gün “Səbail” daha da zəifləyir. Artıq “dənizçilər”in əsas oyunçularından olan Ağabala Ramazanov da komandanı tərk edib. İstedadlı futbolçu fasilədən sonra “Zirə”nin uğurları üçün meydanda tər tökəcək. “Səbail”in gələcəyi və ümumilikdə komandanın yanvardan sonra necə plan cızacağı barədə baş məşqçi Aftandil Hacıyevlə danışdıq.
- İstərdik əvvəlcə mövsümün ilk yarısını dəyərləndirəsiz.
- Yaydan bəri bəlli problemlərlə bağlı sıxıntılarımız oldu. Üçüncü yeri tutduqdan sonra komandanı 10-dan çox futbolçu tərk etdi. Heç birini saxlaya bilmədik, halbuki aralarında istədiyim oyunçular var idi. Avroliqa üçün qısa müddətdə yeni bir komanda formalaşdırmağa çalışdıq. Məncə, mərhələ keçə bilməsək də, layiqincə çıxış etdik. Ondan sonra yenə komandanı tərk edən oyunçular oldu. Ancaq mövsümə başqa komandalardan daha tez başladığımız üçün çempionata pis start vermədik. İlk dövrədə üst pillələrdə qərarlaşdıq. Ancaq sonradan heyətdəki rəqabətsizlik, maliyyə sıxıntısı çıxışımıza təsir etdi. Bu da ikinci dövrədə açıq-aşkar hiss olundu. Təbii ki, zəif oyunlarımız da oldu, bunu yalnız motivasiya ilə əlaqələndirsəm, doğru olmaz. Ancaq yaxşı oynadığımız qarşılaşmalar da var idi. Xal baxımından ilk dövrədə 10 xall toplasaq da, ikinci dövrədə cəmi 2 xal yığa bildik. Amma bu gün sonuncu pillədə qərarlaşmağımızda hakimlərin də ədalətsizliyi rol oynadı. Altıncı pillədə olanda “Keşlə”yə vurduğumuz təmiz qol sayılmadı. Həmçinin kubokun 1/4 finalının “Zirə” ilə cavab matçında da təmiz qolumuzu qeydə almadılar. Yoxsa indi yarımfinaldaydıq. Ancaq ümumilikdə rəqiblərlə müqayisədə bu çıxışımız gözlənilən idi.
- Təxminən iki ay öncə “Səbail”dəki maliyyə problemi ilə bağlı oyunçuların fikirlərini öyrənmişdik. Danışdırdığımız futbolçular əməkhaqqının vaxtında verildiyini deyirdilər. Belədisə, çıxışlarında niyə eniş olub?
- Baxır kimdən soruşmusuz. Ola bilər ki, onlarda bir-iki ay gecikmə olub. Ancaq elə oyunçular var ki, 3-4 aydı pul ala bilmirlər. Hətta bu gün də evinə pulsuz gedən futbolçular var. Bunların arasında həm yerli, həm də legioner var. Ümumiyyətlə, klubda belə problem var. Düzdü, rəhbərlik problemi həll etmək üçün çalışır. Ancaq yenə də komandanı hazırlamaq çətindi. Özünüz düşünün, birinə pul verilsin, digərinə verilməsin. Belə olmaz axı.
- Heç bununla bağlı klub rəhbərliyi ilə söhbətiniz olub?
- Təbii ki, olub. Vəziyyət elədi ki, biz Avroliqaya hazırlaşanda fərqli büdcə deyilmişdi, sonradan fərqli oldu. Hətta bəzi oyunçularla müqavilənin müddətini artırmışdıq çempionat davam edərkən. Artıq bu oyunçuların pulunu azaltmaq çətindi. Bir o qalıb ki, kim istəyirsə, klubu tərk edə bilər.
- Artıq Ağabala Ramazanov da komandanı tərk edib. Maraqlıdı, yanvardan sonra klubun istiqaməti necə olacaq? Yeni oyunçular gələcək?
- Hazırda gedən futbolçuların yerini doldurmaq barədə müzakirələr aparırıq. Böyük ehtimalla aşağı məbləğə oyunçular baxışa çağırılacaq. Bunlar yerli və ya əcnəbi ola bilərlər. Açığı, hazırda komandanın güclənməsi barədə düşünmürük. Çünki indiki heyəti qoruyub saxlamaq belə çox çətindi.
- Bəs özünüz nə düşünürsüz? Komandadan ayrılmaq fikriniz var?
- Açığı, rəhbərliyə getməyimi təklif etmişəm. Demişdim ki, bəlkə başqa mütəxəssislə davam edəsiz. Ola bilər ki, başqa biri gəlib komandanı bu vəziyyətdən çıxaracaq. Ancaq rəhbərlikdən mənə bunun ümumi problem olduğunu və davam etməyimi bildirdilər. Klubla müqaviləm var. Sonradan mən də istəmədim ki, komandanı bu vəziyyətdə buraxıb gedim.
- Komanda premyer liqada sonuncu pillədə qərarlaşıb, kubok da əldən çıxıb. “Səbail” indiki durumu ilə yanvardan sonra hansı hədəflər uğrunda mübarizə aparacaq?
- Mümkün qədər yaxşı hazırlaşmağa çalışacağıq. Qış təlim-məşq toplanışını Antalyada keçirəcəyik. Bu gün ilk üç pillədə yer almaqla avrokuboklara vəsiqə qazanmaq olur. Təbii ki, çempionatdakı bütün komandalar bunu əldə edə bilməzlər. Üstəlik, bütün rəqiblər açıq-aşkar avrokubok hədəflərinin olduğunu bildiriblər. Aralarında bəlkə tək bizik ki, belə bir hədəf qarşımıza qoyulmayıb. Qoyulsaydı, əlimizdəki oyunçuları saxlamalıydıq. Ancaq bu vəziyyətdə belə yığdığımız 12 xal bizə müəyyən ümid verir. Hazırda 4-cü pillədən 6 xal geridəyik. Bunun üçün mübarizə aparmaq olar. Ancaq təbii ki, heyətdən çox şey asılı olacaq.
- Hətta “Səbail”in fəaliyyətini dayandıracağı haqda söz-söhbət dolaşır. Proseslərin axarından ağlınız nə kəsir? İddialar doğru ola bilər?
- Hələ ki “Səbail” yaşamaqla mübarizə aparır. Dağılmaq barədə heç bir məlumatım yoxdu. Bəli, bu gün hadisələrin axarı heyətin zəiflədiyini göstərir. İstədiyimiz oyunçuları qoruyub saxlaya bilmirik. Ancaq dağılmaq məsələsi bir qədər mühüm qərardı. Bu barədə yalnız klub rəhbərliyi danışa bilər.
- Mirabdulla Abbasovun yanvarda “Neftçi”yə qayıdacağı deyilir.
- Bu haqda heç bir məlumat yoxdu. Mirabdulla qayıtsa belə, klublar arasında danışıqlar olmalıdı. Hələ ki “Neftçi”dən bizə bununla bağlı rəsmi müraciət olmayıb.
HƏSƏN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var Bu gün, 12:35 Almeyda Şeferin komandasında oynayacaq Bu gün, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi Bu gün, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı Bu gün, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu Bu gün, 12:29 “Neftçi”də ispan məşqçi Bu gün, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” Bu gün, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi Bu gün, 12:20 “Zirə” Krnetanı qaytardı Bu gün, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü Bu gün, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı Bu gün, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir Bu gün, 12:07 Rüfət Dadaşovu qınayırlar... Bu gün, 12:05 2020-ci ildə ilk heç-heçə Bu gün, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... Bu gün, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Bütün xəbərlər
Ən çox oxunanlar