12 apr 12:30aktual, manset

“Kamran Ağayev niyə mənim əvəzimə danışır?"

“Kamran Ağayev niyə mənim əvəzimə danışır?"
Yaşar Vahabzadə siyahını növbəti həftə açıqlayacaq

İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcək U-23-ün rəqibləri ötən həftə bəlli oldu. Püşk A qrupunda yarışacaq Yaşar Vahabzadənin başçılıq etdiyi yığmaya Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeşi rəqib etdi. Qeyd edək ki, turnirin futbol yarışları mayın 8-dən başlayacaq. Açılış matçında millimiz kamerunlularla oynayacaq.
Püşkün nəticəsi bir yana, şərait də ümidverici deyil. Çempionatın qızğın vaxtıdı və U-23 hazırlıq üçün toplanışa vaxt tapmır. Yığma mayın əvvəlində bir araya gələ biləcək ki, onda da tam heyətlə yox. Yaxşısı budu, Yaşar bəyi dinləyək: "Hamını bir yerə yığıb baxa bilmirik. Ancaq oyunlarda izləyə bilirik. Çempionat bitəndən sonra, konkret mayın 1-də bir araya gələcəyik. Çünki indi heç cür alınmır. Toplayıb məşq keçərdik, oyun sistemini başa salardıq. Ancaq hamısı oynayan futbolçulardı, vaxt yoxdu. Bir neçə komanda avrokuboklara oynayır. Fikrimcə, heç biri risk edib futbolçularını verməz. Çempionat oyunları olduğu üçün çətinlik yaranıb. Ən azı bir toplanış olmasını istərdik. "Qarabağ”la "Qəbələ”nin futbolçuları isə kubokun finalından sonra komandaya qoşulacaqlar. Hansı ki, bu iki komandadan yığmaya 8 namizəd var".
Bəs U-23-ün siyahısı nə vaxt hazır olacaq? Yaşar bəy artıq ümumi siyahını hazırladığını bildirdi: "Ümumi siyahı var. İndidən açıqlamaq istəmirəm. Çünki hələ çempionat davam edir, üzürlü-üzürsüz səbəbdən dəyişiklik qaçılmaz ola bilər. Əsas odu ki, zədə almasınlar. Baxırıq, izləyirik. Fikrimcə, bir tur da gözləsək, yaxşı olar. Gələn həftə heyətlə bağlı fikirlərimi konkretləşdirəcəm".
Yığmaya əlavə 3 nəfər yaşı 23-dən çox olan futbolçunun daxil edilməsi planlaşdırılır ki, onların kimliyi hər kəsə maraqlıdı. Xüsusilə "çərçivə"ni Kamran Ağayevin qoruyacağı deyilir. Vahabzadə Kamranın adının çəkilməsinə sərt reaksiya verdi: "Üç yerə 6-7 namizəd var, onlara baxırıq. Hələ konkret heç kimin üzərində dayanmamışıq, fikirləşirik. Gələn həftə dəqiq bilinəcək. Adam adlarını çəkməyə qorxur. Jurnalistlər zəng vurub soruşur ki, "filan futbolçu deyib İslamiadada iştirak edəcəm, təsdiqləyə bilərsiz?” Ən çox da Kamran Ağayevə görə zəng vururlar. Yığmanın baş məşqçisi mənəm, Kamran niyə mənim əvəzimə danışır? Gəlsin, heyəti də o müəyyənləşdirsin. Bilmirəm, bəlkə özü yığmada olacağını deməyib, yalan yazıblar. Deyibsə, səhv edib".
Fürsətdən istifadə edib baş məşqçidən U-21-lə bağlı planları da öyrəndik: "İyunda UEFA-nın "pəncərə”si olacaq. Həmin dönəmdə komandanı bir araya gətirəcəyik. 9-10 günlük təlim-məşq toplanışı nəzərdə tutulub. İndidən bu yöndə çalışırıq. Bir neçə yoxlama oyunu planlaşdırmışıq. Hansı komandalarla oynayacağımızı müəyyənləşdirməyə çalışırıq. Hələ ki rəqiblər məlum deyil. Federasiyalarla danışıqlar aparırıq. U-21-də dəyişikliklər də ola bilər. Yeni futbolçular olsa, cəlb edəcəyik. Futbolçuların əksəriyyəti qısa müddətdi bir yerdə oynayır. Çoxu əvəzedicilərin futbolçularıdı".
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb Dünən, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi Dünən, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi Dünən, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı Dünən, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? Dünən, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü Dünən, 13:21 “Qarabağ” Avstriyada çempion oldu Dünən, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı Dünən, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır 21-05-2017, 13:53 Azərbaycan yenidən liderliyi ələ keçirdi 21-05-2017, 13:51 Əsgər Abdullayev AFFA-dan inciməyib 21-05-2017, 13:49 “Şəmkir”in prezidenti premyer-liqa iddiasından əl çəkdi 21-05-2017, 13:48 “Neftçi”yə yaxın duran yoxdu 21-05-2017, 13:47 Vidadi Rzayev Diniyevin köməkçisi oldu 21-05-2017, 13:22 Yeni mövsümün təqvimi yığmanın maraqlarına uyğun hazırlanacaq 21-05-2017, 13:17 Rəmiş Malıyev AFFA ilə vidalaşdı, yerinə xanım gəlir 21-05-2017, 13:16 Tural Qürbətov Türkiyə klubunda 21-05-2017, 13:14 Yığma üzvləri azarkeşləri finala səsləyir 21-05-2017, 13:11 Yığma üçün həlledici an 21-05-2017, 13:09 Turan Makedoniyanı cəzalandırdı 21-05-2017, 13:08 Reaksiyalar 21-05-2017, 13:04 Rəşad Sadıqov və komandası mükafatlandırıldı 21-05-2017, 12:51 Vəkil zərərcəkəni və məhkəməni qınadı 21-05-2017, 12:49 Kvekveskiri təklif bolluğunda “üzür” 21-05-2017, 12:48 Renat Dadaşov “Ayntraxt”la peşəkar müqavilə imzaladı 21-05-2017, 12:47 Qriqorçuk “Qəbələ”də qalacaq 21-05-2017, 12:43 Qurban Qurbanov Kintananın tezliklə sıraya dönəcəyinə ümid edir 21-05-2017, 12:42 Yığma bu gün vətəni tərk edir 21-05-2017, 12:39 Final mərhələsi başladı 21-05-2017, 12:37 Şəhriyar şərikli liderliyi davam etdirir 19-05-2017, 20:07 Daha bir dopinq şoku: bu dəfə Toğrul Əsgərov cəzalandı 19-05-2017, 20:05 Şahmatçılarımız "sülh bağladı” 19-05-2017, 20:04 Elxan Abdullayev: “Kim var, kimi alaq, namizəd var ki?” 19-05-2017, 20:01 “Kəpəz”dən ayrılanlar səbəb göstərdi 19-05-2017, 19:59 AZAL-lılar bu gün maaş alacaq 19-05-2017, 19:58 Kamran Quliyev AFFA-da iclas keçirəcək 19-05-2017, 19:52 Əlcəzairin baş məşqçisi də hakimlikdən gileyləndi 19-05-2017, 19:47 Yığma Əlcəzairə “2 verib” finala adladı 19-05-2017, 19:43 “Qəbələ” fanatı tribunaları coşdurdu 19-05-2017, 19:42 Rəşad Sadıqov məşqlərdən kənarda qalıb 19-05-2017, 19:41 U-23-ü AFFA da mükafatlandıracaq 19-05-2017, 19:39 “Oynamaq istədiyimiz komandalar Avstriyada olmayacaq” 19-05-2017, 19:37 U-19 qazaxları yendi 19-05-2017, 19:35 İslamiadada mübarizə qızışdı 19-05-2017, 19:32 2016/17 mövsümündən seçmələr 19-05-2017, 19:31 Rəhbərlik “Neftçi”ni mükafatlandıracaq 19-05-2017, 19:28 Qurbanov gəldi, Şemonayev qaldı 19-05-2017, 19:26 AFFA ölkə futbolunu inhisara alıb? 19-05-2017, 19:25 “Qəbələ” təlim-məşq toplanışını Avstriyada keçəcək 19-05-2017, 19:23 PFL “Qaradağ Lökbatan”ın futbolçusunu mükafatlandırdı 18-05-2017, 18:52 İslamiadada qazanılan medallar adamlarda ikrah hissi doğurur 18-05-2017, 18:50 Batumidən iki medalla 18-05-2017, 18:48 İstirahətə “sülh”lə çıxdılar 18-05-2017, 18:46 “Qəbələ”, “Neftçi” və Qarabağ” 18-05-2017, 18:44 Samir Əliyev getdi, aləm bir-birinə dəydi 18-05-2017, 18:43 Mübariz Mənsimov Bursada dava-dalaş saldı Bütün xəbərlər
Ən çox oxunanlar