06 dek 12:34aktual

Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb


“Bu 18-19 ildə beynəlxalq səviyyədə oynaya biləcək bir futbolçu belə yetişməyib”
Elşad Əhmədovla çempionata uğrusuz start verən “Sabah”da baş məşqçi dəyişikliyi olandan sonra İqor Ponomaryovun uzun fasilədən sonra qayıtdığı məşqçilikdə uğur qazanacağını təxmin edənlərin sayı az deyildi. Lakin o da komandanı yeni səviyyəyə, “tələbələr”i turnir cədvəlinin üst pillələrinə qaldıra bilmədi. Nəticədə kollektiv Jelko Sopiçə tapşırıldı, Ponomaryov isə müvəqqəti daşıdığı vəzifəni boşaltmaq məcburiyyətində qaldı.
Düzü, İqor Anatolyeviçlə daha öncə danışmaq istəyirdik. Lakin komandada çalışdığı müddətdə nədənsə sorğu-sualdan uzaq durmağa çalışırdı. Odu ki, Sopiçin təyinatından sonra onunla yenidən əlaqə saxladıq. Bu dəfə də danışmaqdan boyun qaçırmağa çalışsa da, növbəti cəhdi uğursuz alındı.
- Deyəsən, Bakıdasız...
- Bakıdayam hələ ki. Sabah İsveçə yola düşürəm.
- Təxminən iki ay “Sabah”ın “sükanı arxasında” olduz. İşinizi necə qiymətləndirə bilərsiz?
- Məncə, bu suala insanların, siz jurnalistlərin cavab verməsi daha məqsədəuyğun olar. Bir insanın öz gördüyü işə qiymət verməsi nə dərəcədə doğrudu, bilmirəm.
- Məsələn, mən hansısa müsahibəmdən, yazımdan razı qala bilirəm və ya əksinə. Yəni insanın gördüyü işə qiymət verməsi anormallıq deyil.
- Belə danışaq, mən “Sabah”ın Müşahidə Şurasının üzvüyəm. Baş məşqçi postuna da Elşad Əhmədov istefa verəndən sonra gəlmişdim. Razılığımız belə olmuşdu ki, yeni məşqçi gələnə qədər bu işi icra edim. Yeni məşqçi tapılana qədər üzərimə düşən işi icra etdim, o gələndən sonra postumdan ayrıldım. Baş məşqçi komandanı daha yaxından tanımaq üçün işinə qış fasiləsinə qədər başlamalıydı ki, belə də oldu.
- Baş məşqçi postunda qalmaq istəyiniz vardı?
- Özüm futbol oynamışam, məşqçilik etmişəm, belə deyim, futbol adamıyam. Əlbəttə, aktiv fəaliyyətlə məşğul olmaq hamı kimi mənim də istəyimdi. Amma bəzən elə olur ki, hər şey heç də sırf səndən asılı olmur.
- Birdən “Sabah” ardıcıl 4-5 oyunda qələbə qazanardı, onda necə olacaqdı? Qalmağınız mümkün idi?
- Belə söhbətimiz olmamışdı. Əvvəldən yeni baş məşqçi gələnə qədər işləyəcəyimi bilirdim. Xorvatiya “Dinamo”su ilə əməkdaşlığımız var deyə, müzakirələrdən sonra baş məşqçi postuna xorvat mütəxəssis cəlb olundu. Məncə, uğurlu seçim olacaq.
- İstənilən halda, müvəqqəti olduğunuzu bilirdiz.
- Əlbəttə, bilirdim.
- Elədisə, “Sabah”dan cari mövsümün yekunu üçün gözləntiləriniz nədi? Komanda avrokuboklara vəsiqə verən yerlərdən birini tuta biləcək?
- Həyatda, xüsusən də futbolda mümkünsüz heç nə yoxdu. Əvvəla, çempionatda 8 komandanın mübarizə apardığını unutmamalıyıq. Digər tərəfdən, komandalar arasında ciddi səviyyə fərqinin olmadığını deməliyik. Razıyam, “Qarabağ” bütün rəqiblərindən açıq-aşkar üstündü, bir az da “Neftçi” heyətinə görə güclü görünür. Qalan hamı aşağı-yuxarı eyni gücdədi. Mən öz üzərimə düşəni yerinə yetirməyə çalışdım. Ümid edirəm ki, yeni baş məşqçi də bacardığını edəcək. Gözləyək, görək nə olur.
- Jelko Sopiçlə görüşmüsüz?
- Xeyr.
- Niyə? Siz də Bakıdasız, o da.
- Bilmirəm, Sopiçə mənimlə görüşmək maraqlı idi, ya yox. Amma mənimlə görüşüb danışmaq həvəsi onda olmalıydı. Hər halda, neçə ay komandanın baş məşqçisi olmuşam, müəyyən şeylərdən xəbərdaram. Görünür, ehtiyac duymayıb.
- Bu sualı hər dəfə özümə verirəm, bu dəfə sizdən soruşacam.
- Soruşun.
- Klub rəhbərliyi “Sabah” üçün hər cür şərait yaradıb. Maaşlar vaxtında verilir, klub kifayət qədər yaxşı baza-stadiona malikdi, heyətdə təcrübəli və bacarıqlı futbolçular cəmləşib. Belə olan halda turnir cədvəlindəki vəziyyət niyə ürəkaçan deyil? Nə çatmır?
- Mən komandaya gələndə çatışmayan nələr vardısa, düzəltməyə və kollektivi yaxşı vəziyyətə gətirməyə çalışdım. Komanda həm psixoloji, həm də fiziki cəhətdən yaxşı vəziyyətə gəlmişdi. Məncə, yaxşı mənada nəyəsə nail ola bildik. Əziyyətimizin bəhrəsi isə yığdığımız 11 xal oldu. Halbuki buna qədər cəmi 2 xalımız vardı. Onu da nəzərə alaq ki, bəzi udmalı olduğumuz oyunlarda lazımsız xal itkiləri ilə üzləşdik. Məncə, zamanla daha yaxşı ola bilərdi. Bu artıq keçmişdi, danışmağın mənası yoxdu.
- 13 oyuna 13 xal istənilən halda ürəkaçan deyil. Çempionatın ilk yarısı başa çatmamış “Sabah” 26 xal itirib. Bunun səbəbini soruşmaq istəyirəm.
- İtirilən 26 xalın hesabını məndən soruşmağınız düzgün deyil. Çünki mən gələnə qədər “Sabah” 5 oyuna 2 xal toplamışdı. Komanda rəhbərliyim altında meydana çıxdığı 7 oyunda 3 qələbə qazandı, 2 heç-heçə etdi, 2 dəfə məğlub oldu. Yadımdadı, komandamız bir dəfə turun ən yaxşı komandası seçilmişdi, turun ən yaxşı futbolçusu bizdən olmuşdu, həmçinin turun ən yaxşı məşqçisi. Məncə, bunlar da nədənsə xəbər verir.
- Müşahidə Şurasında qalacaqsız?
- Bəli-bəli...
- PRO kateqoriyasını yeniləmək haqda düşünmürsüz?
- Məşqçi işləmirəmsə, nəyimə lazımdı?
- Birdən sabah gözlənilmədən təklif aldız, onda necə?
- Təklif olsa, bu haqda nəsə düşünərəm.
- “Sabah”da çalışdığınız müddətdə həm çempionatı, həm də əsas yığmanı yaxından izləmək imkanınız oldu. Millidən başlayaq. Vaxtilə çalışdırdığınız komandada sizi təəccübləndirən, sevindirən, kədrləndirən nə(lər) oldu?
- (fikirləşir) Bir az çətin sual oldu. Düzünü deyim, hansısa həmkarımın işinə qiymət verməyi xoşlamıram. Yığmanın baş məşqçisi var, düzdü? Mən bu məsələyə necə münasibət bildirim?
- Mən sizdən millinin çıxışına qiymət verməyi xahiş edirəm, Nikola Yurçeviçin işinə yox.
- Belə danışaq da, yığmanın qrupu cəmi 1 xalla başa vurması ölkə futbolu adına böyük minusdu. Amma buna cavab verməli olan adam biz yox, millinin baş məşqçisidi. Çünki heyəti müəyyənləşdirən, komandanı oyunlara hazırlayan şəxs odu.
- 18-19 il əvvəl çalışdırdığınız yığma və bugünkü milli. Bir-birindən nə ilə fərqlənirlər?
- Bizim öz oyun üslubumuz vardı. Uduzanda da mübariz oyun göstərirdik. Yadımdadı, o vaxt biz daha çox xal toplamağa layiq idik. Bəzən bəxt bizdən üz döndərirdi, bəzən sabitlik çatmırdı. Həm də futbolçu azlığı müşahidə olunurdu, 13-14 futbolçu arasından seçim etməli olurduq. Bir də ki, yığmada nəticə vermək üçün müəyyən zamana ehityac duyulur. Bütün bunlar 20 il əvvəl idi. İndi hər şey dəyişib, şərait yaxşılaşıb, infrastruktur var. Sadəcə, bir şeyi başa düşə bilmirəm.
- Nəyi?
- Bu 18-19 ildə beynəlxalq səviyyədə oynaya biləcək bir futbolçu belə yetişməyib. Bu, az vaxt deyil. Axı bu ölkədə bütün nəsillərdə adından söz etdirən futbolçular olub. İstər Banişevskiyə qədər olsun, istər ondan sonra, bizim vaxtımızda, bizdən sonra – həmişə sözünü deyən futbolçular olub Azərbaycanda. İndi onlar hanı? Nə oldu? Nə dəyişdi? Niyə o cür futbolçular yetişmir? Niyə heç kim soruşmur ki, nə baş verir?
- Biz yazırıq, soruşuruq, maraqlanırıq. Çox hörmətli Elxan Məmmədov hər dəfə min bir bəhanələrlə gördüyü işə bəraət qazandırır, ölkə futbolunun biabırçı durumda olmadığını iddia edir.
- Tərlan Əhmədov sovet futbol məktəbinin yetirməsidi, hansı ki, gözümün qabağında oynayıb. Bu gün isə premyer-liqada məşqçilik edir. Bu gün onun yolunu davam etdirən kim var? Niyə? Çünki biz nə edirik? Gündə bir akademiya açırıq. “Mançester Yunayted” məktəbi, o biri, bu biri. Hə, nə olsun? Hanı o akademiyalardan çıxan uşaqlar? Bu 20 ildə yığma üçün kimləri yetişdirmişik? Bu gün çempionatımızın səviyyəsi hansı vəziyyətdədi?
- Premyer-liqanın səviyyəsi də ürəkaçan deyil, hə?
- Bu gün “Qarabağ” şəriksiz liderdi, az qala hər oyun meydanı qələbə ilə tərk edir. Açıq danışaq, bu gün çempionat görüşləri lazım olan səviyyədə deyil. Bu məqam təmsilçilərimizin avrokubok matçlarında özünü açıq-aşkar göstərir.
- Nə çatmır?
- Keyfiyyət.
- Oyun keyfiyyəti, yoxsa oyunçuların keyfiyyəti?
- Hər ikisi. 18-10 il əvvəl çempionatda 15, 16, 18 komanda iştirak edirdi. O vaxt imkansız dövrlər idi. İndi şərait yaxşılaşıb, ölkənin vəziyyəti düzəlib, elitada cəmi 8 komanda çıxış edir. Bu gün “Qarabağ”la üz-üzə gəlirik, iki gün keçir, rəqib yenə “Qarabağ”dı. Yatıb-durursan, yenə “Qarabağ”la oynamalısan. Ya da “Səbail”lə, “Neftçi”ylə. Bu gün “Sabah” “Dinamo” ilə əməkdaşlıq edir. Gənclərin yetişməsi üçün Xorvatiya futbolundan öyrənməli olduğumuz çox şey var. Məşqçi, yaxud futbolçu mübadiləsi və s. Bütün klublar uşaq futboluna bu qədər diqqət ayırırmı?
- Ölkə futbolundakı problemlərdən danışırıq. Lakin unutmayaq ki, bu gün ölkə futbolunda bir çox mühüm qərarları İsgəndər Cavadov, Kazbek Tuayev, Vaqif Sadıqov kimi veteran futbolçuların toplaşdığı İcraiyyə Komitəsi qəbul edir. Maraqlıdı, adıçəkilənlərlə danışırsızmı, onlardan ölkə futbolunun inkişafına kömək etməyi xahiş edirsizmi?
- Özünüz də bilirsiz ki, mən Bakıda yaşamıram. Ona görə də adını çəkdiyiniz insanlarla tez-tez danışmaq imkanım olmur. Bu gün yığma Yurçeviçə tapşırılırsa, Sadıqov, Cavadov, Tuayev nə etsin?
- Yurçeviçin təyinatına onların da təmsil olunduğu İcraiyyə Komitəsi razılıq verir də.
- Bilmirəm, ona görə də sussam, yaxşıdı. Söhbətin içində olmadan mühakimə yürütmək düzgün olmaz. Demək istədiyim odu ki, bu gün uşaq futbolunda hər cür şərait var. Bazalar, meydançalar, geyim dəstləri – heç birindən əziyyət çəkmirlər. Hardasa boşluq var, həmin boşluğu tapmaq lazımdı. Tərlan Əhmədov, Nazim Süleymanov, Vladislav Qədirov kimi futbolçuların ardınca onların yolunu layiqincə davam etdirə biləcək nəsil yetişməliydi. Təəssüf ki, bu gün görmürük. Nə bilim, yaxşı olar yəqin.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var Bu gün, 12:35 Almeyda Şeferin komandasında oynayacaq Bu gün, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi Bu gün, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı Bu gün, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu Bu gün, 12:29 “Neftçi”də ispan məşqçi Bu gün, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” Bu gün, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi Bu gün, 12:20 “Zirə” Krnetanı qaytardı Bu gün, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü Bu gün, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı Bu gün, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir Bu gün, 12:07 Rüfət Dadaşovu qınayırlar... Bu gün, 12:05 2020-ci ildə ilk heç-heçə Bu gün, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... Bu gün, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Bütün xəbərlər
Ən çox oxunanlar