05 dek 12:33aktual

Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı


Komitə üzvü gənc hakimin saqqalına “ilişdi”
AFFA-nın aşağı yaş qrupları arasında ölkə çempionatı keçirdiyindən xəbərdarsız. Yarışlar Əsasnaməyə uyğun olaraq, əvvəlcə müxtəlif regionlarda zonalar üzrə təşkil olunur. Həmin zonalarda ilk yeri tutan komandalar isə sonradan paytaxtda keçirilən final mərhələsinə qatılaraq, öz yaş qruplarında qalibləri müəyyənləşdirirlər. İlk baxışdan AFFA-nın bu addımını alqışlamaq, ölkədə futbolun kütləviliyi yönündə görülən işləri yüksək qiymətləndirmək olar. Ancaq çox təəssüf ki, assosiasiyanın bir çox layihələri kimi, müxtəlif yaş qrupları arasında keçirilən liqalarda da çatışmazlıqlar göz oxşayır ki, onlardan biri də hakimliklə bağlıdı.
Hakimlər Komitəsi hər həftənin şənbə-bazar günləri müxtəlif regionlarda keçirilən liqalarda oyunları idarə etmək üçün hakimlər təyin edir. Onların çoxu da bu sahədə yenicə addım atanlardı. Ancaq çox maraqlıdı ki, komitə rəhbərliyi üçün həmin gənc hakimlərin təyinat aldıqları oyunun öhdəsindən gəlib-gəlmədiyini bilmək maraqlı deyil. Yəni stadionlarda gənc referilərin işini qiymətləndirəcək bir kəs olmur. Bu isə o deməkdi ki, gənc referi hansısa səhvə yol versə belə, onu heç kim cəzalandırmır, idarəçiliyini qiymətləndirmir. Bu da sonda cəzasızlıq mühiti yaradır, ədalət təmsilçilərinin inkişafına mane olur. Buna uyğun bir nümunə göstərə bilərəm. Bir dəfə Sumqayıt zonasında U-11 liqası çərçivəsində keçirilən qarşılaşmanı izləyirdim. Epizodların birində hakim sərbəst zərbə təyin etdi və əlini yuxarı qaldıraraq, barmaqları ilə 3 göstərdi. Bunun nə olduğu çoxlarına qaranlıq qaldı. Məşqçilərdən biri dözməyib referidən “3”ün nə olduğunu soruşdu. Referinin verdiyi cavab, demək olar ki, hamını şoka saldı: “Sərbəst zərbə olduğu üçün topa 3 toxunuş etmək lazımdı”. Baş məşqçi nə qədər çalışsa da, referiyə sərbəst zərbə zamanı topa iki toxunuş olunmalıdı qaydasını izah edə bilmədi. Etika naminə nə həmin gənc hakimin, nə də onunla mübahisə edən məşqçinin adını yazmaq istəyirəm. Ancaq reallıq odu ki, bu gün hakim olmaq üçün AFFA-nın təşkil etdiyi kurslara qatılan, uşaq liqalarına təyinat alan referilərin əksəriyyətinin nə futboldan anlayışı var, nə də qaydalardan xəbərdardılar. Yuxarıda qeyd etdiyim kimi, onların işini qiymətləndirən olmadığından nə səhvlər düzəlir, nə də hakimlərdə irəliləyiş görünür.
Ötən bazar yolum yenə müxtəlif yaş qrupları arasında təşkil olunan liqalara qucaq açan “Mehdi Hüseynzadə”yə düşmüşdü. Stadiona yenicə çatmışdım ki, gördüm məşqçilər bir tərəfə qaçır, hakimlər əllərində sənədlər çox həyəcanlı şəkildə ora-bura vurnuxurlar. Təlatümün nədən yaşandığını bilmək üçün tanış məşqçilərin birinə yaxınlaşdım. Və məlum oldu ki, Hakimlər Komitəsinin üzvü Elçin Məmmədov qəfil, heç kimi xəbərdar etmədən Sumqayıta təşrif buyurub. Elçin bəy gənc hakimləri iş başında görmək istəyirmiş. Dünənə qədər komandaların idman geyiminə fikir verməyən, uşaqların müydana “şitki” ilə çıxıb-çıxmadığına baxmayan referilər “yuxarı”dan gələn yoxlamanı görüb məşqçilərdən getrilərin eyni rəngdə olmasını tələb edir, “şitki”si olmayanları meydana buraxmırlar. Bu üzdən liqalarda iştirak edən komandaların çalışdırıcıları, valideynlər özlərinə əl qatıblar. Kimi getr axtarışına çıxıb, kimi başqa nöqsanları aradan qaldırmağa çalışır. Elçin bəy isə meydanın kənarında dayanıb oyunları izləyir, hakimlərin idarəçiliyini müşahidə edirdi. Komitə üzvünə yaxınlaşan məşqçilər hakimliklə bağlı fikirlərini bildirir, nöqsanları qabardırdılar.
Stadionda olduğum müddətdə daha bir maraqlı məqam yaşandı. Məmmədov gənc hakimlərdən birini yanına çağırıb üzünü niyə təraş etdmədiyini soruşdu. Referinin nə cavab verdiyini eşitməsəm də, Elçin bəyin “sizlər bu uşaqlara nümunə olmalısız. Saqqallı meydana çıxmaq nə deməkdi? Deməli, özündə məsuliyyət hiss etmirsən, oyuna hazırlaşmırsan. Hər şey bundan başalayır. Bu yaxınlarda biraylıq cəzalanmışdın. Deyəsən, yenə 15 günlük “istirahət”ə yollanmaq istəyirsən. Sabah izahatı yazıb mənə təqdim edərsən” söylədiyinə qulaq müsafiri oldum. Bu fakt bir daha göstərir ki, liqalara təyinat alan hakimlərin də işini qiymətləndirəcək, onların səhvlərini daha yuxarı instansiyalara çatdıracaq mütəxəssislər də oyunlara göndərilməlidi. Əks halda, gənc ədalət təmsilçiləri işlərinə başdansovdu yanaşacaqlar.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var Bu gün, 12:35 Almeyda Şeferin komandasında oynayacaq Bu gün, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi Bu gün, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı Bu gün, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu Bu gün, 12:29 “Neftçi”də ispan məşqçi Bu gün, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” Bu gün, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi Bu gün, 12:20 “Zirə” Krnetanı qaytardı Bu gün, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü Bu gün, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı Bu gün, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir Bu gün, 12:07 Rüfət Dadaşovu qınayırlar... Bu gün, 12:05 2020-ci ildə ilk heç-heçə Bu gün, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... Bu gün, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Bütün xəbərlər
Ən çox oxunanlar