10 dek 15:05aktual

Klublar Komitəsi “qış yuxusuna gedib”


Orxan Əhmədov: “Bir mövzuya görə, yaxud ad olsun deyə, bir araya gəlməyin mənası yoxdu”
Ölkə çempionatındakı problemlərin qabardılması, ümumi müzakirələrdən sonra çıxış yollarının tapılması üçün AFFA prezidenti Rövnəq Abdullayevin tapşırığı əsasında 2014-cü ilin dekabrında Klublar Komitəsi (KK) yaradılmışdı. Həmin komitə ki, ilk sədri Tuyqun Nadirov olmuşdu. Komitə üzvləri az qala hər ay bir araya gəlir, mühüm məsələləri müzakirə edir, hansısa qərarların qəbul olunması üçün “baş sındırırdılar”. İclaslarda “Bakı”dan Yaşar Seyidovu, “Simurq”dan Anar Bəkirovu, AZAL-dan Fikrət Hüseynovu, “İnter”dən Georgi Nikolovu, “Neftçi”dən Elnur Məmmədovu , “Qəbələ”dən Fariz Nəcəfovu, “Qarabağ”dan Əmrah Çəlikəli görməyə alışmışdıq.
“Xəzər Lənkəran”ın elita ilə vidalaşmasından sonra Nadirov sədrlikdən getdi. Ardınca Kamran Qliyev seçildi, daha sonra Riad Rəfiyev. İndi Klublar Komitəsinin dadı-duzu qalmayıb. İclaslar formal xarakter daşıyır, klubları ikinci, üçüncü dərəcəli şəxslər təmsil edir, müzakirə mövzusu isə futbolçuların tumanının rəngi, butslarının ölçüsü olur. Bir sözlə, lazımsız komitəyə çevrilib. Sadəcə, biabır olmamaq üçün tarixin yaddaşına köçürmürlər.
KK-nın sonuncu toplantısının sentyabrın 3-nə təsadüf etməsi dediklərimizin sübutudu. Üstündən üç aydan da artıq vaxt keçməsinə baxmayaraq, komitə üzvlərinin bir araya gəlmək fikri yoxdu. Halbuki müzakirə olunmalı kifayət qədər mövzu var. Elə bu məqsədlə KK-nın mətbuatla əlaqələndiricisi Orxan Əhmədovla əlaqə saxlayıb, növbəti iclasın vaxtını öyrənmək istədik. AFFA rəsmisi konkret vaxt deməkdə çətinlik çəkdi: “Belə bir plan var. Sadəcə, oyunların başa çatmasını gözləyirik. Bildiyiniz kimi, qış fasiləsinə qədər 1 tur qalıb və ölkə kubokunu1/4 final mərhələsinin oyunları. Oyunlar başa çatandan sonra, çox güman, dekabrın son günlərində komitə üzvləri bir araya gələcək. Bu baş verməsə belə, iclas yanvarda, ən pis halda fevralın əvvəlində baş tutacaq. Komandalar hazırlıq üçün ölkə xaricinə üz tutsalar da, rəsmiləri onsuz da burda olur. Hər şey müzakirələrdən sonra uyğun vaxtın seçilməsindən asılıdı. Bilirsiz, iclasın təşkili vacib məsələlərin, problemlərin olmasından asılıdı. Fövqəladə toplantıya ehtiyac duyulursa, ayda bir dəfə yox, hətta həftədə bir dəfə də yığışmaq olar. Lakin bir mövzuya görə, yaxud ad olsun deyə, bir araya gəlməyin mənası yoxdu”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! Dünən, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir Dünən, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək Dünən, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen Dünən, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır Dünən, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal Dünən, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı Dünən, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi Dünən, 11:51 80 dəqiqəlik məşq Dünən, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı Dünən, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi Dünən, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı Dünən, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı Dünən, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu 17-01-2020, 12:11 “Sumqayıt” 7 qolun vurulduğu oyunu uduzdu 17-01-2020, 12:10 MTK gücünü “Qəbələ”yə göstərdi 17-01-2020, 12:07 Amit Quluzadə Albaniyaya qayıtmaq istəyib 17-01-2020, 12:05 “Turan Tovuz” rəhbərliyinə premyer-liqa ilə bağlı heç nə deyilməyib 17-01-2020, 12:04 U-19 hər ay toplanış keçəcək 17-01-2020, 12:02 Hakimlərimiz beynəlxalq arenada nəinki yerində sayır, hətta geri gedirlər 17-01-2020, 11:59 Bakı metrosunda əcaib irqçilik 17-01-2020, 11:56 Kintananın getmək qərarının arxasındakı sirr 8-01-2020, 11:16 Mirabdulla “Neftçi”yə qayıtdı, Rıbka da gedir 8-01-2020, 11:14 PFL kubokun finalının yeri ilə bağlı yekun qərar verməyib 8-01-2020, 11:09 “Neftçi”ylə “Zirə”nin 200 mini əlində qaldı 8-01-2020, 11:07 Bordinin taleyinə bu gün aydınlıq gəlməlidi 8-01-2020, 11:03 Almeydadan xəbər yoxdu 8-01-2020, 11:00 Güloğlan Cabbarov deputat olmaq istəyir… 8-01-2020, 10:54 “Ümid edirəm ki, “Səbail” futbolda özünəməxsus tarix yazacaq” 8-01-2020, 10:50 İl yeniləndi, dekadanın acıları unudulmadı Bütün xəbərlər
Ən çox oxunanlar