08 noy 20:06aktual

BBBB…

BBBB…
...yəni Bratanovun bayraq bayramına barmağı
“Keşlə” rəhbərliyi sentyabrda keçmiş “Səfa” stadionunun qazonunu dəyişməyə başlayanda Azərbaycan futbolunu düşünən hər kəs ürəkdən sevinmişdi. Təbii, ilk növbədə ona görə ki, istismar müddəti bitən süni örtüklü qazon artıq real təhlükə mənbəyi idi, futbolçular burda qorxa-qorxa oynayırdı, “Keşlə”nin oyunlarına televizorda baxan istənilən Allah bəndəsinin də az qala ürəyi bulanırdı. Bəli, Zaur Axundov necə hesabladısa, yeni qazonun istifadə veriləcəyi gün kimi noyabrın 9-nu müəyyənləşdirdi. Həmin gün təqvimə uyğun olaraq, “Keşlə” “Neftçi”ni qəbul etməliydi, Tərlan Əhmədov qəlbinin dərinliklərində sabiq komandasından xal almağın planlarını qururdu, bildiyimə görə, Zaur bəy artıq Bayraq günündə stadiona gələcək azarkeşləri feyziyab etmək üçün manıslarla da ilkin danışıq aparıbmış. Bütün bu planlar suya düşdü. Artıq xəbər tutduğunuz kimi, “Keşlə” həmşəhərliləri ilə oyunu da müvəqqəti sığındığı Bayıl stadionunda keçirəcək. İşi avand olsun, bacarırsa, qələbə qazansın – məsələnin bu tərəfi mənə maraqlı deyil. Maraqlı olan tərəf odu ki, şəxsən mən “Keşlə” rəsmilərinin “yağış yağdı, belədə örtüyün yapışdırılması, quruması uzun çəkir, süni qazon 18 yaşlı qız kimi naz-qəmzəli varlıqdı” və buna oxşar bəhanələrinə, daha doğrusu, uşaq başı aldatmağa bənzəyən yanıltmaclarına inanmıram. Heç şübhəsiz, əsas problem təbiətin şıltaqlığında yox, qazonun Bakıya gətirilməsinə cavabdeh olanların məsuliyyətsizliyində, ləngliyində, işlərin əvvəlcədən müəyyənləşdirilən qrafikə uyğun şəkildə görülməməsində gizlənir.
“Keşlə” düşərgəsindən gələn açıqlamalardan belə görünür ki, ən pis halda 13-cü turun noyabrın 30-da keçiriləcək ev oyununa qədər yeni qazon hazır olacaq, yəni “Neftçi” ilə oyunla bağlı qurduqları xəyalları, planları “Sumqayıt” üzərində gerçəkləşdirəcəklər. Yuxarıda dedim axı, nəticə tərəfi yenə də mənim üçün önəmli deyil. Amma gəlin biranlıq təsəvvür edək ki, noyabrın ortalarında Bakıda güclü yağışlar olacaq. Yeri, göyü yaradanla hələ indiyə qədər müqavilə bağlayan hansısa bəndə tanımadığımızdan, havaların məhz dediyim kimi keçməyəcəyinə dair də heç kim təminat verə bilməz. Ona görə də “Keşlə” rəhbərliyinə məsləhət görərdim ki, bu zaman-məkan məsələlərinə bir qədər həssas yanaşsınlar, nə göylərə bel bağlasınlar, nə də manıslara pul paylasınlar. Olmadı elə, oldu belə...
Zarafat bir yana, amma bu təxirəsalma olayına mən həm də taleyin özünəməxsus ironiyası kimi baxıram. Onillərdi ölkəmizdə qazon salıb-sökməklə məşğul olan bir “Dynamic Resources” şirkəti, onun da Dmitri Bratanov ad-soyadlı rəhbəri var. Bu bolqar işbazın-biznesmenin Azərbaycanda qazandığı pullarla elitada da olmasa, 1-ci dəstədə əməlli-başlı klub saxlamaq olardı. Yaxşı xatırlayıram, Tofiq Bəhramov adına Respublika stadionunun üzərində aparmadığı eksperiment qalmadı, Allaha ağır getməsin, bəlkə də stadionun sabiq direktoru Akif İsmayılov elə onun əlindən bezib bu dünyadan köçdü. Bildiyimə görə, həmin bu Bratanovun nəinki AFFA rəhbərliyi, hətta AZAL-ın prezidenti olan Cahangir Əsgərov kimi odioz fiqurla da xoş tərəfdaşlıq münasibətləri var. Tərəfdaşları-dostları sağ olsun, Azərbaycanda qazonla bağlı hansısa problem yaranan kimi dərhal Bratanovu həmin işə pərçim edirlər. Belə sövdələşmələrdə kimin nə qazandığını bilmirəm. Amma bildiyim odu ki, bu adamın və ona havadarlıq edənlərin niyyəti xoş deyil, özünəməxsus inhisar yaradıblar, bala-bala yeyirlər və yedizdirirlər. “Haram xoşları olsun” da demirəm, çünki yeməsələr də belə, gətirib o pulu mənə verəsi deyillər ki... Bu ölkənin futbolunda pul məsələləri artıq onillərdi bir qədər fərqli şəkildə tənzimlənir. Amma məni düşüncələrə dalmağa vadar edən əsas məqam odu ki, Bratanov yapacağını yapdı, yəni Zaur Axundovun bayraq bayramını barmaqlamaqdan özünü saxlaya bilmədi. Kişi gül kimi mərasim düşünmüşdü, vur-çatlasın, çal-oynasın olacaqdı. Heyf o plandan... Barmağın qurumasın, Bratanov, yenə də yazıqsan...
HUŞƏNG
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
15-11-2019, 13:09 AFFA gecikdi, “Albasete” Eddini buraxmadı 15-11-2019, 13:08 Dadaşlinski Elxan Məmmədova görə ya AFFA-ya, ya da özünə müraciət etməlidi 15-11-2019, 13:07 Samir Abasov İspaniyaya gedir 15-11-2019, 13:03 Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır 15-11-2019, 13:02 Emil Balayev mövsümün rəmzi komandasında yer aldı 15-11-2019, 13:00 Bizimkilər yatır, lüksemburqlular axtarır 15-11-2019, 12:59 Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı 15-11-2019, 12:55 “Neftçi” İK də “Araz”ın seriyasını qıra bilmədi 15-11-2019, 12:53 Bir oyunda 18 qol vuruldu 15-11-2019, 12:50 “Mil”in stadion problemi yoluna qoyuldu 15-11-2019, 12:48 Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib! 13-11-2019, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər 13-11-2019, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək 13-11-2019, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi 13-11-2019, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi 13-11-2019, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə 13-11-2019, 11:22 “Səbail”i Qəbələdə əzdilər 13-11-2019, 11:18 Emil Balayev əla başladı, pis bitirdi 13-11-2019, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi 13-11-2019, 11:13 Sürprizlər turu 13-11-2019, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi 13-11-2019, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi 13-11-2019, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir Bütün xəbərlər
Ən çox oxunanlar