Azərbaycan yığmasının bütün tarixi ərzində qatıldığı seçmə mərhələlərin rəqəmli mənzərəsini təqdim edirik. Sizə yaxşı məsləhətlərimiz var. Qəzetin bu hissəsini kəsib, cibinizdə saxlayın. Lütfən, yeni baş məşqçi ilə bağlı danışıqlarda kimisə aldatmayın. Bütün seçmə mərhələlərdəki nəticələri, nəhayət, şah əsəriniz olan AÇ-2020-nin rəqəmlərini də göstərin. Ondan sonra görün ki, ağlı başında olan bir adam sizlə işləməyə razılıq verəcəkmi?
1 2 3 4 5 6 7 8
AÇ-96 10 0 1 9 2-29 1 6/6
DÇ-98 8 1 0 7 3-22 3 5/5
AÇ-2000 10 1 1 8 6-26 4 5/6
DÇ-2002 10 1 2 7 4-17 5 6/6
AÇ-2004 8 1 1 6 5-20 4 5/5
DÇ-2006 10 0 3 7 1-21 3 6/6
AÇ-2008 12 1 2 9 6-28 5 8/8*
DÇ-2010 10 1 2 7 4-14 5 5/6
AÇ-2012 10 2 1 7 10-26 7 5/6
DÇ-2014 10 1 6 3 7-11 9 4/6
AÇ-2016 10 1 3 6 7-18 6 5/6
DÇ-2018 10 3 1 6 10-19 10 5/6
ML-2018/19 6 2 3 1 7-6 9 2/4
AÇ-2020 8 0 1 7 5-18 1 5/5
Qeyd: 1 – tsikl, 2 – oyun, 3 – qələbə, 4 – heç-heçə, 5 – məğlubiyyət, 6 – top fərqi, 7 – xal, 8 – yer/komanda sayı.
* - qrupda 8 komanda yer alsa da, Azərbaycanla Ermənistanın duellərinə icazə verilmədiyindən bu iki komanda 14 əvəzinə 12 oyun keçirib.