20 dek 12:43aktual

Ramin Musayevin açıqlamasına “Zaqatala”dan reaksiya gəldi


Musa Qurbanov: “Belə qərarları qəbul edənlər yaxşı olardı ki, diqqəti bizim zonaya da yönəldəydilər”
Bir neçə gün öncə İTV-də efirə gedən “Bol idman” verilişində həmkarımız Kənan Hakimovun qonağı Ramin Musayev idi. Verilişdə əsas söhbət mövzusu danışılmış oyunlar və çirkin əməllərə görə cəzalandırılan şəxslər olsa da, PFL prezidenti çoxlarının marağına səbəb olan məsələyə toxunmağı da özünə borc bildi.
Bildiyiniz kimi, hər kəsi narazı salan məqam premyer-liqada cəmi 8 komandanın iştirak etməsi və onlardan altısının Bakını təmsil etməsidi. Ramin bəyin məsələyə münasibətini dinləyək: “İnşallah, növbəti çempionatda, yəqin ki, “Kəpəz” və “Turan Tovuz” komandaları premyer-liqaya gəlməlidi. “Niyə bu iki komanda” sualını verə bilərsiz. Sözsüz, bütün regionlarda futbolçular var. Amma ən çox futbolçu yetişən regionlardan danışanda, Gəncə ilə Tovuzu elitada görməmək xoş deyil. Tənqidlər eşidirik ki, Bakı çempionatı keçirilir”.
Ramin Musayev məlum açıqlamasına “yəqin ki”ni əlavə etməklə bir növ özünü “sığortalayıb”. Lakin çempionatın təşkilinə və keçirilməsinə nəzarət edən qurumun rəhbəri “Kəpəz”lə “Turan Tovuz”un adını əminliklə çəkirsə, deməli, bildiyi nəsə var. Heç şübhəsiz, yuxarı dairələr öz aralarında bu haqda müzakirələr aparıb, müəyyən qənaətə gəliblər. Musayev də bilərəkdən, yaxud bilməyərəkdən bunu dilə gətirdi.
Sözsüz, ölkə futbolundan danışırıqsa, Gəncə və Tovuzu unutmaq olmaz. Məhz bu iki bölgədən çıxan futbolçuların sayına və hansı karyeraya sahib olduğuna xüsusi toxunmaq uzunçuluq olar. Sadəcə, bu yerdə “Zaqatala”nın unudulması, başqa cür desək, soyuq münasibət göstərilməsi yerinə düşmür. Əvvəla ona görə ki, bu regionun özü də futbol bölgəsi sayılır. Musa və Qurbanov Qurbanov qardaşları, Vüqar Mustafayev, İlkin Qırtımov, Aleksandr Şemonayev futbolun sirrlərinə Zaqatalada yiyələnibsə, əlavə şərhə ehtiyac qalmır. Üstəlik, hələ “Simurq” elitada çıxış etdiyi dönəmlərdə bu rayona səfər edənlər orda hansı şəraitin olduğunu görüb. Bu gün “Zaqatala” birinci divizionun çempionu olmağa əsas namizədlərdəndisə, “Turan Tovuz”la “Kəpəz”ə yaradılacaq şəraiti zaqatalalılar da haqq edir. AFFA ölkənin qərbində bir komanda saxlayıb, digər yardım əlini şimal-qərbə uzada bilər. Bir halda ki, pul eyni cibdən çıxır, belədə futbolu ölkənin müxtəlif səmtlərinə yaymağın nəyi pisdi?
İşin başqa tərəfi də var. Ramin bəy mövsümün qızğın çağında “Kəpəz”lə “Turan Tovuz”un adını çəkirsə, aşağı dəstədə yarışan komandalar bundan sonra nəyi hədəfləyə bilər? Çempionluq üçün niyə dəridən-qabıqdan çıxsın ki? Artıq indidən alan da, satan da bəllidisə, yanvardan sonra top dalınca qaçmağın mənası qalmır. Bu sözlər xüsusən də liderdən 2 xal geri qalan “Zaqatala”ya aiddi.
Elə mövzu ilə bağlı narahat etdiklərimiz də “Zaqatala”lılar oldu. Biri klubun İdarə Heyətinin sədri Musa Qurbanov, digəri komandanın baş məşqçisi Rüstəm Məmmədov. Klubdakı əsas söz sahibi aidiyyatı insanlara üstüörtülü şəkildə olsa da, ismarıc göndərməyi özünə borc bildiyi halda, gənc çalışdırıcı nisbətən ehtiyatlı danışdı.
Musa Qurbanov: “Məlum açıqlamadan xəbərim var. Heç şübhəsiz, Ramin Musayev həmin sözləri nəyəsə əsaslanaraq dilə gətirib. Elə-belə deyilən sözə oxşamır. Əvvəla onu deyim ki, Gəncəylə Tovuzun elitada çıxış etməsini hamımız istəyirik. Hər ikisi futbol bölgəsidi, futbol ənənəsi olan bölgələrdi. Düzdü, Zaqatala da futbol bölgəsi hesab olunur. Yəqin ki, qərar qəbul olunarkən başqa amillər də nəzərə alınıb. Məsələn, Gəncədə kifayət qədər əhali var, stadionları da kifayət qədər böyükdü. Bu şəhərdən çıxan futbolçuların sayı və keyfiyyəti hər şeyi deyir. Tovuzla Zaqatala eyni səviyyəli bölgələrdi. Bildiyimə görə, Tovuzda UEFA-nın dəstəyi ilə futbol məktəbi istifadəyə verilib. Bəlkə də bu kimi amillər nəzərə alınıb. Amma Zaqatala da digər regionlardan geri qalmır. Stadion, baza, uşaq komandaları var. Yəni elitada çıxış etmək üçün lazım olan şəraiti Zaqatalada və “Zaqatala”da görə bilərik. Məşqçilərimiz də cavandı, durmadan üzərilərində işləyirlər.
İndi mənim nəsə deməyimlə heç nə dəyişməyəcək. Belə deyim, kimin haqqıdısa, premyer-liqada onun oynaması yaxşı olardı. Təbii ki, struktur varsa, klub tələblərə cavab verirsə. Bildiyimə görə, bu gün Zaqataladakı şərait Gəncə və Tovuzdakından yaxşıdı. Çox istərdim ki, “Zaqatala” premyer-liqada oynasın. Amma bu nə məndən, nə məşqçilər heyətindən, nə də zaqatalalılardan asılıdı. Çünki bu gün elə bir zaqatalalı yoxdu ki, sponsorluq öhdəliyini üzərinə götürsün. Elə biri olsaydı, AFFA-ya müraciət edərdik. Bu kimi qərarları qəbul edənlər yaxşı olardı ki, diqqəti bizim zonaya da yönəldəydilər”.
Rüstəm Məmmədov: “Verilişə baxmamışam deyə, Ramin Musayevin konkret nə dediyini, yaxud nə demək istədiyini qulaqlarımla eşitməmişəm. Sosial şəbəkələrdə oxudum ki, Ramin müəllim növbəti mövsüm premyer-liqada “Kəpəz”lə “Turan Tovuz”un iştirakının mümkünlüyünü qeyd edib. Açığı, məsələyə şərh verməyi doğru saymıram. Çünki mən klubun rəhbəri yox, komandanın baş məşqçisiyəm. Bu gün də qarşımda duran əsas hədəf kollektivi oyunlara hazırlamaq, rəqibləri təhlil etmək, fasilə dönəmi üçün plan qurmaqdı. Bu dəqiqə heç nə etməmişik. Hə, komanda turnir cədvəlində 2-ci pillədə qərarlaşıb, ümumi durum yaxşıdı. Lakin sabah nə olacağını indidən bilmədən başdan yuxarı danışmaq doğru olmaz. İnsan birinci uğura çatmalıdı ki, sonra haqqını tələb etsin, nəsə istəsin. Ortada heç nə yoxdusa, necə deyim ki, elitada “Kəpəz”, yaxud “Turan Tovuz” yox, “Zaqatala” oynamalıdı? Bunu deyə bilmək üçün gərək çempion adını qazanacaq, elitaya layiq olduğumuzu sübut edək.
Sözsüz, Ramin müəllimin açıqlaması psixoloji cəhətdən futbolçulara təsir edəcək. Çoxu gəncdi, hər şeyi ürəklərinə salırlar. Amma bizim işimiz də onları hazır vəziyyətə gətirmək, nələrisə başa salmaqdı. Digər tərəfdən Musayevin məlum açıqlaması komandaya motivasiya da verə bilər. Uşaqlar ikiqat əzmlə çalışacaqlar ki, özlərini göstərsinlər, çempion adını qazansınlar. Hər il bu vaxt ortaya xəbər atılır, insanlar da müzakirə edir. Sonda baxırsan ki, bəzən deyilənlər həqiqəti əks etdirmir. Ona görə də Ramin müəllimin iddiasının nə dərəcədə doğru olduğunu görmək üçün mövsümün sonunu gözləməliyik. İlk növbədə hədəfə çataq, sonrasını zaman göstərər. Bizə heç kim “çempion olun, premyer-liqaya yüksələcəksiz” sözünü deməyib. Ötən il MOİK çempion olmuşdu, amma elitaya vəsiqə qazanmadı. Sadəcə, məşqçilər korpusu olaraq özümüz öz qarşımıza yekunda “3-lük”də yer almağı məqsəd qoymuşuq. Bu gün imkanlı sponsorumuz yoxdusa, mən, yaxud bir başqa hansı əsasla premyer-liqaya iddia edə bilər? Bunun üçün şərait yaradılmalıdı, kimlərsə bu işdə maraqlı olmalıdı. Elitaya hansı bölgə komandasının çıxmasının fərqi nədi? “Turan Tovuz”, “Kəpəz”, ya da “Zaqatala” – onsuz da hamısı Azərbaycanın bölgəsidi. Əsas odu, regionlarda böyük futbol olsun”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” 6-03-2020, 11:51 Bir oyun təxirə salındı, sensasiya qeydə alınmadı 6-03-2020, 11:18 Skarlatake “Zirə”nin uğursuzluğunun səbəbini dedi 6-03-2020, 11:11 İdman jurnalistləri arasında ilk çempionat keçirilib 4-03-2020, 11:09 “Bu gün Səmədağa Şıxlarova qarşı edilən haqsızlıq sabah başqalarına olacaq” 4-03-2020, 11:08 “Bude-Qlimt”in maliyyə şərtləri Emil Balayevi razı salmadı 4-03-2020, 11:02 Hələ belə olmamışdı 4-03-2020, 11:01 “Qarabağ”ı Stamenkoviç və hakimlər dayandırdı 4-03-2020, 10:54 Baxımlı oyun və …heç-heçə 4-03-2020, 10:52 “Qəbələ” üçün əsən Zirə küləyi 4-03-2020, 10:49 Həftənin idman proqramı 4-03-2020, 10:47 “Araz” fərqi daha da artırdı Bütün xəbərlər
Ən çox oxunanlar