01 noy 18:09aktual

Danışma, Əfran, danışdıqca batırsan!


Alləmə İbn Useymindən yox, Lobanovskidən sitat gətir e...
Azərbaycan futbolunda Əfran İsmayılov ad-soyadlı birisi var. Vaxtilə ölkənin ən perspektivli futbolçularından sayılırdı, şəxsən mən onda yaradıcılıq, fantaziya adına çox şey görürdüm, adını ölkə futbolunun tarixinə qızıl hərflərlə yazdıracağına ümid edirdim. Amma zədələr, pula hərislik və aşırı dindarlıq adamın evini yıxdı. Futbolda bəlli bir səviyyədən yuxarı qalxa bilmədi. Bacardığı sahədə irəliləməməsi, inkişaf etməməsi bir yana, heç olmasa, vicdanlı vətəndaş olaydı... Zaman göstərdi ki, bizim Əfran bu baxımdan da axsayır.
Ölkədə yaşanan proseslərdən xəbərdar olan adamlar bilir ki, Milli Şuranın oktyabrın 19-da metronun “28 May” stansiyasının qarşısında mitinq keçirmək cəhdindən dərhal sonra Əfran İsmayılov “instaqram” hesabında “Mitinqlərə yox!” şüarının altında belə yazmışdı: “Alləmə İbn Useymin rahiməhullah belə demişdir: “Mənə çevrilişlərdən (inqilablardan) hər hansısa bir çevriliş gətir ki, onda insanların halı əvvəlkindən daha yaxşı olsun?! Bacararsan?! Xeyr, hec vaxt bacarmazsan”. İslam dinində mitinq yoxdu”.
Əlbəttə, hər kəsin siyasi baxışlarını açıqlamaq və ya gizlətmək haqqı var, necə deyərlər, zövqlər müxtəlifdi. Amma futbolla bağlı düz-əməlli bir kitab oxumayan Əfranın din alimlərindən sitat gətirməsi, hətta ayətullahlar kimi hökm verməsi kənardan gülməli görünür, bəzən hətta ikrah doğurur. Bu paylaşımın ardından sosial şəbəkələrdə ciddi tənqidə məruz qalan, lağlağı obyektinə çevrilən Əfranın “Keşlə” – “Qəbələ” oyunundan sonra həmkarlarımın “ötən həftə mitinqlə bağlı paylaşımın sosial şəbəkələrdə kifayət qədər müzakirə olundu. Buna münasibətini bilmək maraqlı olardı” sual-replikasına cavabını da oxuyaq: “O məsələ barədə çox danışmaq istəmirəm (gülür). Amma məni niyə qınayırlar? Mən dövlətin tərəfində olan adamam. Mən beləyəm. Mən danmıram ki, başqa cürəm, fakt beləyəm. İstəyirlər qəbul etsinlər, istəyirlər etməsinlər. Onların fikirlərinə hörmətlə yanaşıram. Demirəm ki, onlar çıxıb nəsə etməsinlər. Nə istəyirlər, eləsinlər. Ancaq mən də buyam. Bu da mənim fikrimdi. Kim çıxır, kim çıxmır, mənə maraqlı deyil. Özləri bilərlər. Mənim dinim, şəriətim belə deyir. Sonra məni qınayırlar ki, Əfran belə deyir, belə yaşayır. Vallah, mən 15 il yataqxanada yaşamışam. 20 kvadratmetrdə 5 nəfər qalırdıq. Onda da oturub ağlayardım da. Şikayət eləsəm, onlardan çox edərəm. “Mitinq”, “mitinq” deyirlər. O mitinqə mən də getmişəm. Necə getmişəm? İsa Qəmbərin vaxtında gəlib bizim məhəllədə pul verirdilər, yığıb aparırdılar. Elə şey var ki, adam çox danışmaq istəmir. O tərəfi qoyuram bir kənara, amma mən fakt bu biri tərəfdəyəm. İstəmirəm ki, sabitlik, mehribanlıq pozulsun. İstəmirəm ölkəmiz Suriyanın vəziyyətinə düşsün. Bir bomba düşsə, hamı pulu-imkanı qoyacaq kənara, canını düşünəcək. Sakit, rahat oturmuşuqsa, şükür etməliyik”.
Bu açıqlama ilə ürəyi soyumayan Əfran iki gün sonra siyasətdən yazan saytlara yenə danışıb: “Həyatımdan, dolanışığımdan, dövlətimdən razıyam. Sadəcə, sual verilib, cavablandırmışam ki, o vaxt İsa Qəmbərin mitinqlərində iştirak etmək üçün camaata pul paylayırdılar. Mən hökuməti və ya müxalifəti pisləməmişəm. Mən azərbaycanlıyam, hamının mehriban olmasını, sülh şəraitində yaşamasını istəyirəm. Mitinq məsələsinə gəlincə, o vaxt biz uşaq idik, butulka yığıb satırdıq. Gəlirdilər ki, mitinq var, pul verirdilər. Heç bilmirdim, orda söhbət kimdən gedir. Gedib pulumuzu alıb, qışqırırdıq. Uşaq idik də. İndi bu sözə görə məni sosial şəbəkədə təhqir edənlər var. Onlar başa düşmürlər ki, yazdıqları şərhi yaxınları da oxuyur?”
Belə başa düşürəm ki, Əfran “İsa Qəmbərin vaxtında...” deyərkən 2003-cü ilin prezident seçkisi ərəfəsində Bakıda keçirilən izdihamlı mitinqləri nəzərdə tutur. Doğum tarixi saxtalaşdırılmayıbsa, futbolçunun həmin vaxt artıq 15 yaşı olub. 15 yaş əslində uşaqlıq yox, yeniyetməlik çağıdı və artıq adam həyatda yolunu-rizini müəyyənləşdirməyə çalışır. Məsələn, mən 13 yaşım olanda Bakıda törədilən Yanvar qırğınına görə məktəbdə dostlar, həmfikirlər ilə birgə siyasi aksiya təşkil etmişdim, məktəbdə ictimai xarakterli divar qəzeti buraxırdım, təşkilatımız üçün döş nişanları hazırlayırdım və s. və i.a. Amma Əfranın dediyindən belə çıxır ki, artıq 15 yaşında onun gözünü pul örtübmüş, yatanda da, duranda da yalnız pulu düşünürmüş. Günortalar butulka yığıb satarmış, axşamlar da mitinqdə qışqırdığına görə pul alarmış. Mitinqə pul müqabilində qatılan birini şəxsən mən mənəvi-əxlaqi keyfiyyətlər baxımından yoxsul, vətəndaş mövqeyi, əqidəsi olmayan, sadəcə, ətdən və sümükdən ibarət adi bir varlıq kimi baxıram. Nə qədər acı olsa da, belədi. Və bu açıqlamaların yiyəsi olan Əfran da əslində azərbaycanlı futbolçuların ümumiləşmiş obrazıdı. Belələri, adətən, şişirdilmiş paralar qazansalar da, əvəzində vətəndaş mövqeyini itirirlər, onlar üçün vətən, millət anlayışı sürdükləri maşının markası, evlərinin, obyektlərinin sayı ilə məhdudlaşır, heç bir ictimai təşəbbüsdə yoxdular, dəhşətli xəstəlikdən əziyyət çəkən soydaşlarımız onların yadına düşməz. Belələri üçün qəzet, kitab, ensiklopediya, Lobanovski, Ələsgərov, Banişevski yoxdu, onların beynini məşğul edən Alləmə İbn Useymin, Məhəmməd Fazil Lənkərani və başqa ayətullahlardı. Belələri öz peşəsində, sahəsində tarix yazmağın yox, tarixin arxivində eşələnməyin əsiridilər. Belələrinin sayı 10, 100, 1000 deyil, minlərlədi. Yazıqlar olsun sənə, Əfran! Sən Allah, danışma, danışdıqca batırsan!
HUŞƏNG
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir 6-11-2019, 11:54 Mahirin zədəsi ciddidi, Nikosiyaya aparılmır 6-11-2019, 11:52 UEFA “Qarabağ”ı Stuxlikin həmyerlisinə tapşırdı 6-11-2019, 11:35 Rəşad Sadıqov “CBC Sport”a baş çəkib 6-11-2019, 11:33 “Neftçi İK” səhvini etiraf etdi və …hakimləri qınadı 5-11-2019, 15:05 Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb” 5-11-2019, 14:59 MOİK-in baş məşqçisi kubokdan imtinanı səviyyə fərqi ilə əsaslandırdı 2-11-2019, 12:39 “Neftçi” TV dekabrda test yayına başlayacaq 2-11-2019, 12:37 Biləcəridəki bazanın taleyi ilin sonunda bilinəcək 2-11-2019, 12:35 Futbolumuzda “Sauthempton” nümunəsi yoxdu 2-11-2019, 12:32 Romero kollektiv məşqlərə qoşulub 2-11-2019, 12:28 Derbi dedik, mütəxəssislərin fikirləri haçalandı 2-11-2019, 12:19 “Kəpəz” darmadağını unutdurdu, “Neftçi-2” uzatma dəqiqəsində “yıxıldı” 2-11-2019, 12:15 MOİK-lə “Turan Tovuz” kubokdan imtina etdilər 2-11-2019, 12:13 Prosineçki bu dəfə də Beqoviçə dəvət göndərmədi 2-11-2019, 12:09 Futzal çempionatında kuryoz hadisə 2-11-2019, 11:58 AFFA Vaqif Davudovu get-gələ salıb 1-11-2019, 18:09 Danışma, Əfran, danışdıqca batırsan! 1-11-2019, 13:17 Samir Abasov heç bir klubdan təklif almayıb 1-11-2019, 13:15 Riad Rəfiyev yenə söz verdi 1-11-2019, 13:12 Rəhman Hacıyev paylaşım etdi, aləm bir-birinə dəydi 1-11-2019, 12:51 Zaur Axundov Alesioya inanır 1-11-2019, 12:49 Əl-Tamari ilə Joazinyo bağışlandı 1-11-2019, 12:47 “Sanderlend” Bəhlul Mustafazadəyə “elçi düşüb” Bütün xəbərlər
Ən çox oxunanlar