19 okt 13:29aktual

“Hər şeyi Milan Obradoviçin vicdanına buraxıram”


Samir Əliyev qəzəblidi, amma U-19-da qalmaq istəyir
Ötən həftə əsas milli ilə yanaşı, müxtəlif yaş qrupu üzrə yığmalar da beynəlxalq yarışlarda iştirak etdilər. Onlardan biri də Samir Əliyevin çalışdırdığı U-19 idi. Çexiyanın Fridek-Mistek şəhərində meydan sahibləri ilə yanaşı, Norveç və San Marino ilə mübarizə aparan yeniyetmələrimiz sonda qrup üçüncüsü oldu. Samir bəyin çalışdırdığı kollektiv dünən vətənə dönüb. Elit mərhələyə vəsiqə qazana bilməyən yığmanın baş məşqçisindən uğursuzluğun səbəblərini öyrənməyə çalışdıq və bu məqsədlə Samir bəylə danışdıq.
- Çexiyada keçirilən seçmə mərhələ artıq başa çatdı. Baş məşqçisi olduğunuz U-19-un çıxışını dəyərləndirməyinizi istərdik.
- Heç bilmirəm, nədən başlayım, nədən danışım...
- Qrupdakı ilk oyundan başalayaraq, böyük hesabla məğlub olduğunuz və qalib gəldiyiniz matçla bağlı fikirlərinizi bilmək istərdik.
- Bildiyiniz kimi, qrupumuzda Norveç və San Marino ilə yanaşı, meydan sahibi Çexiya yer almışdı. Həm meydan sahibləri, həm də Norveç yığması bu ilin may-iyun aylarında keçirilən Avropa çempionatının final mərhələsində çıxış etmiş yığmalardı. Mən yığmanın baş məşqçisi təyin olunanda artıq qrupdakı rəriblərimiz bəlli idi. Düzdü, bu gün üçün adını çəkdiyim rəqiblərin bizdən üstün olduğunu bilirdik. Buna baxmayaraq, ümidimizi itirmirdik. Norveçlə ilk görüşdə bütün gücümüzü ortaya qoyduq ki, ən azı nədənsə yapışa bilək, heç olmasa, bir xal qoparaq. Çünki ikinci qarşılaşmada – Çexiya ilə görüşdə şansımızın olmadığını yaxşı başa düşürdük. Çexiya yığması həm çox güclüdü, həm də “doğma divarlar” arasında çıxış edirdi.Təəssüf ki, Norveçlə qarşılaşmada qapımızda erkən qol gördük və qalan dəqiqələrdə dəfələrlə fərqlənmək şansımız olsa da, futbolçularımız bundan yararlana bilmədilər. Onu da bildirim ki, skandinavlara uduzmağımıza baxmayaraq, xüsusilə ikinci yarıda onlardan çox üstün oyun nümayiş etdirdik. Açıq deyim, çexlərlə görüşdə bütün göstəricilərdə rəqibdən zəif idik. Oyunda qeydə alınan hesab da meydanda başverənləri özündə əks etdirdi. Qrupun sonuncu oyununa gəlincə, artıq həm Çexiyanın, həm də Norveçin hesabında 6 xal olduğundan San Marino ilə qarşılaşmada qeydə alınacaq nəticənin bizim üçün önəmi qalmamışdı. Qrupdan çıxmaq şansımızın olmadığını yaxşı başa düşürdük və sonuncu görüşdə heyətdə yer alan bütün futbolçulara özünü göstərmək şansı yaratdıq. Son görüşdə qalib gəlsək də, təəssüf ki, əsas vəzifənin öhdəsindən gələ bilmədik.
- San Marinonu məğlub etdiz. Hesabdan da göründüyü və özünüzün də qeyd etdiyiniz kimi, Çexiyadan zəif olduğunuza görə böyük fərqlə məğlub olduz. Ancaq Norveç çalışdırdığınız yığmanı minimal hesabla məyus edib. Skandinaviya təmsilçisi ilə görüşdə heç olmasa, heç-heçə etməyinizə nə mane oldu?
- Söhbətin əvvəlində qeyd etdiyim kimi, futbolçularımız çoxlu qol vəziyyətindən yararlana bilmədilər. Onlardan nədəsə geri qaldığımızı deyə bilmərəm. Rəqibin yeganə üstünlüyü oyunçularının daha təcrübəli olması idi. Bizimlə eyni qrupda yer alan komandaların heyətində yer alan futbolçuların beynəlxalq oyun təcrübəsi daha çoxdu. Səviyyə fərqi istər-istəməz özünü göstərdi. Ən azı heyətləri müqayisə etsək, Norveçin heyətində yer alan futbolçularla bizmkilərin çıxış etdikləri klubları tərəzinin bir gözünə qoymaq olmaz. “Everton”, “Maynts-05”, PSV-nin, öz ölkəsinin aparıcı klublarının əsas heyətlərində çıxış edən oyunçuları var. Qısa desəm, istər-istəməz səviyyə fərqi görünürdü.
- Təcrübəni qabartdız. AFFA rəhbərliyi müxtəlif yaş qrupu üzrə yığmaları il ərzində müxtəlif turnirlərə göndərir, çoxlu təlim-məşq toplanışı təşkil edir. Bütün bunlar normal komanda formalaşdırmaq üçün yetərli deyil? Məsələn, çalışdırdığınız U-19-un qrup mərhələsinin oyunlarına hazırlığı necə təşkil olunmuşdu?
- Sözün düzü, nə istəmişiksə, AFFA rəhbərliyi çalışıb ki, onu reallaşdırsın. Təəssüf ki, hər şey bizdən asılı deyil. Yoxlama görüşündə qüvvəmizi sınamaq istədiyimiz yığmaların çoxu təklifimizi geri çevirib. Niyə? Çünki Azərbaycan yığmasını ciddi və iddialı rəqib kimi dəyərləndirmirlər. Rəqib tapmaqda çətinlik çəkirik.Çox istərdik ki, məsul oyunlar ərəfəsində daha güclü komandalarla gücümüzü sınayaq. Ancaq nə edək ki, istəyimizi reallaşdıra bilmirik. O ki qaldı sualınıza, yoxlama görüşlərinin sayının az olduğunu deməliyəm. Bundan başqa, Norveçin və Çexiyanın heyətində yer alan futbolçular hər həftə daha güclü çempionatlarda oyunlara çıxırlar. İngiltərənin U-19 liqası, birinci dəstəsi və premyer-liqasında meydana çıxan oyunçu ilə Azərbaycanın birinci dəstəsində çıxış edən futbolçunu necə müqayisə etmək olar? Və yaxud götürək Çexiya çempionatını. Ordakı sürətə və mübarizəyə baxın, bir də bizim birinci dəstədə keçirilən oyunların tempinə... Məncə, müqayisə belə yersizdi. Bizim gənclərin Avropadakı həmyaşıdları ilə eyni səviyyəyə çatması üçün ilin 12 ayı optimal formada olması lazımdı. Çox təəssüflə qeyd edim ki, U-19-un lideri olacağını düşündüyümüz oyunçular pik formalarından çox uzaq düşmüşdülər. Bunun da səbəbləri var.
- İstərdik ki, həmin səbəbləri açıqlayasız...
- Səbəblərin sayı-hesabı yoxdu. U-19-un aparıcı oyunçusu gözündə gördüyümüz əksər futbolçular şərəfini qoruduqları premyer-liqa klubunun əsas komandasının məşqlərində iştirak etsələr də, çox vaxt meydana çıxmırlar. Kimlərsə 3-5 dəqiqə oynamaq şansı qazanırsa, bu yetərli deyil. Bu gün mənim çalışdırdığım komandada elə futbolçu var ki, hətta divizionda belə ehtiyatda qalır. Təbii ki, tək səbəb bu deyil. Baş məşqçi kimi uğursuzluqda mənim də məsuliyyətim var və bunu deməkdən çəkinmirəm. Heç şübhəsiz, nəticəyə görə mən cavabdehəm. Hər şeyi klubların boynuna atıb, özümü qoruyum, məsuliyyətdən yayınım kimi fikrim yoxdu. Ancaq yenə deyirəm, bütün problemlərə kompleks şəkildə yanaşmaq lazımdı.
- İlin əvvəlindən rəhbərlik etdiyiniz yığmanın təlim-məşq toplanışlarında iştirak edən və əsas heyət oyunçusu kimi gördüyünüz Səbuhi Abdullazadənin son anda Milan Obradoviç tərəfindən U-21-ə dəvət olunması çox söz-söhbətə səbəb olub. Onun həmin yığmaya cəlb olunması planlarınıza nə dərəcədə təsir etdi?
- Yanvardan bəri U-19-u seçmə mərhələyə hazırlayırdıq və Səbuhi də bizim üçün vacib fiqur idi. Özünüz də bilirsiz ki, müasir futbolda yarımmüdafiənin mərkəzi önəmli mövqedi. Son beynəlxalq oyunda da Abdullazadə bizimlə birgə idi. Belə deyək, oyunu onun üzərində qururduq. Bəli, əsas məqsədlərimizdən biri də yuxarı yaş qrupu üzrə yığmaya oyunçu verməkdi. Ancaq... Seçmə mərhələdən öncə Obradoviçlə söhbətim oldu. O mənə Səbuhiyə ehtiyacı olduğunu bildirdi və onu da vurğuladı ki, yarımmüdafiəçiyə əsas heyət üzvü kimi baxır. Təəssüf ki, istər Fransa, istərsə də İsveçrə ilə oyunda Abdullazadənin xidmətindən çox az istifadə etdi. Məncə, Səbuhi U-19-da olsaydı, daha səmərəli olardı, yığmaya daha çox faydası dəyərdi. Demirəm ki, Abdullazadə olsaydı, daha yaxşı nəticə göstərəcəkdik. Amma bir aparıcı oyunçunun olmaması istənilən halda komanda oyununa təsir göstərir. Çexiyadan bu gün (dünən) qayıtmışıq. Heç şübhəsiz, mənim də deyəcəklərim var.
- Obradoviçin Səbuhini son anda U-21-ə dəvət etməsi ilə bağlı AFFA rəhbərliyinə, Məşqçilər Komitəsinə iradınızı bildirmisiz?
- Yenə deyirəm, öz aramızda söhbət etmişdik. Bizim işimizdə əsas prinsip daha yuxarı yaş qrupuna futbolçu verməkdi. Mənim kimi, U-21-in də çalışdırıcısının əsas işi ölkənin bir nömrəli komandasına oyunçu göndərməkdi. Ancaq vacib oyunlar ərəfəsində məndən oyunçu götürüb oynatmırsansa, bu artıq... Vallah, bilmirəm buna nə ad verim. Hər şeyi Milanın vicdanına buraxıram. Bir də bunu siz qiymətləndirin. Məşqçilər Komitəsi də yəqin ki, yaşananlara münasibət bildirəcək. Yəqin ki, öz aramızda da söhbətimiz olacaq. Bizim işimiz yuxarıya oyunçu göndərməkdi. Ancaq göndərdiyimiz də gərək oynasın. Bizə lazım olan oyunçu belə vacib məqamda bizdən alınırsa, deyiləsi bir şey yoxdu.
- Bakıya qayıdandan sonra AFFA rəhbərliyi və Məşqçilər Komitəsinin üzvləri ilə görüşmüsüz?
- Bu gün (dünən) səhər vətənə qayıtmışıq. Yəqin ki, görüş olacaq və orda da sözümü deyəcəm.
- Necə düşünürsüz, AFFA rəhbərliyi sizə növbəti seçmə mərhələ üçün də şans yaradacaq, yoxsa müqavilənizə xitam verəcək?
- Məncə, bu sualı AFFA rəhbərliyinə ünvanlamaq lazımdı. Oturub söhbət edəcəyik. Bu tək məndən asılı bir şey deyil axı. Mənə görə... Fikrimcə, qısa müddətdə heç də az iş görmədik. Bəlli çatışmazlıqların fonunda döyüşkən kollektiv formalaşdırmağı bacardıq. Yeni seçmə mərhələ üçün də yeni nəsil arasında seçim etmək lazımdı ki, az-çox onları da tanıyırıq. Açığı, istəyərdim ki, U-19-da işimi davam etdirim.
- U-19-un baş məşqçisi kimi azərbaycanlı gənc və yeniyetmələrin futbolda irəli getməməsinin səbəbini sizdən öyrənmək istərdik.
- Yığmaya cəlb etdiyimiz, miliyə namizəd olub kənarda qalan oyunçuların peşəkarlıqla bağlı problemləri var. Əsas problem gənclərin işə yanaşmasındadı. Bir çoxları yığmaya cəlb olunsalar da, hələ də başa düşmürlər ki, peşəkar futbolçu olmaq nə deməkdi. Baxmayaraq ki, hər toplanışda, həm fərdi, həm də kollektiv şəkildə onlarla söhbət edirik, müəyyən nüansları başa salırıq. Ancaq dediklərimizdən bəhrələnənlərin sayı çox azdı. Seçmə mərhələ oyunları zamanı bütün komandalar eyni oteldə qaldı. Çexiyalı, norveçli futbolçunun adi qidalanması ilə bizimkilər arasında böyük fərq olduğunu gördük. Rəqib yığmaların oyunçularına nəyin faydalı olduğunu məşqçilər korpusunun, həkimin deməsi lazım deyildi. Özləri artıq hər şeyi bilirlər. Bizimkilər isə... Çox danışmaq istəmirəm. Eyni şey məşqə yanaşmaya da aiddi. Vallah, peşəkarlaşma yönündə çox iş görməliyik. Özü də bunu uşaq yaşından başlamaq lazımdı ki, yığmaya cəlb olunan futbolçuya hər xırda detalı başa salmayasan. Bir var futbolçunu düşündüyün oyun modeli barədə məlumatlandırasan, bir də var adi qidalanma ilə bağlı nəyisə başa salasan.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
15-11-2019, 13:09 AFFA gecikdi, “Albasete” Eddini buraxmadı 15-11-2019, 13:08 Dadaşlinski Elxan Məmmədova görə ya AFFA-ya, ya da özünə müraciət etməlidi 15-11-2019, 13:07 Samir Abasov İspaniyaya gedir 15-11-2019, 13:03 Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır 15-11-2019, 13:02 Emil Balayev mövsümün rəmzi komandasında yer aldı 15-11-2019, 13:00 Bizimkilər yatır, lüksemburqlular axtarır 15-11-2019, 12:59 Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı 15-11-2019, 12:55 “Neftçi” İK də “Araz”ın seriyasını qıra bilmədi 15-11-2019, 12:53 Bir oyunda 18 qol vuruldu 15-11-2019, 12:50 “Mil”in stadion problemi yoluna qoyuldu 15-11-2019, 12:48 Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib! 13-11-2019, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər 13-11-2019, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək 13-11-2019, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi 13-11-2019, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi 13-11-2019, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə 13-11-2019, 11:22 “Səbail”i Qəbələdə əzdilər 13-11-2019, 11:18 Emil Balayev əla başladı, pis bitirdi 13-11-2019, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi 13-11-2019, 11:13 Sürprizlər turu 13-11-2019, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi 13-11-2019, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi 13-11-2019, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir Bütün xəbərlər
Ən çox oxunanlar