14 dek 13:30aktual

Rəşad Sadıqov Elxan Məmmədovun dediklərini təkzib etdi


“Millidən getməyim futbolçu karyerama görə deyildi”
Oyundan sonra “Qarabağ”ın kapitanı Rəşad Sadıqov da jurnalistlərin suallarını cavabladı.
- Rəqibin oyun üslubu, pressinq etməsi həqiqətən də bizim üçün gözlənilməz oldu. Biz təcrübəli komandayıq və belə şeylərə hazır olmalıyıq. Təəssüf ki, hazır olmadıq və rəqib ilk yarıda bizə oynamaq imkanı vermədi. Düzdü, qol epizodları olurdu, amma oyunumuzu oynaya bilmirdik. Fasilədə baş məşqçimiz bizi sərt şəkildə tənqid etdi, tələb etdi ki, ikinci hissədə topa sahib olaq, sürətli oynayaq. İkinci yarı başlayan kimi azlıqda qaldıq, az sonra isə qol buraxdıq. Amma əzmkarlıq göstərdik. Hətta məğlub olsaydıq belə, bu sözləri deyəcəkdim. Bir neçə real qol imkanımız oldu. Şükürlər olsun ki, hesabı bərabərləşdirdik və qrup mərhələsini məğlubiyyətlə başa vurmadıq.
- Oyunun formal xarakter daşıması motivasiyanıza təsir etdi?
- Həqiqətən də çox səbəb var. Tək bu deyil. Komandamız 30-a yaxın oyun keçirib. Milli üzvləri heyətimizdə çoxdu və onlar 33-34 matçda meydana çıxıblar. Komanda çox yorğundu. Düzdü, bunu təkrar edirəm, amma komanda doğrudan da yorğundu. Motivasiya baxımından böyük zərbə almışdıq. Qrupdan çıxmağa ümidliydik. Oyundan öncə isinmə hərəkətlərindən geri qayıdarkən Qurban Qurbanov bizi sərt tənqid etdi ki, xoşuma gəlmədiz. Hamı səbəbi bilir. 0:1-dən sonra komanda ayıldı və uduzmaq istəmədiyini göstərdi. Hər oyuna ciddi yanaşmalıyıq. “Qarabağ” forması ilə meydana çıxarkən sona qədər mübarizə aparmalıyıq.
- “Qarabağ”ın qrupda 3-cü yeri tutması gücünü göstərir, yoxsa bəxti gətirmədi?
- APOEL-lə gücümüz bərabər idi. Oyunlar göstərdi ki, onlardan qat-qat üstün idik. Fikir verirdizsə, onların açıqlamalarında bir şübhə var idi. Hamı gördü ki, APOEL-dən qat-qat üstün oynadıq. Əsas da səfərdəki görüşdə çoxlu qol şansını əldən verdik. Heç olmasa, 1 qol vursaydıq, bu oyun formal olacaqdı. Belə hallarla çox qarşılaşmışıq. Əvvəlki illərdə Çempionlar Liqasında “Seltik” və “Viktoriya” ilə matçlarda yaxşı mübarizə aparsaq da, sonda alındıra bilmirdik. Səbirli olub, növbəti mövsümləri gözləyək. Qrupa düşməyi bu qədər adiləşdirmək olmaz. Bəli, bu il yaxşı şans var idi. Oyun baxımından da yaxşı idik.
- APOEL-in “Sevilya”ya qalib gəlməsi sizin üçün gözlənilməz olmadı?
- Bu haqda məlumatlı deyiləm. APOEL zəif rəqib deyildi. Biz onları iki oyunda üstələdik, amma qalib gələ bilmədik.
- Püşk atılanda “Qarabağ”ın “ F91 Düdelanj” və APOEL-lə bərabər səviyyədə olduğunu və bu qrupdan çıxmalı olduğunuzu söyləmişdiz.
- Həyatımda belə söz deməmişəm. Çox əminəm. Çalışacağımızı və güclərin bərabər olduğunu söyləmişdim. Əvvəlcədən proqnoz vermək olar. “Düdelanj”a bu gün uduza da bilərdik. Bu rəqib APOEL-i məğlub edib. Evdə də APOEL-ə qarşı yaxşı oynamışdılar və qol imkanları yaratmışdılar. Sadəcə, iki künc zərbəsindən qol buraxmışdılar. Belə epizodlar çox oldu. Bir epizod çox şeyi həll edə bilərdi. Çox çətindi, 4 tur keçirsən, Avropa klublarına qarşı oynayırsan. Arzu edərəm ki, hər klubumuz qrupa düşsün. Komandanı və hətta məni də tənqid edənləri normal qarşılayıram. Səhv varsa, tənqid olacaq. Bəzi şeyləri isə unutmaq olmaz. Mənə görə Azərbaycan klubunun Avropa Liqasının qrupunda oynaması uğurdu. Bu gün deyirəm və sabah oynamasam da, bunu söyləyəcəm.
- Heyətin kasadlığı “Qarabağ”a mane oldu?
- Bilmirsən ki, nədən danışasan. Mənə görə əsas problem qol imkanlarından istifadə etməmək oldu. Altı oyunda 22-23 real qol şansından yararlana bilmədik.
- Komandanın neçə faizi dəyişməlidi ki, yeni mövsümdə də qruplarda çıxış edə biləsiz?
- Bu mövsüm heyətimiz uğurlu idi. Qrupa düşmüşüksə, yaxşı oynamışıqsa, problem yoxdu. Amma hər il 2-3 yeni adam istəyərik və yeni nəfəs gəlsin. Pep Qvardiola “Barselona”da 5 il, “Bayer”də 3 il çalışdı. Çox işləmədi, kifayət etdiyini düşünürdü. Bəzən dəyişikliklər komandanın xeyrinə olur.
- Sabah (bu gün) AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. Sizcə, yığmanın yeni baş məşqçisi əcnəbi, yoxsa yerli olmalıdı?
- Həmişə yerli məşqçinin tərəfdarı olmuşam. Əcnəbi mütəxəssisin təcrübəsindən danışırlar. Mənə maraqlıdı, Nikola Yurçeviçin hansı təcrübəsi var idi ki? Təcrübə problem deyil, əsas odu ki, oyunçularla dil tapa biləsən, mentallıq eyni olsun. Buna görə də yerli mütəxəssis istəyirəm. Əcnəbi olacaqsa, çox istəyərəm ki, Robert Prosineçki olsun. O, Azərbaycan mentallığını tez qavradı, futbolçularla dil tapdı. Yerli istəyirəm, amma əcnəbi olacaqsa, yeganə istəyim Robert Prosineçkidi.
- AFFA-nın baş katibi Elxan Məmmədov İTV-dəki verilişdə yığmadan göndərilməyinin səbəbini açıqladı. Dedi ki, Rəşad Sadıqov həm də futbol oynayırdı.
- Düz cavab deyil ki. Təyinatdan öncə beş dəfə söhbət olmuşdu və razılaşmırdım. Futbol oynadığımı deyirdim. Söhbətlər, görüşlər olub. Görüşdə “Qarabağ”da oynaya-oynaya U-19 komandasını çalışdırdığımı və “Atletiko”ya səfərdə qalib gəldiyimi deyiblər. Yəni təcrübəmin olduğunu, futbolçuları tanıdığımı bildirirdilər. Mən də razılaşdım. Hətta göndərilməmişdən bir gün əvvəl Elxan Məmmədovla telefon danışığında bildirdim ki, problem futbol oynamağımdadısa, karyeramı bitirə bilərəm. Səbəbi soruşanda dedilər ki, həm məşqçisən, həm də futbolçu. Karyeramı bitirə biləcəyimi də dedim. Bu məsələ futbolçu karyerası ilə bağlı deyil. Bunu ora yönəltmək lazım deyil. Millidən getməyim futbolçu karyerama görə deyildi. Karyeramı ötən il bitirəcəkdim. Bu söhbət də dekabrda olmuşdu. Orda bildirdim ki, məşqçi karyeramı davam etdirmək istəyirəm. İstəyirsizsə, karyeramı bitirib, məşqçi ola bilərəm. Sonra isə cavab gəlmədi.
- Əsl səbəbi açıqlaya bilərsən?
- Qərarı qarşı tərəf verib. Əsl səbəbi Elxan Məmmədovdan soruşsaz, daha yaxşı olardı. Deyir ki, futbolçu olduğuna görə... Yaxşı olardı ki, bir daha soruşasız.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu 17-01-2020, 12:11 “Sumqayıt” 7 qolun vurulduğu oyunu uduzdu 17-01-2020, 12:10 MTK gücünü “Qəbələ”yə göstərdi 17-01-2020, 12:07 Amit Quluzadə Albaniyaya qayıtmaq istəyib 17-01-2020, 12:05 “Turan Tovuz” rəhbərliyinə premyer-liqa ilə bağlı heç nə deyilməyib 17-01-2020, 12:04 U-19 hər ay toplanış keçəcək 17-01-2020, 12:02 Hakimlərimiz beynəlxalq arenada nəinki yerində sayır, hətta geri gedirlər 17-01-2020, 11:59 Bakı metrosunda əcaib irqçilik 17-01-2020, 11:56 Kintananın getmək qərarının arxasındakı sirr 8-01-2020, 11:16 Mirabdulla “Neftçi”yə qayıtdı, Rıbka da gedir 8-01-2020, 11:14 PFL kubokun finalının yeri ilə bağlı yekun qərar verməyib 8-01-2020, 11:09 “Neftçi”ylə “Zirə”nin 200 mini əlində qaldı 8-01-2020, 11:07 Bordinin taleyinə bu gün aydınlıq gəlməlidi 8-01-2020, 11:03 Almeydadan xəbər yoxdu 8-01-2020, 11:00 Güloğlan Cabbarov deputat olmaq istəyir… 8-01-2020, 10:54 “Ümid edirəm ki, “Səbail” futbolda özünəməxsus tarix yazacaq” 8-01-2020, 10:50 İl yeniləndi, dekadanın acıları unudulmadı Bütün xəbərlər
Ən çox oxunanlar