17 dek 15:21aktual

“Azərbaycandakı pulu başqa yerdə vermirlər”


Nicat Gürcüstanda keçirdiyi 6 aydan razıdı
Mövsümün əvvəlində karyerasını bitirmək haqda düşünən Nicat Qurbanov Gürcüstandan gələn təklifi qəbul edərək, özünə yeni səhifə açdı. 27 yaşlı futbolçu karyerasını qonşu ölkənin ikinci liqasında çıxış edən “Samtredia” klubunda davam etdirmək qərarına gəldi. Həmyerlimiz elə ilk mövsümündə komandasında uğurlu çıxışla yadda qaldı. Belə ki, Samtredia təmsilçisi çempionatı ikinci pillədə tamamlayaraq pley-offa vəsiqə qazanıb. Pley-offda isə “Sioni”ni məğlub edən komanda əsas vəzifənin öhdəsindən gəlib. İlk mövsümündə komandanın əsas üzvlərindən birinə çevrilən Nicat Qurbanovla “Samtredia”nın elitaya yüksəlməsindən, ümumiyyətlə, Gürcüstan və Azərbaycan futbolunun fərqli və oxşar cəhətlərindən danışdıq.
- Yeni klubunla ilk mövsümündə yüksək liqaya vəsiqə qazandın. Öncə bununla bağlı təəssüratını bölüşərdin.
- Bu komandadan təklif gələndə məqsədləri barədə məlumat aldım. Əsas liqa üçün oynacaqlarını bildirdilər. Şükür ki, bu məqsədə çatmaq yolunda mənim də köməyim dəydi. Çünki rəhbərlikdən tumuş futbolçulara kimi hər kəs bunu çox istəyirdi. Deyərdim ki, Gürcüstan karyeram hələ ki çox uğurlu alınır.
- Ölkəmizdə də bir neçə klubda oynamısan. Gürcüstanla Azərbaycanı müqayisə etsək, hansı fərqləri deyə bilərsən?
- Açığı, burda birinci dəstə ilə yüksək liqa arasında çox da böyük fərq yoxdu. Çünki biz 6 ay ərzində burda bir neçə əsas liqa komandası ilə yoxlama oyununda gücümüzü sınadıq. Onlarla bizim aramızda çox fərq görmədim. Komandamızda bir-iki təcrübəli futbolçu olsaydı, bəlkə də qalib gələrdik. Ümumilikdə Azərbaycanla onlar arasında fərq ondadı ki, maliyyə və infrastruktur baxımından biz daha öndəyik. Özünüz də bilirsiz ki, Gürcüstan o qədər də varlı ölkə deyil. Ancaq azarkeş baxımından, puldan asılı olmayan məqamları götürsək, onlar daha üstündülər. Gürcüstanın milli komandasında ölkədə çıxış edən cəmi iki futbolçu var. Qalanlar legioner həyatı yaşayır. Burda da təbii ki, səviyyə fərqi sözünü deyir.
- Yaxşı mövzuya toxundun. Onlar legioner həyatı yaşayır, bizdə isə bunu görə bilmirik. Səncə, bizdə xaricdə oynaya biləcək istedada malik oyunçu yoxdu?
- Mən bura 27 yaşımda gəldim. Düzdü, yüksək liqa komandası deyil, ancaq yenə də iddialı klubdu. Legioner həyatı yaşamaq çox gözəldi. Bizimkilər dil, uyğunlaşmaq kimi çətinlikləri düşünürlər. Ancaq artıq o səddi keçmək lazımdı. Yoxsa bizdə də istedadlı uşaqlar var. Bunu hamı təsdiqliyə bilər. Sadəcə, xaricə getmək onlarda bir az qorxu yaşadır. Burdakı uşaqlar, gənclər belə xaricə getmək üçün can atırlar. Ancaq mən neçə il premyer-liqada oynamışam, bizdə belə fikirdə olan uşaqlar görmədim. Bizdə hansısa futbolçudan eşitməmişəm ki, bu il oynayım, xaricə gedim. Bir az da maddiyyat baxımından çəkinirlər. Çünki Azərbaycandakı pulu başqa yerdə vermirlər. Həm də Avropada bizi futbol ölkəsi kimi görmürlər. Ancaq gənclər getsə, Avropada oynasa, bizə də maraq artar. Təbii ki, burda millinin nəticələri də böyük rol oynayır.
- Az öncə həm maliyyə, həm də infrastruktur baxımından gürcülərdən öndə olduğumuzu dedin. Bəs nəyə görə bizim futbolumuz onlar kimi inkişaf etmir?
- Mənim çıxış etdiyim liqada futbolçu limiti yoxdu. Ola bilər ki, bəzi futbolçuların xətrinə dəyəcək, ancaq bu belədi. Bizdə düşünürlər ki, cavan uşaqlar oynamalıdı, bəlkə futbol inkişaf etdi. Ancaq burda belə şey yoxdu. “Filan təvəllüdlü oyunçu mütləq oynamalıdı” kimi bir məcburiyyət yoxdu. Açığı, bu gün premyer-liqamızda oynayan təcrübəli futbolçular və legionerlərlə limitlə oynayan uşaqlar arasında çox fərq var. Məncə, onlar təcrübəni bu cür keçməli deyillər. Arxayın olurlar ki, limit var deyə, hansı kluba getsəm, mütləq oynayacam. Mən 19 yaşımda “Simurq”a gələndə limit söhbəti yox idi. Biz can atırdıq ki, çempionatda oynayaq. Ancaq indi elə deyil. Məncə, limit müsbət nəticə vermir.
- Burda klubsuz qalıb Gürcüstana getdin. Sənə qəribə gəlmədi ki, orda oynamağa layiq görüldün, ancaq vətəndə yox?
- Mənə görə Gürcüstana getməyim böyük addım idi. Çünki bundan öncə karyeramı bitirməyi düşünürdüm. Belə bir yol açıldığı zaman düşünmədən qəbul etdim. Maddi məsələləri də ciddiyə almadım. Həm də özüm-özümə sübüt etmək istəyirdim ki, hələ oynaya bilirəm. Bundan sonra karyeramı hazırkı və ya başqa klubda da davam etdirə bilərəm. Azərbaycanda klub tapmadığıma görə heç kimi günahlandırmıram. Ancaq özümü heç kimdən zəif saymıram. Futbolçu oynadıqca öz gücünü bilir. Ümid edirəm ki, nə vaxtsa Azərbaycandan da təklif gələr.
- Gürcüstanda top qovan legionerlərlə bizdəkiləri müqayisə edərdin. Arada səviyyə fərqi varmı?
- “Qarabağ”da və “Neftçi”də güclü legionerlər var. Ancaq qalan komandalardakı legionerlər keçmişdəkilər qədər güclü deyil. Mən “Simurq”da oynayan vaxt legionerlər daha səviyyəli idi. Bu gün azərbaycanlı oyunçular bu iki klubdan başqa hamısında rahat oynaya bilərlər. Açığı, burdakı legionerlərin səviyyəsi də çox yüksək deyil. “Neftçi”də oynaya bilməyən Karikari burda çempion olan “Dinamo”da əsas heyətin üzvüdü. Pul azdı deyə, səviyyəli legionerlər gətirə bilmirlər.
- Orda olduğun müddətdə onların və bizim futbola yanaşmasında hansı fərqlər gördün?
- Gürcüstanda futbola həm azarkeş, həm də iş kimi baxırlar. Bu işə daha çox can yandırırlar. Burda da çempionat dörd dövrədən ibarətdi. Hər dövrədən sonra ən yaxşı qapıçı, oyunçu, məşqçini seçirlər. Belə şeylər adama doğrudan da müsbət təsir edir. Görürsən ki, futbolçular dövrənin yaxşısı olmaq üçün bir-biri ilə yarışırlar. Belə şeylər bizdə olmur. Ancaq bizdə maddiyyat var. İstəsək, daha yüksək səviyyəyə qalxa bilərik.
- Qarşıdakı mövsümdə də Gürcüstanda qalacaqsan?
- Düşünürəm ki, bir il də burda qalmaq olar. Bir az da püxtələşib Avropaya çıxmaq istəyirəm. Burdan Avropaya getmək daha asandı. Çünki gürcülərin legioner həyatı yaşayan oyunçuları çoxdu. “Samtredia”da da qalmaq olar. Bir-iki məsələ var, onlar dəqiqləşsə, burda qalacam. Təbii ki, Azərbaycandan da təklif olsa, yaxşı olar. Ancaq xaricdən yaxşı təklif gəlsə, ilk növbədə onu dəyərləndirəcəm.
- Yəqin ki, millinin nəticələrindən xəbərdarsan. Bununla bağlı nə düşünürsən?
- Açığı, millinin yer aldığı qrup bu dəfə çox güclü idi. Hazırda komandamızda gəncləşmə gedir. İstəyirik ki, millimiz bizi sevindirsin. İstər futbolçu, istər azarkeş - hamı bunu istəyir. Təbii ki, yığmada oynamaq istərdim. Komandanın formasını qürurla geyinərəm. Gələcəyi bilmək olmaz. Yayda futbolu buraxmaq istəyirdim, ancaq çox yaxşı 6 ay keçirdim. Həyatı bilmək olmur.
- Demək olarmı ki, bu 6 aylıq performansınla səni istəməyən Azərbaycan klublarına cavab vermiş oldun?
- Yox, elə deməzdim (gülür). Mənim heç kimlə küsülüyüm yoxdu. Mən, sadəcə, özüm-özümə sübut etdim ki, hələ də oynaya bilirəm. Bəzən düşünürdüm: yəni bu qədər zəifləmişəm ki, heç yerdən mənə təklif gəlmədi? Ancaq bu 6 ayda gördüm ki, yox, hələ də oynaya bilərəm. Sadəcə, doğru vaxtda doğru yerdə olmaq lazımdı. Mənim ölkə futbolunda heç kimlə əlaqəm pis deyil. Sadəcə, özüm rahatladım ki, hələ də oynaya bilirəm.
HƏSƏN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür Bu gün, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı Bu gün, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır Bu gün, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! Bu gün, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” Bu gün, 16:30 Karius FIFA-ya şikayət etdi Bu gün, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” Bu gün, 16:20 Tramp da videokonfrans keçirdi Bu gün, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı Bu gün, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? Bu gün, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib Bu gün, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan Dünən, 11:22 Fonda daha hansı klub pul köçürəcək? Dünən, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür Bütün xəbərlər
Ən çox oxunanlar