18 okt 12:39aktual

“Araz”ın üzvləri azarkeşlərdən dəstək istədilər


Rizvan Fərzəliyev: “İnsan imkanlarının da bir sərhəddi var”
Rövşən Hüseynli: “Artıq burdan gedəndə çökmüşdük, beynimiz yüklənmişdi”

Ötən həftə “Araz” futzal üzrə Çempionlar Liqasında yarışdı və iranlı legionerlərin Belçikaya buraxılmamasına görə özü şok yaşadığı kimi, uğursuz nəticəsi ilə azarkeşləri də üzdü. Təbii ki, sənəd problemi futzalçıların problemi deyil. Ancaq fakt faktlığında qalır: çempionumuzu ÇL-də kötəklədilər. Buna görə aparıcı futzalçıların fikrini öyrənmək istədik. Kapitan Rizvan Fərzəliyev əvvəlcə danışmaq istəmədi, ancaq sonradan qısaca da olsa, reaksiya bildirməyə razılaşdı: “Hər dəfə fikir bildirmişəm, bu dəfə qoy başqası danışsın. Axı nə danışım? Vəziyyət aydındı, yeni transferlərimizə viza ala bilmədik. Belədə ÇL-ə 6 meydan oyunçusu, 2 qapıçı ilə yollandıq. Bu, bütün planların alt-üst olması deməkdi. Hazırlaşırsan, taktiki planlar qurursan, ancaq yarışa 0:4 geridə başlamalı olursan. Düzdü, xüsusilə ilk oyunun birinci hissəsində elə səhvlərə yol verdik ki, onlar olmaya bilərdi. Amma əvəzində canımızı qoyduq, döyüşdük. Kapitan kimi həm komanda yoldaşlarıma, həm də baş məşqçimizə təşəkkür etməyi özümə borc bilirəm. Hər kəs bacardığını ortaya qoydu. Ancaq insan imkanlarının da bir sərhəddi var. Deyərdim ki, builki Çempionlar Liqasında “Araz”ın şansı gətirmədi. Amma ruhdan düşməməliyik. Mən azarkeşlərimizə səslənmək istəyirəm: gəlin, milli komanda ilə qələbə sevincini birgə yaşayaq! Bakıda qrup birincisi olmaqla DÇ-yə yollanmağa köklənmişik. Azarkeşləri yanımızda görmək istəyirik”.
“Araz”ın və millinin “1 nömrə”si Rövşən Hüseynli isə yaşadıqları çətinlikləri, keçirdikləri hissləri hərtərəfli anlatdı: “İranlıların sənəd problemi ilə üzləşməsi bizim üçün gözlənilməz oldu. Düzdü, bu işlərlə biz məşğul olmuruq, aidiyyatı şəxslər məsələyə aydınlıq gətirə bilər. Saytlardan oxudum ki, bu yöndə işlər görülür, UEFA-ya şikayət olunub. İdman siyasətə qarışdırılmamalıdı. Bəlkə də futzalda ilk belə hadisə idi. Onu deyə bilərəm ki, bizim üçün əsl başağrı oldu. Təsəvvür edin, böyük futbolda meydana 11 nəfər çıxır, sən isə onlara qarşı 7 nəfərlə oynamalı olursan. Müqayisəni belə aparmaq lazımdı. Futzalda dəyişikliklər 3-4, bəzən iki dəqiqə intervalla həyata keçirilir. Pressinq etmək, tempi artırmaqla rəqibi yormaq istəyirsənsə, mümkün qədər tez-tez dəyişiklik edirsən. Əks halda, özün gücünə qənaət etmək, üstünlüyünü qorumaq, rəqibin zəif nöqtələrini müəyyənləşdirmək taktikası seçmisənsə, intervalı 3-4 dəqiqəyə qədər artıra bilərsən. Dinamikanı artırmaq fiziki cəhətdən hazırlıqlı olmağa söykənir.
Oyunlara baxsaz, biz hamısında bütün gücümüzü qoymuşuq. Hətta zədəli halda meydanda mübarizə aparanlarımız var idi. Nihad İsmayılov son oyunda cəmi 4 dəqiqə meydanda qala bildi, o da iynənin hesabına. Mən də iynə vurduraraq oynayırdım. Hansı ki, zədəm ağırlaşıb bəlkə karyeram bahasına başa gələcəkdi. Yəni riskə baxmayaraq, komandaya kömək etməyə çalışırdım. Ukraynalılarla oyunun son 10 dəqiqəsində ağrılar içində dayanmışam.
Həddən artıq çətin şərtlər altında mübarizə apardıq. Qeyri-bərabər şərtlər altında oynamağımıza baxmayaraq, döyüşdük. Rəqib sənin ehtiyat skamyanın boş olduğunu görürsə, idman bicliyinə, taktikaya əl atır. Dediyim kimi, iki dəqiqədən bir əvəzetmə edərək bizi yormağa çalışır və buna nail olurdular. Baxmayaraq ki, “Halle-Gooik”lə oyunda başabaş, bərabər mübarizə getdi. İlk oyunlar həmişə çətin keçir. Səbəbini izah edim: çünki komanda startda turnirə, zala, rəqibə uyğunlaşmaqda çətinlik çəkir. O rəqib meydan sahibidisə, vəziyyət daha çətin olur. Çünki startda hakimlər də meydan sahiblərinə simpatiya göstərirlər. Azarkeş amilini də bura əlavə edərdim. Belədə psixoloji hazırlıq da gərəkir. Halbuki yarış ərəfəsində ağır psixoloji zədə almışdıq. Artıq burdan gedəndə çökmüşdük, beynimiz yüklənmişdi. Elə hey fikirləşirdik: sarı limitinə görə oyunu buraxan, qırmızı vərəqə alan, zədələnən olsa, halımız necə olacaq, rəqibdən asılı olaraq gücümüzü necə bölüşdürməliyik və s. Artıq taktiki tapşırıqları, fərqli “4-lük”lərə keçilən məşqləri də Bakıda qoyub gedirdik. Orda, sadəcə, döyüşmək lazım gələcəkdi. Bu da çox böyük təzyiq idi...
“Halle-Gooik”i tanınan futzalçı Fernandao çalışdırır. O, komandasına yüksək temp vermişdi. Biz bu sürətlə uzun müddət ayaqlaşa bilməzdik. Onu da deyim ki, Belçika təmsilçisinin heyətində ötən il ÇL-i qazanan futzalçılar var idi. Ümumiyyətlə, fərqli çempionatlarda top qovmuş oyunçuları cəlb ediblər. Bununla belə, qələbə qazana biləcəyimiz ən real oyunlar ilk və son qarşılaşma idi. Optimal heyətlə getsəydik, bu qrupdan rahat çıxa bilərdik. Bəxtimiz həm də orda gətirmədi ki, “Benfika” ilk oyunda “Xerson”la 1:1 bərabərə qaldı. Təbii ki, belədə top fərqində üstünlüyə yiyələnmək, qrupu birinci sırada başa vurmaq üçün bizə qarşı daha amansız oldular. Etiraf edək ki, Portuqaliya çempionu ilə bacara bilməzdik. Ukraynalılarla oyunda isə artıq “qatar getmişdi”. Buna baxmayaraq, oyuna yaxşı başlayıb hesabı açdıq. Ancaq gücümüz qalmamışdı. Adətən, məşqçi səhvə yol verən futzalçını əvəzləyib texniki zonada ona səhvini başa salır, necə oynamalı olduğunu izah edir, taktiki tapşırıqlarını verir. Bizdə isə bu imkan da yox idi. Çünki heyətdə dəyişiklik üçün ehtiyatda oyunçu yox idi”.
Rövşən də futzalsevərlərə çağırış etdi: “Bu turnir böyük dərs, böyük təcrübə oldu mənim üçün. Çox təəssüf, qrupdan çıxmaq üçün böyük imkan olduğu halda, bu baş vermədi. İrəli baxmaq lazımdı. Qarşıdan dünya çempionatının seçmə oyunları gəlir. Millidə uğurlu çıxış edərək, “Araz”dakı uğursuzluğu unutdurmaq, futzalsevərlərin könlünü almaq istəyirik”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
15-11-2019, 13:09 AFFA gecikdi, “Albasete” Eddini buraxmadı 15-11-2019, 13:08 Dadaşlinski Elxan Məmmədova görə ya AFFA-ya, ya da özünə müraciət etməlidi 15-11-2019, 13:07 Samir Abasov İspaniyaya gedir 15-11-2019, 13:03 Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır 15-11-2019, 13:02 Emil Balayev mövsümün rəmzi komandasında yer aldı 15-11-2019, 13:00 Bizimkilər yatır, lüksemburqlular axtarır 15-11-2019, 12:59 Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı 15-11-2019, 12:55 “Neftçi” İK də “Araz”ın seriyasını qıra bilmədi 15-11-2019, 12:53 Bir oyunda 18 qol vuruldu 15-11-2019, 12:50 “Mil”in stadion problemi yoluna qoyuldu 15-11-2019, 12:48 Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib! 13-11-2019, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər 13-11-2019, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək 13-11-2019, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi 13-11-2019, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi 13-11-2019, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə 13-11-2019, 11:22 “Səbail”i Qəbələdə əzdilər 13-11-2019, 11:18 Emil Balayev əla başladı, pis bitirdi 13-11-2019, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi 13-11-2019, 11:13 Sürprizlər turu 13-11-2019, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi 13-11-2019, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi 13-11-2019, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir Bütün xəbərlər
Ən çox oxunanlar