15 noy 12:48aktual

Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib!


Dadaşlinskinin köməkçisi özünü maşının önünə atdı
Sirr deyil ki, son vaxtlar ölkə teleməkanının ən populyar verilişi İTV-nin “3D” layihəsidi. Dəfələrlə demişik, bir daha xatırladırıq ki, robot-aparıcı qonaqlara qəliz, həm də auditoriyanın istəyinə uyğun suallar verir. Əsas sima verilişin aparıcısı Dadaş Dadaşlinskidisə, köməkçisi Lyuba da vacib fiqurdu. Son vaxlar gözləmə otağında dayanan, qəbula düşmək istəyən Əziz personajı da var. Dadaş bəy isə yalnız AFFA-nın baş katibi Elxan Məmmədovu verilişə gətirəcəyi halda, onu qəbul edəcəyini bildirib. Beləcə günlər bir-birini əvəz edir, Dadaşlinskinin baş katiblə görüşmək istəyi alınmır. AFFA-nın ictimai rəyi qətiyyən vecinə almadığını, xüsusən də Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla səviyyəsində yürüdülən “özümüzkülər və yadlar” siyasətini nəzərə alsaq, şəxsən mənə heç nə qəribə görünmür. Məmmədov – Abdulla cütlüyü yığmanın səfər oyunlarını işıqlandırmaq üçün “əsas heyət” müəyyənləşdirib, daha sonra bir “dostlar klubu” da yaradıblar ki, vaxtaşırı, futbol dili ilə desək, rotasiyaya əl atırlar, kim ki qurumu tərifləyir, yanlarına, daha doğrusu, təyyarələrinə alıb, dünyanı gəzdirirlər. Burası aydındı, vəziyyət dözülməzdi və heç şübhəsiz, belə ayrı-seçkilik siyasətinin sonu çatacaq. Amma ölkənin ən böyük ictimai təşkilatının vəzifəcə 4-cü, amma faktiki 2-ci şəxsi həmin ölkənin İctimai Televiziyasını, yumşaq desəm, vecinə almırsa, deməli, nələrsə və kimlərsə yerində deyil.
Beləliklə, İTV-nin layihəsində günlərdi müzakirə olunan Elxan Məmmədovun gəlişi mövzusu noyabrın 12-si efirində apogeyə çatdı. Bir gün əvvəlki verilişin sonunda bəlli olmuşdu ki, Məmmədova görə AFFA-ya gedən Əzizi orda maşın vurub. Təbii ki, Lyuba srağagün efirdə Əzizlə əlaqə saxladı və sağlıq durumu ilə maraqlandı: “Getmişdim AFFA-ya, yolu keçəndə bir maşın gördüm, elə bildim Elxan müəllimin maşınıdı, atdım özümü maşının altına ki, saxlasın, verilişə dəvət edim, sən demə, bu başqa maşın imiş. Amma Dadaş müəllimə denən ki, mən yolumdan dönən deyiləm, bu yolda öldü var, döndü yox”.
“3D” layihəsinin srağagünkü qonağı millət vəkili Tahir Mirkişili olub. Əsasən iqtisadi məsələlərin müzakirə olunduğu verilişin 11-ci dəqiqəsi tamamlanarkən Lyuba Dadaş müəllimə zəng edir: “Dadaş müəllim, indicə internetdə oxudum ki, AFFA-nın mətbuat katibi açıqlama verib ki, Elxan Məmmədovu heç kim “3D” verilişinə rəsmən dəvət etməyib.
- Necə yəni, elə şey olar?
- A-a, indicə oxudum.
- Sən bilirsənmi nə et? Bizim idman departamentinin direktoru var – Kənan Hakimov, onu dəvət elə, qonaqla söhbətimi bitirim, bu barədə onunla ətraflı danışarıq.
Dadaşlinski millət vəkilini yola salandan sonra qəbul otağında onu gözləyən Kənan Hakimov içəri daxil olur və ən maraqlı hissə burda yaşanır.
- Kənan, salam ay Kənan...
- Salam, Dadaş müəllim, necəsiz?
- Yaxşı olmağa çalışıram. Gəl əyləş, bir məsələ var, sənlə müzakirə etmək istəyirəm. Kənan, Elxan Məmmədovu biz rəsmi verilişə dəvət etməmişikmi?
- Açığı, Dadaş müəllim, mən də mətbuatdan oxudum Firuz Abdullanın açıqlamasını. Yəni rəsmi dəvət başqa cür necə olur? Efir vasitəsi ilə siz dəfələrlə rəsmi dəvət eləmisiz. Gəlin bəlkə biz başqa yola da əl ataq. Necə futbolçuları milli komandaya rəsmi dəvət edirlər, bəlkə biz də rəsmi dəvət göndərək...
- (sözünü kəsir) Bir dəqiqə, bir dəqiqə. Mən bilirəm futbolçuları necə rəsmi dəvət edirlər milli komandaya. Elə bax Uels və Slovakiya ilə oyunlar üçün götürüb məktub yazıblar Eddi İsrafilova ki, gəl. Onu da gec göndəriblər. İndi texniki səbəbdən olub, ya da nədisə, oyunçu iştirak edə bilməyəcək.
- Bəli, tam doğrudu.
- Ola bilsin, bizdə də elə texniki problem yaşanıb. Bilirsən, biz Əzizi yollamışdıq, AFFA-nın qabağında bir böyük daş var, elçi daşı ki, Əziz orda otursun. Əzizi maşın vurub. Yəni bu da bir texniki problemdi. Mən elə bilirdim ki, onlar başa düşərlər. Amma heç nə olmaz, üzüyümüzün qaşı düşməz ki, yox?
- Təbii.
- Mən burdan üzümü tuturam və rəsmi olaraq AFFA-dan Elxan Məmmədovu verilişimə qonaq dəvət edirəm. Gəlsin, söhbət edək, danışaq, futbol haqda o qədər danışılası mövzumuz var ki.
- Razıyam sizinlə.
- Və bu rəsmi dəvətimi elədim.
- Ümid edirəm ki, gələcək.
- Mən də ümid edirəm. Çox sağ ol, Kənan, səni çox saxlamayım. Sənin də vacib verilişlərin var, düzdü, bu qədər yox, amma hər halda.
Göründüyü kimi, İTV-nin efirində hər gün AFFA, daha doğrusu, bu qurumun “rəsmi dəvət göndərin” tələbi ilə məzələnirlər. Açığı, adam heç bilmir ki, ağlasın, yoxsa gülsün... Elxan bəy, Firuz bəy, mənə rəsmi icazə verin: ağlayım, yoxsa gülüm?
HUŞƏNG
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu Dünən, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb Dünən, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı Dünən, 12:26 “Alyans”ı dayandıran tapıldı Dünən, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu Dünən, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” Dünən, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı 26-11-2019, 16:53 Qurban Qurbanov məğlubiyyəti gözləyirmiş 26-11-2019, 16:51 “Sumqayıt”dan Sumqayıtın yubileyinə hədiyyə: qələbə! 26-11-2019, 16:49 Dadaşlinskinin Əzizi baş katib üçün şüar qaldırdı 26-11-2019, 16:45 Tuayev kimi yaşamaqdan ölmək yaxşıdı! 22-11-2019, 12:52 Millət vəkilləri AFFA-nın məsuliyyət daşıdığını dedilər 22-11-2019, 12:47 “Baş katiblə aramızda heç bir narazılıq yoxdu” 22-11-2019, 12:43 Ağdamda “İmarət”in yubileyi qeyd olunub 21-11-2019, 21:57 Yurçeviç yenə itkiləri bəhanə gətirdi 21-11-2019, 21:55 Rüsvayçı oyun, biabırçı sonluq 21-11-2019, 21:52 U-17 xalsız qaldı 21-11-2019, 21:51 U-21 azlıqda qalan rəqibi üstələyə bilmədi 21-11-2019, 21:29 Haşımov Boykonun oyunun öhdəsindən gəldiyini düşünür 21-11-2019, 21:27 Nazim Süleymanov və tərəfdarları Rövnəq Abdullayevə müraciət etdi 21-11-2019, 21:25 “İrəvan” ilk qələbəsini qazandı 21-11-2019, 21:22 “Keşlə”ni uğura aparan yolun sirri... 21-11-2019, 21:20 Eddinin “özünü pis hiss etməsinin” səbəbi aydın oldu 21-11-2019, 21:18 AFFA rəhbərliyi üçün xatırlatma Bütün xəbərlər
Ən çox oxunanlar