28 okt 11:59aktual

APOEL düşərgəsi heç-heçəyə görə məmnundu

APOEL düşərgəsi heç-heçəyə görə məmnundu
Yannu: “Bəxtimizin gətirdiyini düşünürəm”
Hələ oyunun sonlarına yaxın hiss olunurdu ki, qeydə alınacaq heç-heçə Cənubi Kiprdən olan qonaqların ürəyincədi. Düzdü, “Qarabağ”ın bəzi futbolçularında da “uduzmaqdansa, 1 xal yaxşıdı” düşüncəsini müşahidə etmək olardı. Amma razılaşaq ki, səfərdə, həm də 30 mindən artıq azarkeşin qarşısında meydan sahiblərinə uduzmamağın özü də APOEL-lilər üçün göydəndüşmə oldu.
Buna əmin olmaq üçün isə verilən açıqlamalara diqqət yetirmək kifayətdi. Oyun başa çatandan sonra klubun vitse-prezidenti Harris Fotiu ilə futbolçular həmkarlarımızın suallarını cavablayıblar.
Harris Fotiu, “Xatırlayırsızsa, hələ püşkatmadan sonra “Qarabağ”la oyunların asan keçməyəcəyini demişdik. Bakıdakı oyun bunu göstərdi. Heç-heçə faciəvi nəticə deyil, şanslarımız qalır, buna görə də sona qədər mübarizə aparmalıyıq. Böyük danışmaq istəmirəm, amma deməliyəm ki, APOEL-in ən yaxşı oyunçuları onun azarkeşləridi. Əvvəl də belə idi, bundan sonra da belə olacaq. “Qarabağ”la növbəti matçda onları stadionu doldurmağa səsləyirəm ki, futbolçular həmin inanılmaz dəstəyi hiss etsinlər. Qalib gəlmək üçün gücümüz və səviyyəmiz var. Musa Əl-Tamarinin cəzalanmasına gəlincə, əvvəllər bu kimi məsələlərdə cəzasız ötüşürdük. Ancaq indi daha təcrübəliyik. Nikolas Yannunun zədəsi? Heyətdə boşluqları doldura biləcək oyunçularımız var. Ümid edirəm ki, Yannunun zədəsi düşündüyümüz qədər ciddi deyil”.
Nikolas Yannu: “Oyunun çətin keçəcəyini bilirdik. Uşaqlar heç nəyi düşünmədən sırf bu matça köklənmişdilər. Məncə, lazım olan qədər yaxşı oynadıq. Lakin bundan da yaxşısını etməyə qadir olduğumuzu düşünürəm. Bizim üçün olduqca vacib oyun idi. Bəxtimizin gətirdiyini düşünürəm. Hər halda, səfərdəki 1 xal da pis deyil. Qarşıdakı görüşlərdə azarkeşlərin bizə inanacağına və yanımızda olacaqlarına ümid edirəm. Vurduğum qola gəlincə, məşqlərdə bunun üzərində çox işləmişdik, ona görə də uğurlu alındı (Maksim Medvedevin ayağına yazılan ilk qolu nəzərdə tutur – H.). Zədələndiyimə görə görüşü sona qədər davam etdirə bilmədim. Ancaq bunun ciddi olacağını düşünmürəm. Sadəcə, həmin an ayağımda şiddətli ağrılar hiss edirdim. Həkimlərlə məsləhətləşəcəyik, görək nə deyirlər”.
Praxitelis Vuros: “Buna qədər xalsız qaldığımızı nəzərə alsaq, qazanılan 1 xalı bu gün üçün dəyərli saya bilərik. Əsl mübarizə bundan sonra başlayır. Qarşıda üç oyunumuz var ki, növbəti görüşdən başlayaraq qrupdan çıxmaq yolunda iri addımlar atmalıyıq. Bakıda əzmkarlıq və xarakter göstərdik. Erkən qol buraxmağımıza baxmayaraq, dönüş yaratdıq, bərabərlik topunu vurduq, hesabda önə çıxdıq. Heyf, üstünlüyü sona qədər qoruya bilmədik. İstənilən halda, vacib 1 xal qazandıq. Belə oyunlarla futbolçular arasında gərginliyin yaşanması normaldı. Hər iki komandanın üzvləri qalib gəlmək istəyəndə bəzən aqressivlik ən son həddə çatır. Çünki hamı meydanda bacardığının ən yaxşısını etmək istəyir. Rəqibin adından və məkandan asılı olmayaraq, APOEL hər zaman meydana qələbə üçün çıxır. Qarşıdakı oyunlarda hədəfimiz dəyişməz qalacaq. Azarkeşlərimizi sevindirmək üçün növbəti çempionat qarşılaşmasından başlayaraq qələbələri sıralamalıyıq”.
Lukas Souza: “Komanda yoldaşlarımı təbrik edirəm. Bu gün çox güc itirdik və vacib olan 1 xalı qazandıq. Qrupdakı vəziyyət qarışıqdı, şanslar təxminən bərabərdi. Əminəm ki, qrupdan çıxmağa gücümüz var və bunu bacarmaq üçün lazım olan hər şeyi edəcəyik. Düzü, tribunaların tam dolması bizi narahat etmirdi. Çünki azarkeşlərə yox, meydanda rəqib futbolçulara qarşı oynayırdıq. Bu gün xüsusən müdafiədə inamlı oynamağı bacardıq”.
HƏBİB hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir 6-11-2019, 11:54 Mahirin zədəsi ciddidi, Nikosiyaya aparılmır 6-11-2019, 11:52 UEFA “Qarabağ”ı Stuxlikin həmyerlisinə tapşırdı 6-11-2019, 11:35 Rəşad Sadıqov “CBC Sport”a baş çəkib 6-11-2019, 11:33 “Neftçi İK” səhvini etiraf etdi və …hakimləri qınadı 5-11-2019, 15:05 Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb” 5-11-2019, 14:59 MOİK-in baş məşqçisi kubokdan imtinanı səviyyə fərqi ilə əsaslandırdı 2-11-2019, 12:39 “Neftçi” TV dekabrda test yayına başlayacaq 2-11-2019, 12:37 Biləcəridəki bazanın taleyi ilin sonunda bilinəcək 2-11-2019, 12:35 Futbolumuzda “Sauthempton” nümunəsi yoxdu 2-11-2019, 12:32 Romero kollektiv məşqlərə qoşulub 2-11-2019, 12:28 Derbi dedik, mütəxəssislərin fikirləri haçalandı 2-11-2019, 12:19 “Kəpəz” darmadağını unutdurdu, “Neftçi-2” uzatma dəqiqəsində “yıxıldı” 2-11-2019, 12:15 MOİK-lə “Turan Tovuz” kubokdan imtina etdilər 2-11-2019, 12:13 Prosineçki bu dəfə də Beqoviçə dəvət göndərmədi 2-11-2019, 12:09 Futzal çempionatında kuryoz hadisə 2-11-2019, 11:58 AFFA Vaqif Davudovu get-gələ salıb 1-11-2019, 18:09 Danışma, Əfran, danışdıqca batırsan! 1-11-2019, 13:17 Samir Abasov heç bir klubdan təklif almayıb 1-11-2019, 13:15 Riad Rəfiyev yenə söz verdi 1-11-2019, 13:12 Rəhman Hacıyev paylaşım etdi, aləm bir-birinə dəydi 1-11-2019, 12:51 Zaur Axundov Alesioya inanır 1-11-2019, 12:49 Əl-Tamari ilə Joazinyo bağışlandı 1-11-2019, 12:47 “Sanderlend” Bəhlul Mustafazadəyə “elçi düşüb” Bütün xəbərlər
Ən çox oxunanlar