18 okt 12:35aktual

Dörd iranlı futzalçı “milliləşdirildi”

Dörd iranlı futzalçı “milliləşdirildi”
Alesionun sərəncamında beş braziliyalı da var
Dünya çempionatının əsas mərhələsinin oyunlarına hazırlaşan futzal üzrə milli komandamız dünəndən Bakıda təlim-məşq toplanışına başlayıb. Yığma hazırlığa geniş heyətlə - 20 oyunçu ilə start verib. Budəfəki siyahıda braziliyalılarla yanaşı, iranlılar da var. Başqa sözlə, cənub qonşumuzdan olan 4 futzalçı “milliləşdirilib”. Onlardan 3-ü “Araz”ın üzvləridi. Söhbət Hadi Əhmədi, Vahid Şəfeyi və Əmir Şocayi, həmçinin hazırda klubsuz olan İsaq Surqalıdan gedir. Ancaq bu o demək deyil ki, onların hamısı DÇ-də forma geyəcək. Joze Alesio da Silva onlardan bir-ikisini komandada saxlayacaq. Ümumiyyətlə, 20 nəfərlik heyətdən 14-ü DÇ üçün sifariş olunacaq. Baş məşqçi toplanışa bu futzalçıları dəvət edib: Rövşən Hüseyinli, Kamran Hacıyev, Nihad İsmayılov, Xətai Bağırov, İsa Atayev, Rizvan Fərzəliyev, Ramiz Çovdarov, Hadi Əhmədi, Vahid Şəfeyi, Əmir Şocayi (hamısı “Araz”) Elnur Zamanov, Oktay Rüstəmli (hər ikisi “Neftçi” İK), Vitali Borisov (Marafon), Faiq Əliyev (EKOL), Tyaqo Teles (“Norliski Nikel”, Rusiya), Everton Kardoso (“Levante”, İspaniya), Eduardo Borges (ACCS, Fransa), Vassura (“Əl-Ərəbi”, Küveyt), Vilela (“Kopaqril”, Braziliya), İsaq Surqalı (klubsuz).
Bu gün Bakı İdman Sarayında millinin mətbuat üçün açıq məşqi keçiriləcək. Saat 10.30-da start veriləcək məşqdən 15 dəqiqə əvvəl baş məşqçinin və bir oyunçunun iştirakı ilə brifinq təşkil olunacaq.
Qeyd edək ki, yığmamız DÇ-2020-nin əsas mərhələsi çərçivəsində oktyabrın 23-də Moldova, 24-də Monteneqro, 26-da isə Slovakiya yığmaları ilə qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək bütün oyunlara saat 20.00-da start veriləcək.
Qrupun oyun cədvəlini nəzərinizə çatdırırıq:
23 oktyabr
Slovakiya – Monteneqro
Bakı İdman Sarayı. Saat 17.00
Azərbaycan – Moldova
Bakı İdman Sarayı. Saat 20.00
24 oktyabr
Moldova – Slovakiya
Bakı İdman Sarayı. Saat 17.00
Azərbaycan – Monteneqro
Bakı İdman Sarayı. Saat 20.00
26 oktyabr
Monteneqro – Moldova
Bakı İdman Sarayı. Saat 17.00
Slovakiya – Azərbaycan
Bakı İdman Sarayı. Saat 20.00
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
15-11-2019, 13:09 AFFA gecikdi, “Albasete” Eddini buraxmadı 15-11-2019, 13:08 Dadaşlinski Elxan Məmmədova görə ya AFFA-ya, ya da özünə müraciət etməlidi 15-11-2019, 13:07 Samir Abasov İspaniyaya gedir 15-11-2019, 13:03 Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır 15-11-2019, 13:02 Emil Balayev mövsümün rəmzi komandasında yer aldı 15-11-2019, 13:00 Bizimkilər yatır, lüksemburqlular axtarır 15-11-2019, 12:59 Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı 15-11-2019, 12:55 “Neftçi” İK də “Araz”ın seriyasını qıra bilmədi 15-11-2019, 12:53 Bir oyunda 18 qol vuruldu 15-11-2019, 12:50 “Mil”in stadion problemi yoluna qoyuldu 15-11-2019, 12:48 Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib! 13-11-2019, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər 13-11-2019, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək 13-11-2019, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi 13-11-2019, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi 13-11-2019, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə 13-11-2019, 11:22 “Səbail”i Qəbələdə əzdilər 13-11-2019, 11:18 Emil Balayev əla başladı, pis bitirdi 13-11-2019, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi 13-11-2019, 11:13 Sürprizlər turu 13-11-2019, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi 13-11-2019, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi 13-11-2019, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir Bütün xəbərlər
Ən çox oxunanlar