Yazarlar
Anar Şabanoğlu
Sonun başlanğıcı...Huşəng
İstefa!Anar Şabanoğlu
Sonun başlanğıcı…Anar
Sonun başlanğıcı...Amal
Günəşin kölgəsində
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

AFFA ağacəkmə kampaniyasını saymadı

“Qarabağ”da heç kim yaxasını kənara çəkməsin!

Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb”

“Elxan Məmmədov kimdi, nə matahdı ki, bu qədər tənqidin qarşılığında postundan tərpənmir?”

Azərbaycan bodibildinqçiləri Buxarestə yollandı

İTV Mircavadovu çağırdı, millət Elxan Məmmədovu istədi

İdman jurnalistləri AFFA-dan ədalətsizliyə aydınlıq gətirməyi tələb edir

“İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik

Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış

Şok: “Topaz” premyer-liqaya sponsorluq etmək istəmir!

“Şüvəlan” FK bəyanat yaydı

Gerye “Qarabağ”ı aldatdı

Özünüzü dolayın, bəylər…

KİVDF yenə ədalətsiz qərar verdi
11 noy 11:02aktual
APOEL qələbəni öz ad gününə hədiyyə edib

“İnsafən, 570 minin böyük hissəsi mükafat kimi Beletsə verilməlidi”
Cənubi Kiprin futbolla yaxından maraqlananları, xüsusən də APOEL-ə könül verənlər indi bayram içindədilər. Zarafat deyil, cəmi iki gün əvvələ qədər inanmadıqları, ”ağ yuyub, qara sərdikləri” komanda “Qarabağ”ı məğlub etməklə qrupdakı vəziyyətini xeyli yaxşılaşdırdı. İndi hamı gələcəyə ümidlə baxır, Tomas Dolla və yetirmələrinə inanırlar.
Eyni sözlər həmkarlarımıza da aiddi. Baş məşqçinin bacarığını vurğulayan kim, inanılmaz qurtarışları ilə komandasına həyat verən Vid Beletsi göyün yeddinci qatına qaldıran kim, göstərilən xarakteri ön plana çıxaran kim. Bir sözlə, yazılanlar APOEL-in şəninədi.
reporter.com.cy: “APOEL-dən APOEL-ə ad günü hədiyyəsi və ya möhtəşəm geridönüş. Keçmiş keçmiş olaraq qalır, söz yox. Lakin gələcəkdə başına elə işlər gəlir ki, ötən günləri tez unudursan, yada salmaq belə istəmirsən. Qrupdakı mübarizəyə “F91 Düdelanj”, ardınca “Sevilya” məğlubiyyətləri ilə başlayan “sarı-göylər” bir anda bütün ümidləri puç etmişdi. Barmaqla sayıla biləcək qədər az sayda adam xoş gələcəyə ümid edir, bu komandanın pley-offa yüksələcəyini təxmin edə bilərdi. Çünki qarşıda “Qarabağ”la səfər qarşılaşması vardı. Bakıdan xalla qayıtmaq hər komandanın işi deyil. APOEL bunu bacardı, “Qarabağ”la səfər görüşündə uduzmamaqla psixoloji üstünlük qazandı. Növbəti hədəf bu komandanı GSP-də məğlub edib bir addım önə keçmək idi. Oyunun əvvəli meydan sahibləri üçün hər nə qədər üzücü başlasa da (APOEL-in erkən qol buraxmasını nəzərdə tutur – H.), ikinci yarının əvvəlində hər nə qədər çətin anlar yaşasalar da, sonluq ürəkaçan oldu. Qonaqların qapısına iki dəfə yol tapan APOEL xalların sayını 4-ə çatdırıb, şəxsi oyunlardakı nəticələrə görə “Qarabağ”ı qabaqladı. İki gün öncə qrup sonuncusu, bu gün isə ikinci pillə. Futbolçular xarakter göstərdi, Tomas Doll ağıllı taktika və futbolçu seçimi etdi. Lakin bu hələ son deyil. Qarşıda daha iki oyun var. APOEL-in qrupdan çıxmaq şansı öz əlindədi. Bunun üçün “F91 Düdelanj”ı səfərdə məğlub etmək lazım gələcək. Yeri gəlmişkən, noyabrın 8-də APOEL-in 93 yaşı tamam olur. Bundan gözəl ad günü hədiyyəsi nə ola bilərdi, sizcə?”
philenews.com: “Oyundan əvvəlki vəziyyət, bilirsiz, necə idi? Təsəvvür edin, bir neçə saatdan sonra yaxınlarınızdan birinin ad günüdü. Lakin həmin adam məhz yaxın adamların səhvi ucbatından yataqda xəstə yatır. Onu ayağa qaldırmaq öz əlinizdədi, sadəcə, bir az çalışmaq, dərdi tapmaq lazımdı. Eynilə APOEL kimi. Qrup mübarizəsinə iki məğlubiyyətlə başlayıb işini çətinə salan “sarı-göylər”in taleyi öz əlindəydi. “Qarabağ”la oyunlarda maksimum nəticə əldə etməli, qrupdan çıxmaq şanslarını yaxşılaşdırmalı, nəticədə ad günündə özünə möhtəşəm hədiyyə etməliydi. Hər iki oyunda inanılmaz xarakter göstərən Tomas Dollun yetirmələri haqq etdiyi qələbəni qazandı.
Qazandıqları təkcə 3 xal yox, həm də 570 min avro oldu. İnsafən, bu pulun böyük hissəsi mükafat kimi Vid Beletsə verilməlidi. Hesab 1:0 azərbaycanlıların xeyrinə olanda sloveniyalı qapıçı ardıcıl üç dəfə komandasını 100 faizlik qoldan xilas etdi. Bununla da komanda yoldaşlarına “ayılın” mesajını vermiş oldu. Beletsə nə verəcəklər, deyə bilmərəm. Amma “Sampdoriya”ya mütləq nəsə vermək lazımdı. Beletsin transfer hüquqlarını bu klubdan birdəfəlik almaq üçün.
Yeri gəlmişkən, qələbənin memarı olan Dollun zəhməti də qeyd olunmalıdı. Alman çalışdırıcı “Qarabağ”la oyunların heç birində məğlub olmadı. Komandası parlaq oyun göstərməsə də, baş məşqçi rəqibin zəif nöqtələrini düzgün müəyyənləşdirmişdi ki, APOEL həmin nöqtələrin sayəsində üç oyunun hər birindən sərfəli nəticə ilə ayrıldı. İndi azarkeşlər də, klub rəhbərliyi də məmnun görünür. Axı pley-offun biraddımlığındadılar”.
HƏBİB hazırladı
Şərh yaz