Yazarlar
Sonun başlanğıcı...

Anar Şabanoğlu


Sonun başlanğıcı...
İstefa!

Huşəng


İstefa!
Sonun başlanğıcı…

Anar Şabanoğlu


Sonun başlanğıcı…

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
Bugünkü qəzet
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
26 noy 17:24aktual

Elxan Məmmədov özündən başqa hamını günahkar bilir


“Bilsəm ki, yığma Avropa, ya da dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaq, istefa verərəm”
AFFA-nın baş katibi Elxan Məmmədov dünən 105 FM-də İlkin Babanın təqdimatında yayınlanan “Extra Time” verilişinin qonağı idi. Düzdü, assosiasiyanın ideoloqu bir neçə gün öncə yığmanın Slovakiyaya məğlubiyyətindən sonra müsahibə vermişdi. Lakin səfərə gedən jurnalistlərin suallarına sual adını vermək çətin olduğundan, qulaqlarımızı İlkinin verilişinə dikmişdik. Çünki həmkarımız hələ bir gün əvvəldən dəftərçəsindəki bütün sualları Məmmədova ünvanlayacağına söz vermişdi.
Çox güman, həm adı çəkilən radioda, eyni zamanda “İdman TV”də efirə gedən bu müsahibəni çoxları dinləyə bilmədi. Məmmədov ölkə futbolunun rəzil durumda olmasına görə özündən başqa hamını – jurnalistləri, futbolçuları, klubları, mütəxəssisləri, hətta menecerləri də günahkar bildi. İllərdi milyonları talan edən qurumun öz işindən razı olan baş katibinin müsahibəsini ixtisarla diqqətinizə çatdırırıq.
“Futbolçuların hamısı gücünün 100 faizini ortaya qoymur”
- Əsas yığmanın seçmə mərhələdəki uğursuzluğu fonunda bütün günahların AFFA rəhbərliyində, dolayı yolla sizdə olduğu iddia edilir. Həqiqətən günah sizdədi?
- Biz də AFFA rəhbərliyi olaraq bu nəticələrdən razı deyilik. İcraiyyə Komitəsinin iclasında suallarımız çoxdu. Baş məşqçidən hesabat sorulacaq və gələcək taleyinə aydınlıq gələcək. Eyni zamanda, futbolçulara da suallarımız çoxdu. Çünki hamısı gücünün 100 faizini ortaya qoymur. Bu, qəsdən olmur. Fərdi qaydada söhbət edəcəyik. Əksər suallarımız baş məşqçimizə olacaq. Milli ölkənin birinci komandasıdı. İldə 5 oyun keçirilir, futbolçular burda maksimal səy göstərməlidilər. Narazılıqlar aydındı. Adi azarkeşlər daim nəticə tələb edir. Bundan başqa, peşəkar jurnalistlər var. Düzgün tənqid edirlər, biz də bu yazıları təhlil edirik. Bir şeyi qəbul etmək lazımdı ki, AFFA rəhbərliyi futbol oynamır. Bizim işimiz milliyə ən yaxşı şəraiti yaratmaqdı. Maliyyə dəstəyidi – bunu edirik, infrastrukturdu – bu da var, aşağı yaş qruplarında yarışlar keçirilir. Bu gün 7 minə yaxın uşaq futbol oynayır. Ancaq bunun qarşılığında meydana çıxan futbolçulardı. Milliyə futbolçular klublardan gəlir. Baş məşqçi də ən yaxşıları seçir. Millinin baş məşqçisini İcraiyyə Komitəsi təsdiq edir. Məsələn, Berti Foqts gəlmişdi və 9 xal qazanmışdı, tənqid olunduq. Ardınca Prosineçki 10 xal qazandı, yenə tənqid olunduq. Ardınca Millətlər Liqası gəldi və milli ölkənin ən uğurlu yerli mütəxəssisi Qurban Qurbanova tapşırıldı. Məqsəd pley-offa yüksəlmək idi. Bu olmayınca, yenidən tənqidlər başladı. Bunu da anlayırıq, çünki yaxşı şansımız vardı. Seçmə mərhələnin başlamasına bir ay qalmış baş məşqçi postu Nikola Yurçeviçə tapşırıldı. Tanınmış məşqçi deyildi, buna qədər əsasən köməkçi kimi çalışmışdı. Düşünürdük ki, həmin bu insan, mütəxəssis bu cür qrupda daha yaxşı nəticə göstərə bilər. Yenə deyirəm, AFFA rəhbərliyi bugünkü nəticə ilə razı deyil. Amma irəli baxmalıyıq. Buraxdığımız səhvləri təkrarlamamaq üçün onlara nəzər salmalıyıq.
Sualın ikinci hissəsinə cavabım ondan ibarətdi ki, qeyri-obyektiv, subyektiv, süni şəkildə, qeyri-etik şəkildə təhqirlər mövcuddu. Sizə deyim, bunu kim yaradır. Bunu yaradan özünə jurnalist deyən “insanlar”, “futbol mütəxəssisləri” və təbii ki, futbolun içində olub öz maraqlarını qoruyan “insanlar”... 3 il əvvəl AFFA rəhbərliyi danışılmış oyunlarla bağlı mübarizəyə başladı. AFFA-nın təşəbbüsü ilə bununla bağlı Cinayət Məcəlləsinə maddə əlavə olundu. O vaxtdan bu yana hüquq-mühafizə orqanları ilə işbirliyi yaradılıb. Bunun nəticəsində nə qədər futbolçu, məşqçi, hakim futboldan uzaq düşdü. Bu virus tək bizdə deyil, müxtəlif ölkələrdə geniş vüsət alıb. Bu gün premyer-liqa 100 faiz təmizdi, aşağı dəstələrdə danışılmış oyunların sayı 30 faiz azaldılıb. UEFA-nın bizə göndərdiyi hesabatda qeyd olunub.Təbii ki, futbol cinayəti ilə məşğul olan insanlara bizim varlığımız sərf etmir. Bu günə qədər belə açıq demirdik.
Bundan başqa, bir neçə ay əvvəl süni şəkildə legioner limitinin aradan qaldırılması ilə bağlı yazılar dərc olunmağa başladı. Bu nə deməkdi? Yəni müxtəlif peşəkar və qeyri-peşəkar agentlər vasitəsi ilə legionerlər Azərbaycana gələcək və yerli futbolçularımız kənarda qalacaq. Təbii ki, bu cür insanlara da yerli futbolçuların marağını müdafiə edən AFFA-nın rəhbərliyi sərf etmir. Xatırlayırsızsa, 2000-ci illərin əvvəlində Azərbaycan futbolu Avropa futbolundan uzaq düşmüşdü. Ona görə də biz həmin bazarın yaranmasına imkan verməyəcəyik, düzgünlüyün müdafiəçisi olmağa çalışacağıq.
- İctimaiyyət Elxan Məmmədovun ölkə futbolu üçün iş görmədiyini əsas gətirir. Açıq soruşum, Azərbaycan futbolu üçün nə iş görmüsüz və ya görürsüz?
- Mənim bu suala cavab verməyim qeyri-etik olar. Bu sualı İcraiyyə Komitəsinin üzvlərinə, AFFA rəhbərliyinə ünvanlamaq lazımdı. Təəssüf ki, özüm öz işimə qiymət verə bilmərəm. Bu gün AFFA-nın əməkdaşları və klublarda çalışan insanların əksəriyyəti futbolu sevən, futbolla yaşayan peşəkarlardan ibarətdi. Onlar futbolumuzun təmiz, şəffaf olması üçün çalışırlar. Həmçinin də mən. Bizə verilən tapşırıqları sona qədər yerinə yetirməyə çalışırıq. İndi yığmanın 1 xal toplamasına görə tənqid olunuruq. Lakin buna qədər 9, 10 xal toplayan baş məşqçiləri də İcraiyyə Komitəsi təyin etmişdi. Hər seçmə mərhələdə eyni sayda xal qazanmaq mümkün deyil.
Hazırda millidə nəsildəyişmə prosesi gedir. Gənc futbolçular, yeni simalar üzə çıxıb. Hətta əsas heyətdə oynayırlar. Onsuz da bu dəfə qrupdan çıxmaq imkanımız yox idi. Lakin bəzi oyunlarda komandamız çox yaxşı oyun göstərdi. Məsələn, Zarebdə və Bakıda xorvatlarla matçlarda. Uelslə Kardiffdəki görüşdə. Razıyam, son iki oyunda müdafiədən oynadıq.
-Yadda qalan yaxşı oyunlar yox, nəticələr olur. Qrupdakı uğursuzluğa görə açıqlama, hesabat verilməlidi...
- Sizinlə tam razıyam. Ona görə də dekabrın ortalarında İcraiyyə Komitəsinin iclası olacaq. İclasdan sonra ictimaiyyətə müvafiq məlumatlar veriləcək. Bu cür açıq söhbətimizin olması yaxşı haldı. Bu səbəbdən burdayam.
“Ola bilsin, səhvik”
- “Elxan Məmmədov istefa versə, hər şey düzələcək” deyirlər. Sizcə, istefa versəz, nələrsə dəyişər?
- Bilsəm ki, mənim getməyimlə hər şey düzələcək, yığma Avropa, ya da dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaq, istefa verərəm. Əslində gülməli söhbətdi. Bilirəm, AFFA rəhbərliyi olaraq çoxlarını qane etmirik. Çünki çirkin işlərinin həyata keçməsinə mane oluruq. Bunu bildiklərinə görə hər dəfə milli uduzan kimi kampaniya başlayır. Son 2-3 ildə görməkdəyik.
- AFFA prezidenti postuna seçki olacaq. Rəhbər vəzifəsinə keçmək planınız yoxdu?
- Xeyr. Mən icraçıyam. Peşəmə və xarakterimə uyğun olaraq idarəetmədə icraçı rolunda özümü rahat hiss edirəm. Əvvəlki işimdə də icraçı-menecer vəzifəsini daşıyırdım. Ali rəhbər olmaq daha çətindi. Bəzən təcrübə çatmır, bəzən təhsil, bəzən başqa səbəblər ortaya çıxır.
- Premyer-liqada klub sayının azlığı və bölgələrdəki komandaların fəaliyyətini dayandırması da xeyli narazılıqlar doğurur. Səbəb nədi?
- Bu gün premyer-liqada 10 komanda iştirak etməlidi. Lakin iş adamları, yəni sponsorlar yoxdusa, biz nə edə bilərik? Xatırlayırsızsa, 2 il əvvəl bir klub var idi. Səs-küylə premyer-liqada iştirak etmək istədiklərini demiş, bizə müraciət etmişdilər. Biz onlardan maliyyə sənədlərini istədik, lakin təqdim etmədilər. Mətbuatdakı bəzi “jurnalistlər” vasitəsi ilə bizə təzyiq göstərməyə başladılar. Sonu nə oldu? 3 aydan sonra həmin şəxslərə qarşı maliyyə ilə bağlı cinayət işi açıldı. Həm də tam başqa sahədə. Qaydalara səthi yanaşsaydıq, sonu nə olardı? Həmin komanda avqustda çempionata başlayıb, 3 aydan sonra fəaliyyətini dayandırardı.
O ki qaldı bölgə futboluna, bu gün ölkə futbolunda bölgə təmsilçiləri var, amma birinci divizionda. Niyə orda? Cavab sadədi, bu gün “Turan Tovuz”, “Kəpəz” 100 faiz AFFA tərəfindən maliyyələşir. Əlbəttə, bu komandaların elitada iştirak etməsi yaxşı olardı. Amma premyer-liqada bu qədər komanda saxlamağa gücümüz çatmır. Buna həmin bölgələrin İcra Hakimiyyətləri, ordakı fabrik-zavodlar, iş adamları kömək göstərməlidi. Bir adam olmasın, birlik yaratsınlar, amma komanda olsun. Biz də hansısa dəstək verməyə hazırıq.
- Nikola Yurçeviçli yığmanın seçmə mərhələdəki hədəfi nə idi?
- Məqsəd qrupda sonuncu olmamaq, yuxarılarda olmaq idi. Rəqiblərimiz reytinqdən bizdən üstdə olsalar da, yığma hər oyuna 3 xal üçün çıxırdı. Hədəfimiz 1 xal, yaxud sonuncu pillədə qərarlaşmaq deyildi.
- Qrupdakı uğursuzluğa görə tənqid hədəfi AFFA-dı...
- Təbii ki, AFFA-dı. Hətta klublar da yaxşı və ya pis nəticə göstərəndə belə, hədəf AFFA olur. Hansısa komandamız Avroliqanın pley-offunda uduzursa, çempionatımızın zəif olduğunu deyirlər. Amma uğur qazanılanda heç kim çempionatımızın zəif olduğunu iddia etmir. 2012-ci ildən bu yana “Neftçi”dən başlayaraq digər komandalarımız “Qəbələ”ylə “Qarabağ” avrokubokların qrup mərhələsində çıxış edir. Lakin heç kim çempionatın gücünü qabartmır. Bu gün “Qarabağ” qrupa necə düşür? Təbii ki, limit tətbiq olunan premyer-liqada iştirak etməklə. Klubların uğuru Azərbaycan futbolunun uğurudu, uğurları isə klubla AFFA-ya bölmək lazım deyil.
Bildiyiniz kimi, “Bavariya”nın rəhbərləri Rummennige, Hönness kimi şəxslərdi. Bu günə qədər kluba azarkeşlik edənlərin komandaları Çempionlar Liqasının qalibi ola bilmədiyinə görə bu insanları tənqid etdiyini eşitmisiz? Xeyr, ola bilməz. Çünki uğursuzluq olanda baş məşqçini dəyişirlər. Necə ki, Niko Kovaçla müqaviləyə xitam verdilər. Rəhbər şəxslər maliyyə ayırır, təşkilati işləri qaydasına salır.
- Bir şeyi unutmayaq, baş məşqçi seçimini edən rəhbərlikdi. Seçmə mərhələni uğursuz başa vuran yığmaya Yurçeviçi seçmisizsə, tənqid olunmalısız.
- Bəli, tam haqlısız, təyin edən bizik. Ola bilsin, səhvik. Amma....
- Yurçeviç seçimində səhvinizi etiraf edirsiz?
- Onu mən deyə bilmərəm, İcraiyyə Komitəsinin iclasında görəcəyik. Gəlin iclası gözləyək. Düzdü, hədəfə çatmadıq, amma yenə də iclası gözləməliyik.
- Hədəfə çatmayanda baş məşqçi yola salınır.
- Bir qədər gözləyək. Bir şeyi dəqiq bilirəm, AFFA rəhbərliyi bu nəticədən razı deyil. Yeri gəlmişkən, onsuz da Yurçeviçin assosiasiya ilə müqavilə müddəti başa çatır. Hətta nəticələr yaxşı olsaydı belə, yenidən danışıq aparmalıydıq.
“Qəbələ”nin fəaliyyətini dayandırmasını istəməzdik”
- Bəlkə ölkə futboluna rəhbərlik edən qurum olaraq hər şeyə sıfırdan başlamağı əsas götürüb, insanlardan millidən 5 il nəticə gözləməməyi xahiş edəsiz.
- Bunun özü çətin prosesdi. Komandanın qarşısına məqsəd qoyulmursa, meydana çıxmağın mənası yoxdu.
- Onsuz da bizimkilərin potensialı bəllidi.
- Mən inanıram ki, bu komandanın potensialı böyükdü.
- Ona görə 1 xal qazandıq?
- Dediyim kimi, bu, yeni nəsildi. Yığmaya yeni futbolçular cəlb olunur, yeni komanda qurulur. Bəlkə də mən səhv deyirəm. Ona görə də İcraiyyə Komitəsindəki futbol mütəxəssislərinin fikirlərini dinləməliyik. İclasda komitənin hansısa üzvü hansısa məsələyə mənfi yanaşırsa, həmin məsələyə yenidən baxılır, müzakirə aparılır. Hətta bir dəfə bizdə belə hal yaşanıb da.
- Əsas sponsorun “Qəbələ”dən imtina etməsi ilə bağlı xəbərlər yayılıb. Belə olan durumda assosiasiya bölgə təmsilçisinə dəstək verəcək?
- Çox güman, növbəti iclasda bu məsələ də müzakirə olunacaq. Qəbələdəki iş adamlarının və icra hakiminin kömək göstərməsini istərdik. “Qəbələ” Futbol Akademiyası Azərbaycan futboluna töhfə verib, ordan neçə-neçə futbolçu çıxıb. Ona görə də bu klubun fəaliyyətini dayandırmasını istəməzdik. Çünki ordakı infrastrukturu da itirə bilmərik. O qədər meydanlar və akademiya var orda.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:50 Türkiyə şirkəti “Neftçi”nin geyim sponsoru oldu Bu gün, 11:48 “Mehdi Hüseynzadə” dekabrın 20-də bağlanır Bu gün, 11:47 “Ağsu”nun icraçı direktoru qovuldu Bu gün, 11:46 Elşad Əhmədov “Sabah”ın transferlərindən razıdı Bu gün, 11:44 Dadaşlinski və komandası Elxan Məmmədovla məzələndi Bu gün, 11:40 “Sumqayıt”ın yarımmüdafiəçisi Xorvatiyaya yollandı Dünən, 12:20 Çay və ya qəhvə içmək zamanı Dünən, 12:18 Nazim Süleymanov HİK-dən cavab gözləyir Dünən, 12:17 “F91 Düdelanj” beş jurnalistlə gəlir Dünən, 12:15 AFFA ağacəkmə kampaniyasını saymadı Dünən, 12:08 Elmar Baxşıyevin dəyişdirdiyi komanda Dünən, 12:06 Renat “yatır”, komandası toparlana bilmir 10-12-2019, 16:39 Xanbaba Daşdı İbrahim Uzuncanın dedikləri ilə razılaşmadı 10-12-2019, 16:26 Yurçeviç AFFA rəhbərliyini toya dəvət etməyib 10-12-2019, 16:05 “Uğur qazanmaq istəyiriksə, futbola baxışımızı dəyişməliyik” 10-12-2019, 15:56 Yeganə ümid yeri Millətlər Liqasıdı! 10-12-2019, 15:41 Sopiçin qarşısına hədəf qoyulmayıb 10-12-2019, 15:33 Rəhim Həsənov fitnes-testdən “kəsilib” 10-12-2019, 15:30 “Ağsu”dakı qəfil dəyişiklik: 4 oyuna 9 xal 10-12-2019, 15:27 FİFA referilərinin siyahısı açıqlandı 10-12-2019, 15:05 Klublar Komitəsi “qış yuxusuna gedib” 10-12-2019, 15:03 Samir Əliyev U-19-un çətin qrupda yer aldığını düşünür 10-12-2019, 15:01 Kubokdan kənarda qalanlar səbəbləri sadaladılar 6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib Bütün xəbərlər
Ən çox oxunanlar