12 dek 12:17aktual

“F91 Düdelanj” beş jurnalistlə gəlir


5 minə yaxın bilet satılıb
Cümə axşamı “Qarabağ” cari avrokubok mövsümündə sonuncu oyununa çıxacaq. “Sevilya” ilə səfər qarşılaşmasındakı məğlubiyyətdən sonra qrupdan çıxmayacağı dəqiqələşən “köhlən atlar”ın “F91 Düdelanj”la matçı formal xarakter daşıyacaq. Dekabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna “Qarabağ” tam heyətlə hazırlaşır. Buna qədər, demək olar, bütün oyunlardan öncə kadr itkisi ilə üzləşən çempionun baş məşqçisi Qurban Qurbanov bu dəfə bütün futbolçuların xidmətindən yararlana biləcək. Hətta uzun müddətə sıradan çıxan Filip Ozobiç də kollektiv çalışmalara başlayıb. Oynamaq şansı az olsa da, yox deyil.
Artıq məlum qarşılaşma ilə bağlı planlar da bəllidi. Lüksemburq təmsilçisini gətirən təyyarə bu gün axşam 20.50-də Heydər Əliyev Beynəxalıq Hava Limanında yerə enəcək. Pasport qeydiyyatından keçəcək qonaqların nümayəndə heyəti və futbolçular birbaşa məskunlaşacaqları dəbdəbəli otelə - “Fairmont”a yollanacaqlar. Lakin bu günə məşq nəzərdə tutulmayıb. Qonaqlar sabah 20.00-da Respublika stadionunda oyunöncəsi son məşqə çıxacaqlar. Bundan yarım saat əvvəl isə “F91 Düdelanj”ın baş məşqçisi Bertran Krasson stadionun konfrans salonunda jurnalistlərin suallarını cavablayacaq. Qurban Qurbanovun mətbuat konfransı günorta saat 13.30-a nəzərdə tutulub. Bu dəfə də Respublika stadionunda. Amma komandası ənənəyə uyğun olaraq matöncəsı son hazırlığı “Azərsun Arena”da tamamlayacaq. Saat 17.30-da. Lüksemburqdan Bakıya azarkeşlərin gələcəyi söhbət mövzusu olmasa da, 5 qonaq jurnalistin oyunu işıqlandıracağı dəqiqdi.
Oyuna marağın əvvəlki matçlara nisbətən az olacağı gün kimi aydındı. “Qarabağ”ın qrupda qalacağı dəqiqləşib, üstəgəl, rəqibin adı futbolsevərləri soyuq qış günlərində stadiona üz tutmaqdan soyudub. Vəziyyətin belə olması bilet satışına da təsirsiz ötüşməyib. Dünən klubun mətbuat katibi Nurlan İbrahimovla əlaqə saxlayanda 5 minə yaxın bilet satılmışdı. Oyun gününə qədər də təxminən iki bu qədər satılacağını nəzərə alsaq, dekabrın 12-də “Tofiq Bəhramov”un ən yaxşı halda yarısının dolacağını güman edə bilərik.
İnsafən, “Qarabağ”ın bu cür münasibətə layiq olmadığını deməliyik. Düzdü, qrupdan çıxmaq şansları kifayət qədər yüksək idi. Bu gün həmin sevinci kiplilər yox, azərbaycanlılar yaşamalıydı və bunun üçün əla imkan yaranmışdı. Hətta bu baş vermədisə belə, illərdi olmayan Azərbaycan futbolunun adını uca tutan, 2014-dən bu yana hər ilin payızında bizlərə qrup mərhələsinin həyəcanını yaşadan komandanın yanında olmalıyıq. Axı əsl azarkeş yalnız yaxşı günlərdə tanınmır. Əsl azarkeş həm də pis günün dostu olmalıdı. Bəs siz hansındansız?
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! Dünən, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir Dünən, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək Dünən, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen Dünən, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır Dünən, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal Dünən, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı Dünən, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi Dünən, 11:51 80 dəqiqəlik məşq Dünən, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı Dünən, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi Dünən, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı Dünən, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı Dünən, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu 17-01-2020, 12:11 “Sumqayıt” 7 qolun vurulduğu oyunu uduzdu 17-01-2020, 12:10 MTK gücünü “Qəbələ”yə göstərdi 17-01-2020, 12:07 Amit Quluzadə Albaniyaya qayıtmaq istəyib 17-01-2020, 12:05 “Turan Tovuz” rəhbərliyinə premyer-liqa ilə bağlı heç nə deyilməyib 17-01-2020, 12:04 U-19 hər ay toplanış keçəcək 17-01-2020, 12:02 Hakimlərimiz beynəlxalq arenada nəinki yerində sayır, hətta geri gedirlər 17-01-2020, 11:59 Bakı metrosunda əcaib irqçilik 17-01-2020, 11:56 Kintananın getmək qərarının arxasındakı sirr 8-01-2020, 11:16 Mirabdulla “Neftçi”yə qayıtdı, Rıbka da gedir 8-01-2020, 11:14 PFL kubokun finalının yeri ilə bağlı yekun qərar verməyib 8-01-2020, 11:09 “Neftçi”ylə “Zirə”nin 200 mini əlində qaldı 8-01-2020, 11:07 Bordinin taleyinə bu gün aydınlıq gəlməlidi 8-01-2020, 11:03 Almeydadan xəbər yoxdu 8-01-2020, 11:00 Güloğlan Cabbarov deputat olmaq istəyir… 8-01-2020, 10:54 “Ümid edirəm ki, “Səbail” futbolda özünəməxsus tarix yazacaq” 8-01-2020, 10:50 İl yeniləndi, dekadanın acıları unudulmadı Bütün xəbərlər
Ən çox oxunanlar