02 dek 16:19aktual

Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər

Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər
Elşad Əhmədov: “Bundan sonra belə qrupa düşmək çox çətin olacaq”
Şahin Diniyev: “Rəqabətsiz çempionatı, millinin nəticəsini göz önünə gətirəndə...”
Vaqif Sadıqov: “Bunu bəxt amilli ilə əlaqələndirirəm”
Ağasəlim Mircavadov: “Avropada uğur qazanamaq istəyirsənsə, bunlar vacibdi”

Avrokuboklardakı yeganə təmsilçimiz “Qarabağ” səfərdə “Sevilya”ya məğlub olmaqla qrupda qaldı. Hər kəs qrupdakı rəqiblərin müəyyənləşməsinin ardından ilk dəfə komandamızın növbəti mərhələyə yükəsələcəyinə çox inanmışdı. Rəqiblərin “dişimizə görə” olması, Ağdam təmsilçisinin avrokuboklardakı ümumi nəticəsi müsbət məqamlar haqda düşünməyimiz üçün əsas idi. Ancaq təəssüf ki, bu, baş vermədi. “Qarabağ” nəinki növbəti mərhələyə yüksəldi, qrup mərhələsinin son oyununa belə ümid saxlamadı. Təbii ki, bunun bir çox səbəbləri var. Hər kəs qrupdakı əsas rəqibin APOEL olmasında həmfikir idi. Artıq planlar yalnız Cənubi Kipr təmsilçisi ilə keçiriləcək iki qarşılaşma üçün qurulurdu. Ancaq “köhlən atlar” əsas rəqiblə iki oyunda cəmi 1 xal qazandı. Sonda ümid çətin İspaniya səfərindən möcüzə ilə dönməyə qaldı. Möcüzə isə baş vermədi. Dünən müraciət etdiyimiz mütəxəssislərlə də bu məsələlər ətrafında danışdıq.
Elşad Əhmədov: “İspaniyaya çox ümidli getmişdik. Biz də yaxşı nəticə gözləyirdik. Ən azı bir xal qazanacağımıza inanmışdıq. Ancaq təəssüf ki, belə olmadı. Həm Sevilyadakı, həm də Lüksemburqdakı oyun xeyrimizə olmadı. Görüşə beşli müdaifə ilə çıxmışdıq. “Qarabağ” həmişə belə oynamır. Ola bilər ki, qol buraxmamaq haqda düşünürdülər. Xüsusilə də rəqibin mərkəzdən hücumlarını dəf etmək istəyirdilər. Rəqib Bakıdakı oyunda da mərkəzdən daha təhlükəli gəlirdi. Ancaq bizim üçün daha vacib oyun APOEL ilə görüşlər idi. Onlara qarşı keçirdiyimiz iki oyundan heç olmasa, birində qalib gələ bilsəydik, bu gün fərqli nəticə olardı. Heç bəlkə də “Sevilya” ilə matça ehtiyac qalmayacaqdı. Açığı, “Qarabağ”ın belə bir qrupa düşməsi şans idi. Bundan sonra belə qrupa düşmək çox çətin olacaq. Demək olar ki, qrup “dişimizə görə”, keçiləsi idi. Ancaq alınmadı. Bu futboldu. “Qarabağ”ın bura çıxmasının özü belə böyük işdi”.
Şahin Diniyev: “Çox təəssüf ki, istədiyimiz olmadı. Hər bir azərbaycanlı “Qarabağ”ın qrupdan çıxıb yeni bir səs-küy yaratmasını, tarix yazmasını istəyirdi. “Qarabağ” bizim yalnız futbol komandamız deyil, həm də siyasi cəhətdən bu adı yaşadandı. Düşdüyümüz qrup keçilməz də deyildi, “dişimizə görə” idi. Aydın məsələ idi ki, “Sevilya” qrupu lider tamamlayacaq. Səfərdə “Dudelanj”ı yenməyimiz bizə böyük ümid vermişdi. Ancaq təəssüf ki, qrupda ikinci yerin taleyini APOEL-lə oyunlar həll etdi. “Qarabağ” hər iki oyunda Kipr təmsilçisindən güclü olsa da, nəticə baxımından istədiyini ala bilmədi. Bu gün desək ki, “Qarabağ”ın APOEL-ə qarşı oyunlarda yaxaladığı imkanlardan istifadə edə bilməməsi ustalıq səviyyəsinə görə idi”, o zaman yanılarıq. Çox düzgün olmaz. Ona görə ki, təmsilçimizin heyətində yer alanlar kifayət qədər təcrübəli futbolçulardı. Mən buna rəqibi dəyərlinməmək də deməzdim. “Qarabağ” peşəkar komandadı. Sadəcə, taktiki cəhətdən və APOEL-in hər 90 dəqiqəni daha düzgün oynaması onlara yaxşı nəticə qazandırdı. Bu oyunlarda məşqçi və futbolçu işini onlar daha yaxşı ortaya qoyduğu üçün istədiklərini ala bildilər. “Sevilya”nın necə komanda olduğu bəllidi. Hansı heyətlə oynayır-oynasın, fərq etməz. Onlar hazırda Avropanın beş güclü liqasından birini təmsil edirlər. Sadəcə, arxayın idilər. Ötürmələrin və pressinqin hesabına “Qarabağ”a təzyiq göstərmək istəyirdilər. Səhv etməyimizi gözləyirdilər. O səhv də oldu. Təmsilçimiz əslində birinci hissədə düzgün müdafiə olundu. Ancaq 90 dəqiqə təzyiq alıtnda oynamaq çətindi. Bu halda hər bir futbolçu səhv edə bilər. İkinci hissədə diqqət bir az azaldı. Güc aşağı düşdü. Rəqib isə usta komandadı. Kiçik şansdan istifadə etdi. Ancaq bu gün hamımızın “Qarabağ”ın üstünə getməsini düzgün saymıram. Rəqabətsiz Azərbaycan çempionatını, millimizin nəticəsini göz önünə gətirəndə, “Qarabağ”ın bügünkü çıxışına alqış düşür. Ən azı bu hissləri bizə yaşadır. Daxili çempionatın zəif olması, “Qarabağ”ın özü ilə mübarizə aparması çox çətindi. Ona görə də bu gün onların üstünə getməyi doğru saymıram. “Qarabağ”ın bizə yaşatdıqlarını unutmaq olmaz”.
Vaqif Sadıqov: “Təbii ki, hamımız heyfsilənirik. “Qarabağ” növbəti mərhələyə vəsiqə qazanmalıydı. APOEL-dən qat-qat üstün oyun sərgilədilər. İstədiyimizə nail olmasaq da, bunu bəxt amilli ilə əlaqələndirirəm. “Sevilya” ilə qarşılaşmada da komandamız oyun intizamını qoruyub saxlaya bilirdi. Ancaq növbəti mərhələyə vəsiqə APOLE-lə oyunlardan asılı idi. Təbii ki, kağız üzərində oyunun favoriti “Sevilya” idi. Ancaq “Qarabağ”ın güclü “Atletiko”ya qarşı necə mübarizə apardığını da görmüşdük. Bu dəfə də inanırdıq ki, İspaniyadan yaxşı nəticə ilə dönəcəyik. Əslində Qurbanov lazım olan nəticəyə uyğun oyun qurmuşdu. Buraxdığımız qola qədər onu tam həyata keçirə bildik. Açığı, bu gün Avropada zəif komanda yoxdu. Biz “Sevilya” ilə oyunla göstərdik ki, necə bir komandaya qarşı mübarizə apara bilirik. Yenə də gələcəyə ümidlə baxmaq lazımdı. İnanıram ki, Azərbaycan çempionu yenə də avrokuboklarda uğurlu nəticə qazanacaq”.
Ağasəlim Mircavadov: “Görüşə beşli müdafiə ilə başlamışdıq. Açığı, “Sevilya” o qədər də üstün oynamadı. Bəli, topu özündə saxlasa da, “Qarabağ” onlara çox şans vermədi. Ancaq “Qarabağ”ın da çox şansı olmadı. Onlara qarşı əks-hücumda oynamaq lazım idi. Bu isə bizdə alınmadı. Beşli müdafiə ilə bunu etmək çətindi. “Sevilya”nın əsas oyunçuları da yox idi heyətdə. Onlar artıq mərhələni adlamışdılar. Ancaq yenə də çox epizodumuz olmadı. Ümumiyyətlə, “Qarabağ” APOEL-dən də, “Dudelanj”dan da üstün futbol göstərdi. Avrokuboklarda bu cür oyunlarda sənin komandanda lider olmalıdı. Qol vuran oyunçu lazımdı. Belə oyunçun olmayanda isə yaxşı kollektiv oyun göstərməlisən. Ki, əks-hücumlardan yaxşı istiifadə edə biləsən. İkisindən biri mütləq olmalıdı. Avropada uğur qazanamaq istəyirsənsə, bunlar vacibdi. Təbii ki, səhvlər ola bilər. İşləyən adamda səhv olmalıdı. Ancaq gəlin etiraf edək ki, başqa qruplarla müqayisədə ən şanslı qrup bizimki idi. Allah kərimdi, qismət olarsa, belə şans bir də düşər”.
HƏSƏN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:20 Çay və ya qəhvə içmək zamanı Bu gün, 12:18 Nazim Süleymanov HİK-dən cavab gözləyir Bu gün, 12:17 “F91 Düdelanj” beş jurnalistlə gəlir Bu gün, 12:15 AFFA ağacəkmə kampaniyasını saymadı Bu gün, 12:08 Elmar Baxşıyevin dəyişdirdiyi komanda Bu gün, 12:06 Renat “yatır”, komandası toparlana bilmir 10-12-2019, 16:39 Xanbaba Daşdı İbrahim Uzuncanın dedikləri ilə razılaşmadı 10-12-2019, 16:26 Yurçeviç AFFA rəhbərliyini toya dəvət etməyib 10-12-2019, 16:05 “Uğur qazanmaq istəyiriksə, futbola baxışımızı dəyişməliyik” 10-12-2019, 15:56 Yeganə ümid yeri Millətlər Liqasıdı! 10-12-2019, 15:41 Sopiçin qarşısına hədəf qoyulmayıb 10-12-2019, 15:33 Rəhim Həsənov fitnes-testdən “kəsilib” 10-12-2019, 15:30 “Ağsu”dakı qəfil dəyişiklik: 4 oyuna 9 xal 10-12-2019, 15:27 FİFA referilərinin siyahısı açıqlandı 10-12-2019, 15:05 Klublar Komitəsi “qış yuxusuna gedib” 10-12-2019, 15:03 Samir Əliyev U-19-un çətin qrupda yer aldığını düşünür 10-12-2019, 15:01 Kubokdan kənarda qalanlar səbəbləri sadaladılar 6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı Bütün xəbərlər
Ən çox oxunanlar