24 dek 23:23aktual

“Səbail” AFFA-dan haqqını tələb etməkdə acizdi


Ceyhun Haşımov: “Epizoda baxmışam, Mübariz bayrağı qaldırmır axı”
Ölkə kubokunun 1/4 final mərhələsində keçirilən “Zirə” – “Səbail” görüşündə yarımfinala adlayan zirəlilər oldu. Halbuki bu sevinci bayıllılar haqq etmişdi. Oyunun sonlarında, lap dəqiq deməli olsaq, 120+2-ci dəqiqədə Rəhim Həsənov Adil Nağıyevin qaydalar çərçivəsində vurduğu qolu qeydə alsaydı, indi Aftandil Hacıyevlə klub rəhbərliyi apreldəki yarımfinal matçlarının planlarını cızırdı. Qısası, “dənizçilər” aşkar haqsızlığa məruz qaldı.
Bu mənada zərərçəkən tərəf “Səbail”di. Lakin üstündən xeyli vaxt keçməsinə baxmayaraq, klubdan bir nəfər də komandanın haqqını qorumaq üçün danışmır, açıqlama vermir. Sanki belə bir hadisə yaşanmayıb. Halbuki başbilənlər aidiyyatı qurumlara üz tutub oyunun nəticəsinin ləğvini tələb etməlidi. Hətta qaydalar buna imkan verməsə belə, haqq səsini ucaltmaq olar.
Madam ki, rəsmilər danışmaqda maraqlı deyil, AFFA-dakı “böyük qardaşlar”ın qorxusundan səslərini içlərinə atırlar, özümüz onlara tribuna vermək qərarına gəldik. Bu məqsədlə “Səbail”in icraçı direktoru Ramin Həsənovun məsələylə bağlı münasibətini öyrənmək istədik. Aldığımız cavabdan sonra isə deməyə söz qalmır: ”Bizim rəyimizin necə olmasından asılı olmayaraq, oyunun nəticəsi dəyişməyəcək. Əlbəttə, çox istərdik ki, qol hesaba alınsın və növbəti mərhələyə adlayaq. Lakin hakimlər fərqli qərar qəbul etdilər”.
Belə qorxaq açıqlama səsləndirən klub rəsmisinə ən layiqli cavabı elə Rəhim Həsənovla briqadası verdi. Ramin Həsənov hakimlərin zəif idarəçiliyinə etiraz edə, “Səbail”in haqqının qorunması üçün lazımi şəxslərə müraciət edə bilmirsə, o komandanın yarımfinalda oynamaq haqqı yoxdu.
Xatırlayırsızsa, ötən sayımızda Rəhimi səhvə köməkçisi Mübariz Haşımovun məcbur etdiyini xəbər vermişdik. Məhz laysmanın qulaqcıqla baş hakimə ötürdüyü mesaj sayəsində Həsənov fərqli qərar qəbul etmişdi. Səhvi edən isə FİFA hakimidi, həm də gənc hakimlərin yetişməsi üçün bilik və bacarığını aşılayan, oyunlara hakim-inspektor kimi təyinat alan Ceyhun Haşımovun qardaşıdı. Odu ki, Mübarizin səhvi ilə bağlı böyük qardaşının fikirlərini öyrəndik: “Əvvəla onu deyim ki, səlahiyyətli şəxs olaraq oyunla bağlı danışmaq icazəmiz yoxdu. Bu təkcə AFFA-nın Hakim və Hakim-İnspektorlar Komitəsinin qadağası deyil. FİFA ilə UEFA-nın konvensiyasında bununla bağlı tələb yer alıb ki, komitə və ya departament işçiləri daxili çempionat barədə açıqlama verə, şərh bildirə bilməzlər. Hətta verilişlərdə də öz çempionatımızla bağlı danışmırıq. Digər tərəfdən, Mübarizlə doğma qardaş olsaq da, bir evdə yaşasaq da, öz oyunlarımızla bağlı bir-birimizlə danışmırıq, müzakirə aparmırıq. Heç atamla da oyunlarımız barədə danışmırıq. Fikir ayrılığı olur, mübahisə düşür. O ki qaldı qarşılaşmanın nəticəsinin ləğvinə, bu, mümkün deyil. Çünki qaydalar imkan vermir. Oyun vaxtla əlaqədar yenidən keçirilə bilər, yaxud yarımçıq qalmış hansısa matç, lap elə götürək hava şəraitini. Amma hakim səhvinə görə nəticənin ləğv edilməsi, oyunun yenidən keçirilməsi mümkün deyil. Dünya çempionatı kimi mötəbər turnirdə o qədər yanlış qərarlar olub ki. Heç vaxt da qərar dəyişməyib.
Qərara Mübarizin müdaxilə etdiyini, dolayı yolla Rəhimi səhvə məcbur etdiyini deyirsiz. Amma mən bu haqda heç kimdən, heç nə eşitməmişəm. Epizoda baxmışam, Mübariz bayrağı qaldırmır axı. Elə bir şey olsaydı, mən də eşidərdim, bilərdim”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar