06 noy 11:56aktual

APOEL-də gərginlik davam edir


Əl-Tamaridən növbəti etiraz, jurnalistlərdən Dolla hörmətsizlik
“Qarabağ”la vacib oyun ərəfəsində APOEL-dəki ümumi durum heç də ürəkaçan deyil. Rəhbərliyin Tomas Dollu yola salmaq istəyinə görədi, yoxsa başqa hansısa səbəbdən, hadisələrin diqqət mərkəzində yenə baş məşqçidi.
Xatırlayırsızsa, Bakıdakı oyundan əvvəl komandanın aparıcı fiquru Musa Əl-Tamari əsas heyətdə yer almayacağına görə baş məşqçiyə kəskin etirazını bildirmiş, ardınca iclasa qatılmamışdı. Cənubi Kipr mətbuatının yaydığı xəbərə görə, oxşar hal növbəti dəfə təkrarlanıb. Düzdü, almaniyalı çalışdırıcı AEK-lə oyunda Əl-Tamariyə ilk “11-lik”də güvənib. Lakin 66-cı dəqiqədə onu əvəzləyib ki, baş məşqçinin qərarı İordaniya yığmasının üzvünün ürəyincə olmayıb. Nəticədə tərəflər arasında “söz atışması” olub. Dollun Musayla bağlı hansı qərar verəcəyi, noyabrın 7-də oynamaq şansı verib-verməyəcəyi haqda məlumat yoxdu.
Növbəti maraqlı və qəribə hadisə matçdan sonra yaşanıb. Doll oyunsonrası mətbuat konfransına qatılanda qarşısında cəmi iki jurnalisti görüb. Halbuki APOEL çempionluğa oynayan komandadı, Avroliqanın qrupunda mübarizə aparır, ölkənin ən köklü və uğurlu komandalarından sayılır. Həmkarlarımızın alman mütəxəsissə soyuq münasibətinin arxasında nələrin dayandığını dəqiq söyləmək çətindi. Müxtəlif versiyalar var ki, onlardan biri APOEL-in Bakı səfəri zamanı klub rəhbərliyinin media mənsubları arasında ayrı-seçkilik etməsidi. Yəni səfərə heç də haqq edənlərin hamısı aparılmayıb. Daha bir ehtimal isə rəhbərliyin bu işdə “barmağının olmasıdı”. Dolldan qurtulmaq istəyən başbilənlər onun istefası üçün jurnalistlərlə münasibətinin qaydasında olmamasından fakt kimi yararlanmaq niyyətindədi. Bizdə olmasa da, Avropada qələm əhlinə qiymət verildiyi sirr deyil.
Klubun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Nektorios Petevinos məsələyə münasibət bildirərək bunun yaxşı hal olmadığını deyib: "Yəqin ki, həmkarlarım məni eşidir. Mətbuat konfransında yaşananlar yaxşı hal deyil. Meydanda normal oyun gedir, derbi matçıdı. Mövsüm ərzində 50 media nümayəndəsini qeydiyyatdan keçirmişik. Mətbuat konfransında cəmi iki jurnalist iştirak edib. Baş məşqçi məndən jurnalistlərin harda olduğunu soruşdu. O da nə baş verdiyini anlamadı. Həmkarlarınızdan soruşun, görün niyə oyuna gəlmirlər? Hər dəfə 2-3 jurnalist olur. Bu gedişlə axırda oyunlarımızda cəmi bir media nümayəndəsi olacaq".
Xatırladaq ki, Dollun adı bir neçə gün öncə də Cənubi Kipr mətbuatında hallanırdı. Həmin vaxt rəhbərliyin ona yeni köməkçi təklif etdiyi, baş məşqçinin isə bundan imtina etdiyi yazılmışdı.
Yaranmış vəziyyət azarkeşlərin sayına da təsirsiz ötüşməyəcək. Kerkida.net saytında bu oyundakı azarkeşliklə bağlı kiçik yazı dərc olunub. Yazıda yerli tərəfdarları həvəsləndirmək, başqa cür desək, qıcıqlandırmaq üçün “Qarabağ” – APOEL qarşılaşmasını 30 mindən artıq azərbaycanlının stadionda izlədiyi vurğulanıb. Bununla yanaşı, komandalar arasında avqustda GSP stadionunda keçirilən oyunda cəmi 9481 kiprli fanatın olduğu da diqqətə çatdırılıb. Klub rəhbərliyi həm bu sayt, həm də digər mətbu orqanlar vasitəsi ilə azarkeşləri stadionu doldurmağa səsləyib. Bilməyənlərin nəzərinə çatdıraq ki, adı çəkilən arena 22859 azarkeş tutumuna malikdi. Lakin stadionun dolacağı ehtimal olunmur.
Ümid edək ki, bütün bunlar “Qarabağ”la oyunda APOEL-ə yalnız mənfi təsir edəcək. Amma işin tərs tərəfi də var. Futbolçular baş məşqçinin arxasında durmaq istəsələr, meydanda can qoyacaq, rəhbər şəxslərin fikirlərindən dönməsi üçün ağdamlılar üzərində qalib gəlmək üçün əllərindən gələni edəcəklər. Nə deyirik, gözləyək, görək nə olur...
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir 6-11-2019, 11:54 Mahirin zədəsi ciddidi, Nikosiyaya aparılmır 6-11-2019, 11:52 UEFA “Qarabağ”ı Stuxlikin həmyerlisinə tapşırdı 6-11-2019, 11:35 Rəşad Sadıqov “CBC Sport”a baş çəkib 6-11-2019, 11:33 “Neftçi İK” səhvini etiraf etdi və …hakimləri qınadı 5-11-2019, 15:05 Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb” 5-11-2019, 14:59 MOİK-in baş məşqçisi kubokdan imtinanı səviyyə fərqi ilə əsaslandırdı 2-11-2019, 12:39 “Neftçi” TV dekabrda test yayına başlayacaq 2-11-2019, 12:37 Biləcəridəki bazanın taleyi ilin sonunda bilinəcək 2-11-2019, 12:35 Futbolumuzda “Sauthempton” nümunəsi yoxdu 2-11-2019, 12:32 Romero kollektiv məşqlərə qoşulub 2-11-2019, 12:28 Derbi dedik, mütəxəssislərin fikirləri haçalandı 2-11-2019, 12:19 “Kəpəz” darmadağını unutdurdu, “Neftçi-2” uzatma dəqiqəsində “yıxıldı” 2-11-2019, 12:15 MOİK-lə “Turan Tovuz” kubokdan imtina etdilər 2-11-2019, 12:13 Prosineçki bu dəfə də Beqoviçə dəvət göndərmədi 2-11-2019, 12:09 Futzal çempionatında kuryoz hadisə 2-11-2019, 11:58 AFFA Vaqif Davudovu get-gələ salıb 1-11-2019, 18:09 Danışma, Əfran, danışdıqca batırsan! 1-11-2019, 13:17 Samir Abasov heç bir klubdan təklif almayıb 1-11-2019, 13:15 Riad Rəfiyev yenə söz verdi 1-11-2019, 13:12 Rəhman Hacıyev paylaşım etdi, aləm bir-birinə dəydi 1-11-2019, 12:51 Zaur Axundov Alesioya inanır 1-11-2019, 12:49 Əl-Tamari ilə Joazinyo bağışlandı 1-11-2019, 12:47 “Sanderlend” Bəhlul Mustafazadəyə “elçi düşüb” Bütün xəbərlər
Ən çox oxunanlar