06 noy 11:58aktual

APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi

APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi
Vidiqal: “...“Qarabağ"a mütləq qalib gəlməliyik”
Cənubi Kipr çempionatında 8-ci turun oyunlarının keçirilməsinə baxmayaraq, “Qarabağ”ın Avroliqanın qrupundakı rəqibi APOEL 5-ci görüşünə çıxıb. Şənbə günü GSP stadionunda baş tutan matçda Nikosiya təmsilçisi Larnaka AEK-ini qəbul edib. 5400 azarkeşin izlədiyi qarşılaşmada kifayət qədər qol epizodları yaşansa da, komandalardan heç biri rəqib qapısına yol tapa bilməyib.
AEK-in start heyətində 7 ispan futbolçunun yer aldığını deyə bilərik. 65-ci dəqiqədən etibarən sayları 8-ə çatıb. Tomas Doll isə “11-lik”də oktyabrın 23-də “Qarabağ”a qarşı güvəndiyi adlarda cəmi iki dəyişiklik edib. Andriya Pavloviçi Musa Əl-Tamari, Savvas Gentsoğlunu isə Andre Vidiqal əvəzləyib. İki həftə əvvəl Respublika stadionunda ilk dəqiqələrdən meydanda olan qalan 9 futbolçu isə “11-lik”də yer alıb.
Cari mövsümdə ilk dəfə xal itirən APOEL-in hesabında 5 oyundan sonra 13 xal var, komanda 3-cü sırada yer alıb. “Omoniya” əsas rəqibinin heç-heçə etməsindən yararlanaraq xallarının sayını 15-ə yüksəldərək 2-ci pilləni ələ keçirib. “Anortosis” isə 17 xalla turnir cədvəlində liderlik edir.
AEK-lə oyundan sonra baş məşqçi Tomas Doll qarşılaşma ilə bağlı fikirlərini dilə gətirib: "Yaxşı peformans göstərdik, Futbolçular meydanda bütün gücünü qoydu. İndi daha yaxşı olduğumuzu görə bilərsiz. Komandadakı inkişafı görürəm. Əsas odu ki, futbolçuların mübarizəsindən razı qaldım. Amma nəticədən məmnun deyiləm. Pis oynadığımızı düşünmürəm. İrəliləmək üçün daha çox çalışmalıyıq. Bu gün bütün futbolçular mübarizə apardılar. Futbolda dürüst olmaq lazımdı. Hər şeydən narazı olmayın (jurnalistlərə xitabən). Cümə axşamı Avropa Liqasında vacib oyunumuz var, bundan sonra diqqətimizi həmin matça ayırmalıyıq".
21 yaşlı Andre Vidiqal da AEK-lə oyundan danışarkən “Qarabağ”la qarşılaşmaya toxunub: “Qol vurmaq üçün daha çox imkan qazanmalıyıq. Hücumu yaxşı sonluqla tamamlaya bilmirik, bu mənada səhvlərə yol veririk. Hər oyunda qələbə qazanmaq istəyirik. Bunun üçün mübarizə aparırıq. Çempionat yeni başlayıb, yolumuza davam edirik. Avropa Liqasında bizi vacib oyun gözləyir. Növbəti mərhələ şansını davam etdirmək istəyiriksə, "Qarabağ"a mütləq qalib gəlməliyik".
Dekabrın 12-də qrupdakı sonuncu oyun çərçivəsində Bakıya səfər edəcək “F91 Düdelanj” da çempionatda növbəti oyununa çıxıb. “Qarabağ”ın rəqibi çempionatdakı əsas rəqiblərindən olan “Differdanj”la səfərdə qarşılaşıb. 6-cı dəqiqədə Edvin Muratoviç hesabı açıb, 26 və 53-cü dəqiqələrdə rəqib qapısına yol tapan Kobe Kuls dubla imza atıb. Bu qələbədən sonra xallarının sayını 16-ya çatdıran “F91 Düdelanj” hazırda 5-ci pillədə qərarlaşmaqla lider “Petanj”dan 12 xal geri qalır.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir 6-11-2019, 11:54 Mahirin zədəsi ciddidi, Nikosiyaya aparılmır 6-11-2019, 11:52 UEFA “Qarabağ”ı Stuxlikin həmyerlisinə tapşırdı 6-11-2019, 11:35 Rəşad Sadıqov “CBC Sport”a baş çəkib 6-11-2019, 11:33 “Neftçi İK” səhvini etiraf etdi və …hakimləri qınadı 5-11-2019, 15:05 Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb” 5-11-2019, 14:59 MOİK-in baş məşqçisi kubokdan imtinanı səviyyə fərqi ilə əsaslandırdı 2-11-2019, 12:39 “Neftçi” TV dekabrda test yayına başlayacaq 2-11-2019, 12:37 Biləcəridəki bazanın taleyi ilin sonunda bilinəcək 2-11-2019, 12:35 Futbolumuzda “Sauthempton” nümunəsi yoxdu 2-11-2019, 12:32 Romero kollektiv məşqlərə qoşulub 2-11-2019, 12:28 Derbi dedik, mütəxəssislərin fikirləri haçalandı 2-11-2019, 12:19 “Kəpəz” darmadağını unutdurdu, “Neftçi-2” uzatma dəqiqəsində “yıxıldı” 2-11-2019, 12:15 MOİK-lə “Turan Tovuz” kubokdan imtina etdilər 2-11-2019, 12:13 Prosineçki bu dəfə də Beqoviçə dəvət göndərmədi 2-11-2019, 12:09 Futzal çempionatında kuryoz hadisə 2-11-2019, 11:58 AFFA Vaqif Davudovu get-gələ salıb 1-11-2019, 18:09 Danışma, Əfran, danışdıqca batırsan! 1-11-2019, 13:17 Samir Abasov heç bir klubdan təklif almayıb 1-11-2019, 13:15 Riad Rəfiyev yenə söz verdi 1-11-2019, 13:12 Rəhman Hacıyev paylaşım etdi, aləm bir-birinə dəydi 1-11-2019, 12:51 Zaur Axundov Alesioya inanır 1-11-2019, 12:49 Əl-Tamari ilə Joazinyo bağışlandı 1-11-2019, 12:47 “Sanderlend” Bəhlul Mustafazadəyə “elçi düşüb” Bütün xəbərlər
Ən çox oxunanlar