24 dek 23:26aktual

Səməd Qurbanov günahı Bordində görür

Səməd Qurbanov günahı Bordində görür
“Ya göndərilər, ya da qarşısına konkret tələb qoyular”
Bu gedişlə Roberto Bordinin rəhbərliyi altındakı “Neftçi” Elxan Abdullayevin, Nazim Süleymanovun, Əsgər Abdullayevin, Samir Əliyevin dönəmindəki komandanın “atasına rəhmət oxutduracaq”. Ölkənin ən köklü komandası bu gün heyətinə görə göz oxşayır. Hətta bir çoxları “ağ-qaralar”ın son 6 ilin çempionu olan “Qarabağ”dan geri qalmadığını düşünür. Bordinin sərəncamında daha kimlər yoxdu?! Baqali Dabo, Stiven Jozef-Monroz, Vild-Donald Gerye, Soni Mustivar, Dario Federiko, Voislav Stankoviç, Evangelis Platellas, Rauf Əliyev, Emin Mahmudov, Anton Krivotsyuk. Adları saymaqla bitmir, maşallah, hamısı da bir-birindən adlı-sanlı, bacarıqlı.
Lakin Bordin bu cür heyətlə heç nə edə bilmir. Ötən mövsüm çempionluğu öz əli ilə “Qarabağ”a təhvil verən italyan çalışdırıcı bu gün də “Qarabağ”a aşağıdan yuxarı baxır. Halbuki noyabrdan bu yana “köhlən atlar”ın hansı durumda olduğu hamıya bəllidi. Çempionat bir yana, bu adamın çalışdırdığı komanda ardıcıl ikinci mövsümdü kubokun yarımfinalına yüksələ bilmir, daha doğrusu, azərbaycanlı balası, məşqçiliyə dünən başlayan Ayxan Abbasov ona imkan vermir. Yəni bu gün “Neftçi”nin titul qazanmaq üçün hər cür imkanı var. İstər heyət baxımından olsun, istərsə də yaradılan şərait. Sadəcə, Bordin kollektiv formalaşdırmaqda acizdi, xarakterində çox ciddi nöqsanlar var. Klub rəhbərliyi, sponsorlar, Müşahidə Şurasının üzvləri bir araya gəlib, senyorun yola salınması üçün “baş sındırmasalar”, mövsümün sonunda başlarına döyəcəklər.
Elə bu məqsədlə Müşahidə Şurasının mətbuatdan gizlənməyən üzvü Səməd Qurbanovun fikirlərini öyrənmək istədik. İllərini yaşıl meydanlarda top dalınca qaçmağa həsr etmiş veteran futbolçunun dedikləri ilə bizim düşündüklərimiz üst-üstə düşdü. Səməd bəy də günahı italyanda görür, onun yola salınmasını istəyir.
- “Neftçi”də vəziyyət necədi? Gedib-gəlirsiz, maraqlanırsız?
- Əlbəttə, maraqlanıram. Vəziyyət gördüyümüz kimidi, mənim nəsə deməyimə ehtiyac yoxdu. İclas olmalıdı, gözləyirik.
- Nə vaxtdı iclas?
- Konkret gün deməyiblər. Yəqin ki, tarixi dəqiqləşdirən kimi bizə də məlumat veriləcək.
- İclasın xüsusi səbəbi var, yoxsa ilk yarının yekunları ilə bağlıdı?
- Əsasən yekunlarla bağlıdı. Yığışanda, təbii ki, başqa mövzularda müzakirələr də olur. Amma bu gün əsas söhbət mövzusu çempionatın ilk yarısı və nəticələrdi.
- Maraqlıdı, ilk yarı ilə bağlı sizin düşüncələriniz necədi?
- Komanda əladı, uşaqlar da maşallah, hamısı sözünü demiş futbolçulardı. Bu gün “Neftçi”də əla heyət var. Nəsə Bordin bir az... Kollektiv ola bilmirlər.
- Heyətdəki adlara baxırsan, adamın gözləri bərəlir. Bu komandanı hansı məşqçiyə versən, “Qarabağ”a nəfəs almaq imkanı verməz.
- Sizi inandırım, hətta “Qarabağ”ı keçmək də olar. Kollektiv olmalıdı, hamı can yandırmalıdı. Nə bilim, vallah.
- “Qarabağ” son bir ayda fiziki və psixoloji yüklənmə altındaydı. Hətta Qurban Qurbanov da hər açıqlamasında bunu çəkinmədən söyləyirdi. “Zirə”, “Qəbələ”, “Keşlə” kimi rəqiblərlə oyunlarda xal itirdiklərini xatırlayıram. “Neftçi” hətta bu durumda belə fərqi azalda bilmədi.
- Tam düz qeyd edirsiz. Bir dəfə uşaqları bir yerə yığıb söhbət etdik. Bir az özlərinə gəldilər, düzəldilər. Qış fasiləsinə yaxın yenə eyni şey.
- Bordinin ən böyük problemi komandada ailə ortamı yarada bilməməsidi. Razısız?
- Bayaqdan elə bunu demək istəyirəm. Uşaqlarla dil tapa bilmir. Futbolun içində olmuşuq, bu gün də futboldayıq. Hər futbolçunun öz dili var, məşqçi də hərəylə öz dilində danışmalıdı. Birinin başına sığal çəkməlisən, o birinin üstünə qışqırmalısan. Hamıya birdən sığal çəkmək, yaxud hamının üstünə qışqırmaq mümkün deyil. Bilirsiz, necədi? Məşqçinin əlinin altında 4-5 nəfər olmalıdı. Həmin futbolçular baş məşqçinin “sağ əli” sayılır. Həmin 4-5 nəfəri yanında saxlayırsan, o 4-5 nəfər də qalan 4-5 nəfəri yanına çəkir, vəssalam, olur komanda. Bordin bunu edə bilmədi, bacarmadı.
- Adamın xarakterində ciddi qüsurlar var. Jurnalistlərlə “atışır”, həmkarları ilə yola getmir, hakimlərdən gileylənmədiyi oyun yoxdu, öz futbolçuları tərəfindən sevilmir.
- Bəli, tam razıyam. Az qala hər oyun sarı vərəqə alır. Mətbuatda oxuyuram ki, bəzi futbolçularla yola getmir. Rəhbərlik ona və futbolçulara lazım olan şəraiti yaradıb, nə istəyir, edirlər.
- Qış fasiləsində yola salınması mümkündü?
- Açığı, belə bir söhbətimiz olmayıb. Belə getsə, əlbəttə, nəsə olacaq. Komandaya köməyi dəymirsə... “Sumqayıt” cavab oyununda ortaya heç nə qoymadı, sırf nəticəni qorumaq haqda düşünürdülər. “Neftçi” onları ayaqlaya-ayaqlaya keçməliydi. Bordin uşaqları hazırlaya bilmədi.
- Müşahidə Şurasının üzvü olaraq Roberto Bordinin işindən narazısız, günahı onda görürsüz.
- Bəli-bəli. Nəticə yoxdusa, cavabdeh odu. Yenə deyirəm, rəhbərlik lazım olan şəraiti yaradıb. Yəqin ki, bu iclasda nəsə bilinər. Ya göndərilər, ya da qarşısına konkret tələb qoyular. Onunla idman dilində danışmaq lazımdı ki, başa düşsün.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var Bu gün, 12:35 Almeyda Şeferin komandasında oynayacaq Bu gün, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi Bu gün, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı Bu gün, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu Bu gün, 12:29 “Neftçi”də ispan məşqçi Bu gün, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” Bu gün, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi Bu gün, 12:20 “Zirə” Krnetanı qaytardı Bu gün, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü Bu gün, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı Bu gün, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir Bu gün, 12:07 Rüfət Dadaşovu qınayırlar... Bu gün, 12:05 2020-ci ildə ilk heç-heçə Bu gün, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... Bu gün, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Bütün xəbərlər
Ən çox oxunanlar