06 noy 11:54aktual

Mahirin zədəsi ciddidi, Nikosiyaya aparılmır


“Qarabağ”a xüsusi dəstək olmayacaq
Cümə axşamı GSP stadionunda APOEL-in qonağı olacaq “Qarabağ” bu gün səfərə yollanır. Ağdamlıları Cənubi Kiprə aparacaq çarter reysli təyyarə axşam 8-də havaya qalxacaq. Avrokuoklardakı təmsilçimiz birbaşa Nikosiyaya yollanmayacaq. Buna səbəb həmin şəhərdə sıravi vətəndaşlar üçün hava limanının olmamasıdı. Odu ki, “köhlən atlar” Bakıdan Larnakaya 3 saatlıq uçuşun ardından oyunun keçiriləcəyi şəhərə qədər olan məsafəni 30 dəqiqəyə avtobusla qət edəcəklər.
“Qarabağ” səfərə heç də tam heyətlə yollanmır. Müalicəsini başa vuraraq Bakıya qayıdan Filip Ozobiç fərdi məşqləri davam etdirdiyi üçün ölkəmizdə qalacaq. Həmçinin Mahir Əmrəli. “Neftçi”ylə qarşılaşmanın sonlarına yaxın zədələnən yığma üzvünün durumu ürəkaçan deyil. Əzələsində dartılma müəyyən edilən 22 yaşlı futbolçu iki həftə müalicə almalıdı. Yalnız noyabrın ikinci yarısında fərdi, daha sonra kollektiv məşqlərə başlayacaq. Bu isə o deməkdi ki, Mahir təkcə APOEL-lə oyunu yox, yığmanın Slovakiya və Uelsə qarşı matçlarını da buraxmaq məcburiyyətindədi. Müalicə və bərpa prosesi uğurla davam edərsə, Əmrəli noyabrın 28-də “Sevilya”ya qarşı oynaya biləcək.
Sabah gec saatlarda Nikosiyaya çatacaq “Qarabağ”lılar məşq etməyəcək. Cənubi Kiprdəki ilk və sonuncu məşq sabah baş tutacaq. Bu, Bakı vaxtı ilə saat 21.30-a təsadüf edəcək. Məşqdən 15 dəqiqə əvvəl isə Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablayacaq. Xatırladaq ki, APOEL – “Qarabağ” görüşü bizim vaxtla saat 21.55-də başlayacaq.
GSP stadionunda qonaqlar, yəni həmyerlilərimiz üçün ayrılacaq sektorda anşlaq müşahidə olunmayacaq. Klubun mətbuat katibi Nurlan İbrahimovdan aldığımız məlumata görə, indiyə qədər heç bir qrup və ya təşkilat bununla bağlı kluba müraciət etməyib. Belədə tribunada uzağı 15-20 azərbaycanlının yer alacağı ehtimal olunur.
Cənubi Kiprdə ermənilərin çoxluq təşkil etməsi heç kimə sirr deyil. Bu isə oktyabrın 3-də Lüksemburqda baş verən “dron olayı”na bənzər hadisənin təkrarlanması ehtimalını artırır. Lakin buna görə narahatlığa ehtiyac yoxdu. APOEL rəsmiləri hələ Bakıda olarkən “Qarabağ” rəhbərliyi ilə bu məsələ ətrafında müzakirə aparılıb. Kiprlilər bizimkilərə bununla bağlı lazımi təhlükəsizlik tədbirlərinin görüləcəyinə dair təminat veriblər. Hər halda, oyunda olacaq azərbaycanlı futbolsevərlər də son dərəcə ehtiyatlı olmalı, matçdan əvvəl, sonra, hətta oyunun gedişində belə, təxribata uymamalıdılar.
APOEL-lə Bakıdakı qarşılaşmada stadionda Azərbaycan bayraqları göz oxşayırdı. Klub rəhbərliyi xüsusi sifarişlə 30 min bayraq gətirərək oturacaqlara düzülməsinə səbəbkar olmuşdu. Xəbər verdiyimiz kimi, bu dəfə eyni addımı kiprlilər atacaq. Hətta sayı da bilinir: 5 min ədəd.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir 6-11-2019, 11:54 Mahirin zədəsi ciddidi, Nikosiyaya aparılmır 6-11-2019, 11:52 UEFA “Qarabağ”ı Stuxlikin həmyerlisinə tapşırdı 6-11-2019, 11:35 Rəşad Sadıqov “CBC Sport”a baş çəkib 6-11-2019, 11:33 “Neftçi İK” səhvini etiraf etdi və …hakimləri qınadı 5-11-2019, 15:05 Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb” 5-11-2019, 14:59 MOİK-in baş məşqçisi kubokdan imtinanı səviyyə fərqi ilə əsaslandırdı 2-11-2019, 12:39 “Neftçi” TV dekabrda test yayına başlayacaq 2-11-2019, 12:37 Biləcəridəki bazanın taleyi ilin sonunda bilinəcək 2-11-2019, 12:35 Futbolumuzda “Sauthempton” nümunəsi yoxdu 2-11-2019, 12:32 Romero kollektiv məşqlərə qoşulub 2-11-2019, 12:28 Derbi dedik, mütəxəssislərin fikirləri haçalandı 2-11-2019, 12:19 “Kəpəz” darmadağını unutdurdu, “Neftçi-2” uzatma dəqiqəsində “yıxıldı” 2-11-2019, 12:15 MOİK-lə “Turan Tovuz” kubokdan imtina etdilər 2-11-2019, 12:13 Prosineçki bu dəfə də Beqoviçə dəvət göndərmədi 2-11-2019, 12:09 Futzal çempionatında kuryoz hadisə 2-11-2019, 11:58 AFFA Vaqif Davudovu get-gələ salıb 1-11-2019, 18:09 Danışma, Əfran, danışdıqca batırsan! 1-11-2019, 13:17 Samir Abasov heç bir klubdan təklif almayıb 1-11-2019, 13:15 Riad Rəfiyev yenə söz verdi 1-11-2019, 13:12 Rəhman Hacıyev paylaşım etdi, aləm bir-birinə dəydi 1-11-2019, 12:51 Zaur Axundov Alesioya inanır 1-11-2019, 12:49 Əl-Tamari ilə Joazinyo bağışlandı 1-11-2019, 12:47 “Sanderlend” Bəhlul Mustafazadəyə “elçi düşüb” Bütün xəbərlər
Ən çox oxunanlar