01 noy 12:51aktual

Zaur Axundov Alesioya inanır


“Bütün iddialı millilərin elit-raunda yüksəldiyini görürük”
AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundov azfutzal.az saytına müsahibə verib. Söhbətin əsas mövzusu yığmanın çıxışı olub.
- Futzal yığmamızın DÇ-2020-nin əsas mərhələsi çərçivəsində keçirdiyi oyunları necə dəyərləndirirsiz?
- Təbii ki, turnirdən əvvəl komandanın qarşısına konkret məqsəd qoyulmuşdu. Bakıda keçirilən qrup mərhələsini qalibi kimi başa vurmalıydıq ki, komanda bunun öhdəsindən gəldi. Həm futzalçılarımızı, həm də azarkeşlərimizi bu qələbə münasibəti ilə təbrik edirəm. Hər üç oyun ağır keçdi. Buna baxmayaraq, millimiz qarşıya qoyulan məqsədə nail oldu və elit-raunda vəsiqə qazandı. Noyabrın 7-də elit-raundun püşkü atılacaq. Komandamızın bu mərhələdə də uğurlu çıxışını davam etdirəcəyinə inanırıq. Həm AFFA, həm də AFF millinin yaxşı hazırlıq keçməsi, oyunlara tam hazır olması üçün lazımi şərait yaradacaq. Əlbəttə, oyunlar zamanı komandada müəyyən çatışmazlıqların olduğunu gördük. Bunun da əsas səbəblərindən biri komanda üzvlərinin bir klubda yox, müxtəlif ölkələrdə və fərqli klublarda çıxış etməsidi. Nəticədə hər biri fərqli yarışda iştirak edir, fərqli taktika ilə oynayır. AFFA rəhbərliyinə də komandaya yaratdığı şəraitə görə təşəkkür edir, eyni zamanda onları nəticə münasibəti ilə təbrik edirəm. Son üç ayda millinin intensiv hazırlıq keçməsi, müxtəlif yoldaşlıq oyunlarında və beynəlxalq turnirdə iştirak etməsi üçün şərait yaradıldı. Bu da nəticədə özünü göstərdi. Bir məsələni də qeyd edim ki, əsas mərhələnin oyunları ölkəmizdə yüksək səviyyədə təşkil olundu. Həm iştirakçı komandalar, həm hakimlər, həm də UEFA nümayəndələri yaradılan şəraiti və təşkilatçılığı yüksək qiymətləndirdilər.
- Maraqlıdı ki, ilk iki oyunda rəqib komanda qapımıza yol tapdı, son matçda isə buna imkan vermədik. Bunu qarşılaşmalara köklənmə, motivasiya ilə bağlamaq olarmı?
- Baş məşqçi hər oyunda fərqli taktikadan istifadə edirdi. Joze Alesio da Silva təcrübəli mütəxəssisdi və uzun müddətdi ölkəmizdə çalışır. Düzdü, hələ baş məşqçi ilə görüşümüz olmayıb, onun hesabatını dinləməmişəm. Amma fikrimcə, o, mümkün qədər komandanı itkilərdən qorumağa, əsas gücü sonuncu oyuna saxlamağa çalışırdı. Ona görə də ilk iki görüşdə müyyən axsamalar oldu. Ancaq Slovakiya ilə həlledici oyun tam fərqli keçdi və məncə, sonluq baş məşqçinin düşündüyü kimi alındı.
- Alesiodan söz düşümüşkən, onun milli komandadakı taleyi elit-raunddakı nəticədən asılıdı?
- Baş məşqçi ilə 2020-ci il mayın sonuna qədər müqaviləmiz var. O, həm “Araz”ın, həm də yığmanın baş məşqçisidi. Onun işindən həm AFFA, həm də AFF razıdı. Gələcəklə bağlı qərarı mayın sonunda verəcəyik.
- Elit-raund oyunları zamanı heyətlə bağlı dəyişikliklər gözlənilir?
- Bununla bağlı baş məşqçi qərar verəcək. O, son üç oyunu təhlil edib, qərarını bildirəcək. Biz də onun qərarına uyğun hərəkət edəcəyik. Bir neçə oyunçumuz zədəli olduğuna görə əsas mərhələdə bizə kömək edə bilmədi. İnanıram ki, elit-raunda qədər onlar sağalacaq və komandamıza kömək edəcək durumda olacaqlar.
- Potensial rəqiblərlə bağlı nə deyə bilərsiz?
- Artıq əsas mərhələnin oyunları yekunlaşıb və 15 potensial rəqibimiz məlumdu. Bu mərhələdə zəif komanda olmur. Elit-raunda yüksəliblərsə, deməli, güclüdülər. Komandaların adlarını oxuduqca bütün iddialı millilərin elit-raunda yüksəldiyini görürük. Bizi ağır, gərgin mübarizə gözləyir.
- Millimizin dünya çempionatının final mərhələsinə yüksəlmək potensialını necə qiymətləndirirsiz?
- DÇ-2016-dakı uğurumuzu təkrarlamaq və yenidən final mərhələsində iştirak etmək istəyirik. Son hazırlıqlar zamanı heyətdə zədə səbəbindən tez-tez dəyişiklər olur. Ancaq baş məşqçinin yaxşı kollektiv formalaşdıracağına və bizi uğura daşıyacağına inanıram.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir 6-11-2019, 11:54 Mahirin zədəsi ciddidi, Nikosiyaya aparılmır 6-11-2019, 11:52 UEFA “Qarabağ”ı Stuxlikin həmyerlisinə tapşırdı 6-11-2019, 11:35 Rəşad Sadıqov “CBC Sport”a baş çəkib 6-11-2019, 11:33 “Neftçi İK” səhvini etiraf etdi və …hakimləri qınadı 5-11-2019, 15:05 Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb” 5-11-2019, 14:59 MOİK-in baş məşqçisi kubokdan imtinanı səviyyə fərqi ilə əsaslandırdı 2-11-2019, 12:39 “Neftçi” TV dekabrda test yayına başlayacaq 2-11-2019, 12:37 Biləcəridəki bazanın taleyi ilin sonunda bilinəcək 2-11-2019, 12:35 Futbolumuzda “Sauthempton” nümunəsi yoxdu 2-11-2019, 12:32 Romero kollektiv məşqlərə qoşulub 2-11-2019, 12:28 Derbi dedik, mütəxəssislərin fikirləri haçalandı 2-11-2019, 12:19 “Kəpəz” darmadağını unutdurdu, “Neftçi-2” uzatma dəqiqəsində “yıxıldı” 2-11-2019, 12:15 MOİK-lə “Turan Tovuz” kubokdan imtina etdilər 2-11-2019, 12:13 Prosineçki bu dəfə də Beqoviçə dəvət göndərmədi 2-11-2019, 12:09 Futzal çempionatında kuryoz hadisə 2-11-2019, 11:58 AFFA Vaqif Davudovu get-gələ salıb 1-11-2019, 18:09 Danışma, Əfran, danışdıqca batırsan! 1-11-2019, 13:17 Samir Abasov heç bir klubdan təklif almayıb 1-11-2019, 13:15 Riad Rəfiyev yenə söz verdi 1-11-2019, 13:12 Rəhman Hacıyev paylaşım etdi, aləm bir-birinə dəydi 1-11-2019, 12:51 Zaur Axundov Alesioya inanır 1-11-2019, 12:49 Əl-Tamari ilə Joazinyo bağışlandı 1-11-2019, 12:47 “Sanderlend” Bəhlul Mustafazadəyə “elçi düşüb” Bütün xəbərlər
Ən çox oxunanlar