Yazarlar
Sonun başlanğıcı...

Anar Şabanoğlu


Sonun başlanğıcı...
İstefa!

Huşəng


İstefa!
Sonun başlanğıcı…

Anar Şabanoğlu


Sonun başlanğıcı…

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
Bugünkü qəzet
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
22 noy 12:52aktual

Millət vəkilləri AFFA-nın məsuliyyət daşıdığını dedilər

Millət vəkilləri AFFA-nın məsuliyyət daşıdığını dedilər
Aqil Abbas: “Birinci bu biabırçılığa görə Yurçeviç getməlidi, ikinci onu bura gətirənlər”
Yığma komandamız seçmə mərhələni 1 xalla tamamladı. Bununla isə tarixinin ən bərbad göstəricisini təkrarladı. Yığma sonuncu dəfə 24 il öncə - 1995-də qrupu 1 xalla bitirmişdi. Bu biabırçı nəticədən sonra “hədəf taxtası”nda baş məşqçi Nikola Yurçeviçlə yanaşı, AFFA rəhbərliyidi. Futbol ictimaiyyətinin əksəriyyəti hazırkı rəhbərliyi tənqid etməklə yanaşı, artıq onların vaxtının dolduğunu düşünür. Bunu yalnız millinin uğursuz nəticələri ilə yox, daxili çempionatın da bərbad vəziyyətdə olması ilə əlaqələndirirlər. Təbii ki, futbol ictimaiyyəti ilə yanaşı, siyasi xadimlər də məsələyə biganə qalmırlar. Hazırkı vəziyyətdə əsas günahkarın kim olduğunu, AFFA rəhbərliyinin gedib-getməməsinin vacibliyini və ölkə futbolunun necə xilas ola biləcəyinin yolunu öyrənmək üçün millət vəkilləri ilə əlaqə saxladıq.
Aqil Abbas: “Milli komanda uduzub? Nə danışırsız, elə şey olar? Axı bu şərəf işi idi? Nəsə belə şeylər danışırdılar. Nə deyim, heç nə. Açığı, indiki vəziyyətdə AFFA rəhbərliyinin istefa verməsi ilə heç nə düzəlməyəcək. Deyək ki, onlar getdi, məni gətirib qoydular. Nə olacaq ki? Mənə elə gəlir ki, ölkə futbolunu düzəltmək uzun bir proses olacaq. AFFA hazırda Bakı çempionatı keçirir. Ölkə çempionatı keçirilsəydi, bu vəziyyətə düşməzdik. Azərbaycanda futbol şəhərlərinin hamısı futbolsuz qalıb. Lüksemburqun 40 min əhalisi, 14 komandası var. Ancaq 500 min əhalisi olan Gəncə futbolsuz qalıb. Milli komandanın da nəticəsi göz qabağındadı. Birinci bu biabırçılığa görə Nikola Yurçeviç getməlidi, ikinci onu bura gətirənlər. Kim gətiribsə, çıxıb cavab versin. Görək bu Yurçeviçi hardan eşələyib tapıblar, hansı zibilxanadan gətiriblər. Bu nə deməkdi? Bu nə futboldu? Futbolda adam udar da, uduzar da. Ancaq bu dərəcədə biabırçılıq olmaz. Biri var idi, 10 xal yığmışdı. Yazıq getdi burdan. Qurban Qurbanova heç 6 ay vaxt vermədilər. Futbol təsərrüfatımız o qədər pis gündədi ki, bunun üçün 40 arvad yığışıb ağlamalıdı. Təbii ki, bütün bunlara görə federasiya rəhbərliyi məsuliyyət daşıyır. AFFA rəhbərliyi çıxıb bir dəfəlik deməlidi ki, yeni proqram tərtib etmişik. Və bunu tətbiq edəcəyik. 2005-ci ildə möhtərəm prezident futbolun inkişafı ilə bağlı sərəncam imzalamışdı. O zaman müyyən irəliləyişlər oldu. Rayon komandaları yarandı. Ancaq sanki qəflətən bir badalaq gəldi. Hamısı dağıldı. “Xəzər Lənkəran” kimi komanda dağıldı. İndi də “Qəbələ” dağılmağın astanasındadı. Təbii ki, hamısında günahkar AFFA-dı”.
Fazil Mustafa: “Milli komanda 0:2 yaxşı uduzdu. Bakıda 1:5 uduzmuşduq, irəliləyiş var (gülür). Əslində mən uğursuzluğun səbəbini tam olaraq AFFA rəhbərliyinə bağlamıram. Futbolun təbiəti başqadı. Əvvəla, bu sahəyə iş adamları cəlb edilməlidi ki, bu işə pul qoysunlar. Yalnız AFFA-nın səyləri ilə belə rəqabətsiz futbolda yetkin komanda formalaşdırmaq mümkün deyil. Açığı, bu dəfə qrupumuz da güclü idi. Biz bu qrupda kimdən xal ala bilərdik? Bir tək Xorvatiyadan xal ala bildik. Uels, Slovakiya, Macarıstan, Xorvatiya hamısı bizdən güclüdü. Hamısı favorit komandalardı. Bizim potensialdakı komandalar üçün bu qrupda xal qazanmaq real deyil. Yenə qrupda Andorra, Lixtenşteyn olsaydı, heç olmasa, bir qələbə qazanardıq. Məsəl var ki, adamı bəd işə göndərib, adını yarıtmaz qoyurlar. Rəqiblərimizin güclü çempionatları da var. Mən hesab edirəm ki, futbolu inkişaf etdrimək üçün ilk növbədə bazar iqtisadiyyatı çərçivəsində iş adamları qrupu yaradılmalı və onlar bu işə əl qoymalıdılar. Ancaq demək olar ki, hazırda ölkədə müstəqil iş adamları yoxdu. Məsələn, o vaxtı İmişlidə komanda yaransa da, bir günə dağıldı. Tovuzdakı komanda premyer-liqaya gələ bilmir. Artıq “Qəbələ” də deyəsən, dağılmaq üzrədi. Hələ məncə, AFFA pul xərcləyib bir az onları ayaqda saxlayıb. Olmasa, necə olacaq? Təbii ki, AFFA uğursuzluqlara görə məsuliyyət daşıyır. Ancaq futbolun da öz reallıqları var. O cümlədən basketbolun da. Görün hələ basketbol nə gündədi. Gürcüstanla müqayisədə xeyli problemlər var. Onların pulu da bizdən çox deyil axı. Gördüyünüz kimi, bütün sahələrdə olduğu kimi, futbolda da problemlər var. Təbii ki, bu məğlubiyyətlər xoşagələn deyil. Ən azı gələcək üçün yaxşı işlər görülməlidi”.
HƏSƏN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:50 Türkiyə şirkəti “Neftçi”nin geyim sponsoru oldu Bu gün, 11:48 “Mehdi Hüseynzadə” dekabrın 20-də bağlanır Bu gün, 11:47 “Ağsu”nun icraçı direktoru qovuldu Bu gün, 11:46 Elşad Əhmədov “Sabah”ın transferlərindən razıdı Bu gün, 11:44 Dadaşlinski və komandası Elxan Məmmədovla məzələndi Bu gün, 11:40 “Sumqayıt”ın yarımmüdafiəçisi Xorvatiyaya yollandı Dünən, 12:20 Çay və ya qəhvə içmək zamanı Dünən, 12:18 Nazim Süleymanov HİK-dən cavab gözləyir Dünən, 12:17 “F91 Düdelanj” beş jurnalistlə gəlir Dünən, 12:15 AFFA ağacəkmə kampaniyasını saymadı Dünən, 12:08 Elmar Baxşıyevin dəyişdirdiyi komanda Dünən, 12:06 Renat “yatır”, komandası toparlana bilmir 10-12-2019, 16:39 Xanbaba Daşdı İbrahim Uzuncanın dedikləri ilə razılaşmadı 10-12-2019, 16:26 Yurçeviç AFFA rəhbərliyini toya dəvət etməyib 10-12-2019, 16:05 “Uğur qazanmaq istəyiriksə, futbola baxışımızı dəyişməliyik” 10-12-2019, 15:56 Yeganə ümid yeri Millətlər Liqasıdı! 10-12-2019, 15:41 Sopiçin qarşısına hədəf qoyulmayıb 10-12-2019, 15:33 Rəhim Həsənov fitnes-testdən “kəsilib” 10-12-2019, 15:30 “Ağsu”dakı qəfil dəyişiklik: 4 oyuna 9 xal 10-12-2019, 15:27 FİFA referilərinin siyahısı açıqlandı 10-12-2019, 15:05 Klublar Komitəsi “qış yuxusuna gedib” 10-12-2019, 15:03 Samir Əliyev U-19-un çətin qrupda yer aldığını düşünür 10-12-2019, 15:01 Kubokdan kənarda qalanlar səbəbləri sadaladılar 6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib Bütün xəbərlər
Ən çox oxunanlar