15 okt 13:56aktual

“Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi

“Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi
“Bir o qaldı deyəsiz ki, “içəri”də ad da almısan”
U-21-ə dəvət alan “Keşlə”nin futbolçusu Tural Bayramlının Fransa paytaxtında başına gələnlərdən xəbəriniz var. Ötən sayımızda bu haqda ətraflı məlumat vermişik. Yaşananlardan xəbəri olmayanlara bir daha xatırladaq ki, 21 yaşa qədər futbolçularla birgə Parisə yollanan Bayramlı Şarl de Qoll adına hava limanında Fransanın sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq, 3 sutka müvəqqəti saxlanma kamerasına salınmışdı. Ötən saylarımızda futbolçumuzun hansı səbəbdən “içəri” salındığı barədə atasının fikirlərini və AFFA-nın rəsmi mövqeyini dərc etsək də, başverənlər barədə dolğun məlumata sahib deyildik. Onu da bildirmişdik ki, U-21-nin yarımmüdafiəçisi srağagün Paris - İstanbul - Bakı reysi ilə vətənə dönüb. Oktyabrın 10-dan 11-nə keçən gecə Bakıya qayıdan Turalla dünən əlaqə saxlayıb, başına gələnlər haqda danışmağı lazım bildik. Onu da qeyd edək ki, U-21-n üzvü əvvəlcə danışmaq istəməsə də, israrımızı nəzərə alıb bəzi suallarımızı cavabladı.
- Əvvəlcə Fransaya buraxılmamağının səbəbini bilmək istərdik.
- Artıq bu barədə AFFA-nın rəsmi saytında məlumat yerləşdirilib. Hər şey “Dauqavpils”də oynadığım zaman yol verdiyim xətadan qaynaqlanır. Şengen vizasının tələblərini pozduğuma görə başıma belə oyun gəldi.
- Atan da bizimlə söhbətdə bu məsələyə toxunmuşdu. O da Latviyada oynadığın zaman viza tələbini pozduğunu bildirmişdi.
- Bəli, hər şey ondan başlayıb.
- Özün bilmirdin ki, sənin belə problemin var?
- Sizcə, bilsəydim, Fransaya yollanardım? Peşəsindən asılı olmayaraq, kim bilə-bilə ki, onu həmin ölkəyə buraxmayacaqlar, səfərə çıxar?
- Maraqlısı odu ki, “Dauqavpils”də çıxış edən zaman Şengen vizasının tələblərini pozsan da, yayda yenidən ora dönərkən problemlə üzləşməmisən...
- Məni də çaşdıran məhz bu məqam oldu. Latviyada oynadığım zaman “oturum izni” ilə bağlı tələbləri pozduğumu sonradan bildim. Orda cəmi 3 günün söhbəti olmuşdu. Sonradan “Dauqavpils” rəhbərliyi məsələni yoluna qoyduğunu, yenidən ölkəyə qayıdışımla bağlı heç bir problemin olmadığını bildirdi. Mən də qısa müddətdən sonra yenidən ora döndüm və heç bir maneə ilə qarşılaşmadım. Ancaq Fransaya səfər zamanı sərhəd xidmətindən dedilər ki, Şengen zonasında “oturum izni”nin tələblərini pozduğuma görə ölkəyə buraxıla bilmərəm. Yeri gəlmişkən, onu da bildirim ki, artıq “Dauqavpils” rəhbərliyi insidentə görə AFFA-ya üzrxahlıq məktubu göndərib və orda yaşananlara görə məsuliyyəti öz üzərinə götürüb.
- Sərhəd xidmətinin əməkdaşı sənə Fransaya girişə icazə verilmədiyini deyəndə hansı hissləri keçirdin?
- Öncə bizimlə birgə Fransaya yollanan Anar Məmmədovla əlaqə saxlayıb, durum barədə xəbər verdim. Həmin an yığmanın bir çox üzvləri artıq pasport yoxlamasından keçmişdi. Anar müəllim geri qayıdıb başverənlərlə maraqlandı, sərhəd xidmətinin əməkdaşları durumu ona başa saldılar və bildirdilər ki, narahat olmağa heç bir əsas yoxdu. Bu söhbətdən sonra özüm də narahat olmadım və düşündüm ki, qısa vaxtda hər şey yoluna qoyulacaq.
- Ancaq fransızlar səni 3 gün saxladılar... Məndə olan məlumata görə, hətta Azərbaycanın Fransadakı səfirliyinin konsulu da hava limanına gəlib və sənin üzləşdiyin problemlə maraqlanıb. Konsul səninlə görüşdü?
- Sizdən çox xahiş edirəm, çox dərinə varmayaq. Hər şey olub keçdi.
- Ancaq sualımıza cavab verməyini istərdik.
- Bəli, konsulumuzla da görüşdüm. Konsul məndən öncə Fransa dövlətinin rəsmi şəxsləri ilə danışmışdı. Ona demişdilər ki, qorxulu heç nə yoxdu, sual doğuran məqamlara aydınlıq gətiriləndən sonra futbolçu vətənə yola salınacaq. Fürsətdən istifadə edib, həm AFFA rəsmilərinə, həm də ölkəmizin Fransadakı səfirliyinə mənim məsələmə bu qədər ciddi və operativ yanaşdıqlarına görə təşəkkür edirəm. Həmin an bir daha başa düşdüm ki, Azərbaycan vətəndaşının hüququ heç bir dövlətdə pozula bilməz. Bizim də arxamızda Azərbaycan dövləti durur.
- Bütün müdaxilələrə baxmayaraq, yenə 72 saat “içəri”də qaldın...
- “İçəri” sözünü elə vurğuladız ki, sanki ağır cinayət törətmiş birini tutmuşdular. Bir o qaldı deyəsiz ki, “içəri”də ad da almısan (gülür). Fransızlar öz ölkələrinin qanunları nə tələb edirdisə, o cür də addım atdılar. Buna görə nə onları, nə də başqasını qınaya bilərəm.
- 3 gün necə keçdi, saxlanma şəraiti necə idi?
- Fransa sərhəd xidmətinin əməkdaşları məndən başqa, sənədində problem olan təxminən 50 nəfəri saxlamışdı. Mən təkadamlıq otaqda qalırdım. Yeməklə bağlı heç bir problem yox idi. Vaxtında səhər, günorta, axşam yeməyimi verirdilər. Keyfiyyət də öz yerində. Başqalarını deyə bilmərəm, ancaq mənim durumumla bağlı Azərbaycan dövlətinin rəsmiləri ciddi maraqlandığından özümə qarşı heç bir hörmətsizlik görmədim. Düzdü, telefonumu və başqa sənədlərimi götürmüşdülər. Ancaq istənilən an rus dilini bilən nəzarətçi ilə danışır, sözümü, istəyimi deyirdim.
- Ancaq atan bizimlə söhbətdə səninlə danışa bilmədiyini dedi. Ona telefon nömrəsi verilsə də, əlaqə saxlamaq mümkün olmayıb. Buna icazə verilmirdi?
- İcazə verilib-verilmədiyini deyə bilmərəm. Ancaq ilk gündən ordakılara dedim ki, valideynlərimlə danışıb, onları narahat etmək istəmirəm. Bəlkə də o üzdən atam zəng vuranda telefonu mənə ötürməyiblər.
- Qərib ölkədə, təkadamlıq kamerada... Çətin deyildi?
- Yenə həmin söhbətə qayıdırsız (gülür). Kamera nədi? Sizə və “Futbol+”ə hörmətim olmasaydı, vallah, zənginizə cavab verməz, suallarınızı cavablamazdım. Ancaq siz elə suallar verirsiz ki... Bir o qaldı deyəsiz ki, Fransada kriminal aləmin avtoriteti sayılan Tural Bayramlı 3 günlük saxlanılıb... Bu elə məsələdi ki, ölkə xaricinə yollanan hər kəsin başına gələ bilər.
- Bütün bunlardan sonra, yəqin ki, Şengen vizası tələb olunan ölkələrə səfər edə bilməyəcəksən. Qısaca desək, sən deportasiya olunmusan.
- Bəli, 2020-ci il yanvarın 23-dək Avropa İttifaqına daxil olan ölkələrə girişim qadağan olunub. Ancaq AFFA rəhbərliyi problemi həll edəcəyini deyib. Yəqin ki, yaşananlarla bağlı aidiyyatı orqanlara müraciət olunacaq və mənə qoyulan qadağa aradan qaldırılacaq.
- Qarşıda U-21-in İsveçrə ilə oyunu var. Həmin matçda səni U-21-in düşərgəsində görə biləcəyik?
- Bu gün (dünən) axşam U-21-in düşərgəsinə qoşulacam. Komanda yığmaların Mərdəkandakı təlim-məşq bazasında olacaq. Sizinlə danışandan bir az sonra ora yollanacam. İsveçrə ilə oyuna gəlincə, böyük ehtimalla düşərgədə olacam. Meydana çıxıb-çıxmayacağıma isə baş məşqçi qərar verəcək. Mənə güvənəcəyi halda inamı doğrultmağa çalışacam.
- U-21-in Fransaya böyük hesabla məğlubiyyəti haqda nə deyə bilərsən?
- Məlum səbəbdən oyunu izləməmişəm. Uduzmuşuq, ancaq bu o demək deyil ki, Azərbaycanın U-21-i çox zəifdi. Kollektivdə çox yaxşı gənc oyunçular yer alıb. İnşallah, qarşıdakı oyunlarda azarkeşlər bizim də nəyə qadir olduğumuzu görəcəklər.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
15-11-2019, 13:09 AFFA gecikdi, “Albasete” Eddini buraxmadı 15-11-2019, 13:08 Dadaşlinski Elxan Məmmədova görə ya AFFA-ya, ya da özünə müraciət etməlidi 15-11-2019, 13:07 Samir Abasov İspaniyaya gedir 15-11-2019, 13:03 Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır 15-11-2019, 13:02 Emil Balayev mövsümün rəmzi komandasında yer aldı 15-11-2019, 13:00 Bizimkilər yatır, lüksemburqlular axtarır 15-11-2019, 12:59 Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı 15-11-2019, 12:55 “Neftçi” İK də “Araz”ın seriyasını qıra bilmədi 15-11-2019, 12:53 Bir oyunda 18 qol vuruldu 15-11-2019, 12:50 “Mil”in stadion problemi yoluna qoyuldu 15-11-2019, 12:48 Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib! 13-11-2019, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər 13-11-2019, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək 13-11-2019, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi 13-11-2019, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi 13-11-2019, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə 13-11-2019, 11:22 “Səbail”i Qəbələdə əzdilər 13-11-2019, 11:18 Emil Balayev əla başladı, pis bitirdi 13-11-2019, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi 13-11-2019, 11:13 Sürprizlər turu 13-11-2019, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi 13-11-2019, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi 13-11-2019, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir Bütün xəbərlər
Ən çox oxunanlar