Qazaxıstan çempionatında 32-ci turun oyunları keçirilib. Milli komandamızın qapıçısı Emil Balayevin formasını geydiyi “Tobol” da növbəti matçına çıxıb. Kostanay klubu səfərdə “Kaysar”la münasibətləri aydınlaşdırıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. Start heyətində meydana çıxan Balayev sonadək mübarizə aparıb. “Tobol” 60 xalla 12 komanda arasında 3-cü pillədə qərarlaşıb.