14 dek 13:54aktual

“Stuxlik hakimləri toxunulmaz edib”


Dərgahquliyev İntizam Komitəsinin qərarından narazıdı
Dekabrın 11-də AFFA İntizam Komitəsinin ənənəvi iclası keçirilib. İclasda bir çox futbolçular, klublar cəzalandırılıblar. Komitə yenə klublara pul cəriməsi kəsib. Ümumiyyətlə, bir çox qeyri-adi cəzaların şahidi oluruq. Bəzən top daşıyan uşaqların topla davrandığına görə belə komitə üzvləri hansısa klubu cərimələyir. Bu iclasları federasiyanın gəlir yerlərindən biri kimi göstərənlər də az deyil. Həqiqət odu ki, İntizam Komitəsinin hər qərarı özü ilə bərabər yeni müzakirə mövzüsu gətirir. Demək olar ki, hər qərardan sonra üsyan edən, haqsızlığa uğradığını bildirənlər tapılır. Düzdü, onların bu üsyanı yalnız özlərini əsəbləşdirməkdən o yana keçmir. Ancaq hər halda, bəzi qərarlarda anlaşılmazlıqların olduğu dəqiqdi.
İntizam Komitəsinin son “qurban”ı isə “Qaradağ Lökbatan”nın baş məşqçisi Elçin Dərgahquliyev olub. Komitə üzvləri onu “Keşlə-2” ilə oyunda hakimi təhqir etdiyinə görə 5 oyun cəzalandırıb, klubu isə 400 manat cərimələyib. Təfərrüata varmaq üçün dünən Dərgahquliyevlə əlaqə saxladıq: “Açığı, mən bu məsələni klubumuzun rəhbərliyi ilə müzakirə edəcəm. Oyunun hakim-inspektoru Munis Abdullayev, AFFA nümayəndəsi Şaiq Həmidov idi. Qarşılaşmadan sonra ikisi də mənə yaxınlaşıb dedi ki, “sən hakimə təhqiramiz söz deməmisən”. Hakim isə mənə deyir ki, oyundan sonra heç kim meydana daxil olub nə hakimə əl uzada, nə də “çox sağ ol” deyə bilər. Mən, sadəcə, baş hakim Fərid Hacıyevə yaxınlaşıb orda qırmızı vərəqə olmadığını dedim. Qayıtdı ki, “Elçin müəllim, sizi cəzalandıracam”. Dedim, nəyə görə? Deyir ki, meydana girməyə icazə yoxdu. Mən axı meydana girib onu təhqir etməmişəm. Oyunun “qırılma nöqtəsi” onun göstərdiyi qırmızı vərəqə idi. Dedim ki, orda “qırmızı” yox idi. Mənə deyir ki, “yox idi, canın sağ olsun, ala, bir “qırmızı” da sənə”. Dərhal Münis və Şaiq müəlimə yaxınlaşıb səbəbini soruşdum. Hər ikisi hakimi təhqir etmədiyimi söylədilər. Bəs onda mənə nəyə görə “qırmızı” verilir? İntizam Komitəsi də bunlara baxmadan, qarşı tərəfin fikirlərini öyrənmədən götürüb guya hakimi təhqir etdiyim üçün 5 oyun məni, 400 manat da klubu cəzalandırıb. Belə çıxır ki, hakim nə dedi, odu? Hakim Allahdı? Elə deyil axı. Heç olmasa, zərərçəkən tərəfi də çağırın, günahım varsa, 5 oyun yox, bir il cəzalandırın. Mən onu təhqir etsəydim, orda oyuna nəzarət edən polislər var. Biri mənə yaxınlaşıb, “ayıb olsun” deyərdi. Hələ polislərin biri mənə qayıtdı ki, “düz deyirsiz, hakim sizə “qırmızı” verməli deyildi”. Yəni mənim bir baş məşqçi kimi hakimə nəsə deməyə ixtiyarım yoxdu? Sadəcə, Frits Stuxlik hakimləri toxunulmaz edib. Guya bunlara heç kim heç nə deyə bilməz. Vallah, çox maraqlıdı. Mənim də tabe olduğum qurum var. Elə hakim dedi ki, “bu məni təhqir etdi, verin buna 10 oyun cəza”. Belə şey olur? Məni də çağırsınlar, təhqir etmişəmsə, üzr də istəyərəm. Olmayan penalti verirlər, danışma, olmayan “qırmızı” verirlər, heç nə demə. Bəs bunlar harda cəzalanacaq? Heç kimə heç nə demirlər. Hər oyundan sonra Qvardiola meydana girir. Onda gərək onu cəzalandırsınlar? Munis müəllim özü də deyir ki, orda qırmızı vərəqə yox idi. İndi artıq protokol da yoxdu. Munis müəllimə “hara yazaq etirazımızı” deyirəm. Deyir ki, gedin onlayn yazın. Dedim ki, Stuxlikə onlayın çox yazmışıq, heç baxmır. Qardaş, hara yazaq, kimə deyək dərdimizi? Allah haqqı söyməmişəm, Qurana əl basaram ki, təhqir etməmişəm. Yalnız mənə qırmızı vərəqə göstərəndən sonra hakimə dedim ki, sən mənə “qırmızı” verdin, qiyamət günündə də Allah sənə “qırmızı” verəcək. Onu da mənə qırmızı vərəqə göstərəndən sonra demişəm. Elə deyir ki, mən meydana girməli deyiləm. İntizam Komitəsinin qərarlarını başa düşmürəm. Bizim burda zəhmətimiz hədər gedir axı. Onları təhqri edən olsaydım, görüşün 50-ci dəqiqəsində edərdim. Düz gözümün önündə oyunçuma “qırmızı” verib, meydandan qovdu. Heç həmin an etiraz etmədim. Sən demə, yeni qaydalara görə meydana girib hakimə söz deməyə ixtiyarımız yox imiş. Rəhbərliyə bu haqda məlumat verəcəm. Hətta lazım olsa, apellyasiyaya da gedəcəm”.
HƏSƏN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu 17-01-2020, 12:11 “Sumqayıt” 7 qolun vurulduğu oyunu uduzdu 17-01-2020, 12:10 MTK gücünü “Qəbələ”yə göstərdi 17-01-2020, 12:07 Amit Quluzadə Albaniyaya qayıtmaq istəyib 17-01-2020, 12:05 “Turan Tovuz” rəhbərliyinə premyer-liqa ilə bağlı heç nə deyilməyib 17-01-2020, 12:04 U-19 hər ay toplanış keçəcək 17-01-2020, 12:02 Hakimlərimiz beynəlxalq arenada nəinki yerində sayır, hətta geri gedirlər 17-01-2020, 11:59 Bakı metrosunda əcaib irqçilik 17-01-2020, 11:56 Kintananın getmək qərarının arxasındakı sirr 8-01-2020, 11:16 Mirabdulla “Neftçi”yə qayıtdı, Rıbka da gedir 8-01-2020, 11:14 PFL kubokun finalının yeri ilə bağlı yekun qərar verməyib 8-01-2020, 11:09 “Neftçi”ylə “Zirə”nin 200 mini əlində qaldı 8-01-2020, 11:07 Bordinin taleyinə bu gün aydınlıq gəlməlidi 8-01-2020, 11:03 Almeydadan xəbər yoxdu 8-01-2020, 11:00 Güloğlan Cabbarov deputat olmaq istəyir… 8-01-2020, 10:54 “Ümid edirəm ki, “Səbail” futbolda özünəməxsus tarix yazacaq” 8-01-2020, 10:50 İl yeniləndi, dekadanın acıları unudulmadı Bütün xəbərlər
Ən çox oxunanlar