16 okt 11:24aktual

Sən Allah, gedib pitsanızı yeyin...


Nə gizlədim, pitsa ən çox xoşladığım yeməklərdəndi. Əvvəllər, yəni cavanlıqda, tələbəlikdə tək, cüt getdiyim yerlər var idi, ləzzətlə yeyər, bu təamın yaradıcılarının əmvatına salavat deyərdim. “Leş Tofiq” və onun sələfləri peyda olandan artıq menyuma daha diqqətli yanaşmağa məcburam. Yəni bütün normal adamlar kimi qəfil o pitsaya vurulan sosisin hansısa mənşəyi bilinməyən ətdən hazırlandığını düşünəndə istər-istəməz ürəyim bulanır (üzüm ayağınızın altına...), belə yerlərdən uzaq düşməyə çalışıram. Təbii ki, “Futbol+” oxucusunu hansısa yazarın səhər-axşam nə yediyi maraqlandırmamalıdı, yemək-içmək fərdə aid məsələdi, qlobal problem deyil. Amma dünən bir qrup azarkeşin Niderland Krallığının ölkəmizdəki səfirliyi önündə açdığı plakatlara göz gəzdirəndə ...pendir də gördüm. Sevimli pitsamın tərkibində olan inqredientlərdən birini. Kiminsə fantaziyası başına vurmuşdu, plakatın üzərinə bu sözləri yazmışdı: “Holland pendirinə hə, holland referiyə yox”. Bu plakatı əlində möhkəm-möhkəm saxlayan qaqaşlar yüz faiz pitsa həvəskarıdı. Bildiyimə görə, AFFA-nın divarları arasında İtaliya futbolunun, məişətinin, deməli, həm də pitsasının çoxlu vurğunu var. Hətta yığmanın baş məşqçi postu boş qalanda AFFA-da çalışan, İtaliya futboluna vurulan bəylərin məhz bu ölkədən olan mütəxəssisləri yığmaya “sırımaq” cəhdinə dair kar olmamış qulağımıza o qədər xəbər çatıb ki... Öz aramızdı, həmin bəylər pendir haqqındakı bərli-bəzəkli plakatın hazırlanmasına ən azı 100 manat xərcləməklə holland pendirini gözə gətirməzlər ki? Və ya Budapeştdən Bakıya çatana qədər elə təyyarədəcə belə “möhtəşəm” aksiyanın planını cızan, maliyyəsini, təşkilatçılığın razılaşdıran, dövlət orqanlarından icazə almadan piket keçirən bəylər sabah “Pitsaya yox!” şüarı ilə Fəvvarələr meydanını (yeri gəlmişkən, orda da əvvəllər yaxşı pitsaxalanar var idi...) etiraz aksiyasının mərkəzinə çevirsələr, mən və mənim kimi pitsaverlər başımıza haranın pendirini tökəcəyik?
Vallah-billah, bu gedişlə mən də enində-sonunda bu AFFA-da oturan “russkoyazıçnı” bəylərin demokratiya anlayışına əsir düşüb, keçəcəm onlar tərəfə. Hər şey necə də ölçülü-biçilidi, hər şey necə də kreativdi! Görün bu aksiyanı düşünənlər necə incə demokratdılar ki, ölkəmizin müxtəlif yaş qruplarının faciəvi məğlubiyyətləri zamanı tükləri də tərpənmir, amma vicdansız Hiqler (soyadındakı “q” “t” olsaydı, lap yerinə düşməzdimi?!) yığmanın dişi-dırnağı ilə vurduğu qolu hesaba almayan kimi qeyrət damarları gərilir, qan beyinlərinə vurur, avropalı yaramazların pendirini gözlərinə soxmaq istəyirlər. Güman edirəm ki, önümüzdəki günlərdə dünənki aksiya ilə bağlı ilginc xəbərlər alacaq, mənim də ürəyim holland pendiri və pitsa sarıdan rahatlıq tapacaq.
...Aranızda Mirzə Ələkbər Sabirin “Qarğa və tülkü” təmsilini oxumayan tapılmaz. “Pendir ağzında bir qara qarğa, uçaraq qondu uca bir budağa” ilə başlayır, axırı da hər kəsə məlumdu: tülkünün tərifi fonunda özünü az qala müğənni sayan qarğa ağzındakı pendiri ona qapdırandan sonra hələ bu tənəni də eşidir:
- Оlmаsаydı cаhаndа sаrsаqlаr,
Аc qаlаrdı, yəqin ki, yаltаqlаr.
ORXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər Dünən, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək Dünən, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi Dünən, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi Dünən, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə Dünən, 11:22 “Səbail”i Qəbələdə əzdilər Dünən, 11:18 Emil Balayev əla başladı, pis bitirdi Dünən, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi Dünən, 11:13 Sürprizlər turu Dünən, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi Dünən, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi Dünən, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir 6-11-2019, 11:54 Mahirin zədəsi ciddidi, Nikosiyaya aparılmır 6-11-2019, 11:52 UEFA “Qarabağ”ı Stuxlikin həmyerlisinə tapşırdı 6-11-2019, 11:35 Rəşad Sadıqov “CBC Sport”a baş çəkib 6-11-2019, 11:33 “Neftçi İK” səhvini etiraf etdi və …hakimləri qınadı 5-11-2019, 15:05 Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb” 5-11-2019, 14:59 MOİK-in baş məşqçisi kubokdan imtinanı səviyyə fərqi ilə əsaslandırdı 2-11-2019, 12:39 “Neftçi” TV dekabrda test yayına başlayacaq 2-11-2019, 12:37 Biləcəridəki bazanın taleyi ilin sonunda bilinəcək 2-11-2019, 12:35 Futbolumuzda “Sauthempton” nümunəsi yoxdu 2-11-2019, 12:32 Romero kollektiv məşqlərə qoşulub 2-11-2019, 12:28 Derbi dedik, mütəxəssislərin fikirləri haçalandı Bütün xəbərlər
Ən çox oxunanlar