15 okt 13:50aktual

“Uğur”un rəhbərindən gözlənilməz açıqlama


Vasif Maşayev: “Mükafat üçün nəzərdə tutulan pul klub prezidenti kimi şəxsən mənə çatır”
Region Liqasının ötən mövsümünün mükafatçılarının hələ də Əsasnamədə göstərilən pul mükafatına qovuşmadığını artıq neçə aydı deyirik. Əslində bunu biz yox, ardıcıl ikinci dəfə liqanın çempionu olan Sumqayıt “Uğur”unun futbolçuları bizə deyir. Son 4 ayda dəfələrlə redaksiyamızla əlaqə saxlayan çempion komandanın üzvləri AFFA-nın onların 10 min manatını vermədiyini söyləyiblər. Ötən həftə Sumqayıt təmsilçisinin üzvləri növbəti dəfə “Futbol+”ə zəng vuraraq hələ də 2018/19 “futbol ili” üçün nəzərdə tutuılan pul mükafatının klubun bank hesabına köçürülmədiyini bildirdilər. Və biz də bu məsələni növbəti dəfə işıqlandırdıq.
Region Liqasında yeni mövsümün startına saylı günlər qaldığını nəzərə alıb, AFFA-nın borcundan çıxıb-çıxmadığını bilmək istədik. Və bu məqsədlə “Uğur”un baş məşqçisi Qəzənfər Abbasovla əlaqə saxladıq. Çempion komandanın çalışdırıcısı sualın klub prezidentinə ünvanlanmalı olduğunu bildirdi. Qəzənfər bəyin dediyinə əməl edib “Uğur”un rəhbəri Vasif Maşayevi aradıq. Gənc iş adamı əvvəlcə zənglərimizi cavabsız qoydu, ancaq sonradan mesaj yazaraq iclasda olduğunu, toplantıdan sonra danışa biləcəyimizi dedi. Müəyyən vaxtdan sonra Vasif bəy bizimlə əlaqə saxladı və...
Təxminən iki ay öncə Sumqayıtın İcra Hakimiyyətini, şəhərin iş adamlarını, AFFA rəhbərliyini “Uğur”a biganəlikdə ittiham edib klubun fəaliyyətinə son verəcəyini rəsmi bəyanat şəklində yayan Maşayev bu dəfə AFFA-nı yox, rəhbəri olduğu klubun futbolçularını qınadı: “Futbolçu kimdi ki, komandadaxili məsələni ictimailəşdirir, mətbuata sızdırır? Mükafat üçün nəzərdə tutulan pul şəxsən klub prezidenti kimi mənə çatır. Mən mövsüm ərzində “Uğur”un çempion olması üçün verilən mükafatdan 5-6 dəfə artıq vəsait xərcləyirəm. Əslində 10 min manatın verilməməsinə görə mən narahat olmalıyam, futbolçu yox. Bəli, klub prezidenti kimi insanlıq edib ötən mövsüm çempionluq üçün AFFA tərəfindən verilən pul mükafatının komanda üzvləri arasında bölüşdürlməsinə qərar vermişəm. Bu dəfə də eyni addımı atmağı düşünürəm. Ancaq futbolçuların məndən xəbərsiz mediaya çıxması, AFFA-nın nəzərdə tutulan pul mükafatını vermədiyini deməsi və bu hadqa giley-güzar etməsi heç bir çərçivəyə sığmır. Bir daha deyirəm, pul mənə çatacaq və mən artıq qərar verə bilərəm ki, mükafat hara sərf oluna bilər. Həmin pulu “Uğur”un Türkiyədə təlim-məşq toplanışına da sərf edə bilərəm, başqa istiqamətə də yönəldərəm. Ola bilsin, AFFA rəhbərliyi hansısa səbəbdən sözügedən vəsaiti bizim bank hesabımıza köçürməkdə gecikir. Bunu anlayışla qarşılamaq lazımdı. Məsələ ilə bağlı sizin redaksiyaya şikayət edən futbolçu böyük səhvə yol verib, başından böyük iş görüb”.
Yuxarıda qeyd etdiyimiz kimi, iki ay öncə biganəlikdən şikayətlənən, klubun fəaliyyətini dayandıracağı ilə bağlı Sumqayıt İcra Hakimiyyətini şantaj edən klub prezidenti yaşanan söz-söhbətdə medianı qınamağı da unutmadı: “Mən başa düşmürəm, sizin qəzet və ya başqa mətbu orqanlar nəyə görə bu məsələyə xüsusi önəm verir? Klubun sahibi mənəmsə, hər şeyə də mən cavabdehlik daşıyıram. Medianın bu işdə marağı nədi?”
Bu yerdə həvəskar statusu daşıyan liqada çıxış edən klubun prezidenti olan Vasif bəyə “idman mətbuatının işinin ölkə futbolunda yaşanan problemləri işıqlandırmaq olduğunu” xatırlatdıq və onu da əlavə etdik ki, “hətta ölkə futbolunun “lokomotiv”i olan “Qarabağ”da belə baş verən neqativ olaylara media göz yummur, klub rəhbərliyini, futbolçuları tənqid edir” dedik. “Uğur”un prezidenti isə söylədiklərimizin qarşılığında bunları bildirdi: “Qarabağ”, “Neftçi” və ya başqa klub öz yerində. “Uğur”un prezidenti mənəm və bu klub qapalı səhmdar cəmiyyətdi. Ona görə də istəmirəm ki, daxildə yaşananlar kənara çıxsın. Mənə başqa klublarda başverənlər maraqlı deyil. Sabah bu məsələ ilə bağlı klubdaxili toplantı keçiriləcək və başverənlərlə bağlı orda futbolçularla ciddi söhbətimiz olacaq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər Dünən, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək Dünən, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi Dünən, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi Dünən, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə Dünən, 11:22 “Səbail”i Qəbələdə əzdilər Dünən, 11:18 Emil Balayev əla başladı, pis bitirdi Dünən, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi Dünən, 11:13 Sürprizlər turu Dünən, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi Dünən, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi Dünən, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir 6-11-2019, 11:54 Mahirin zədəsi ciddidi, Nikosiyaya aparılmır 6-11-2019, 11:52 UEFA “Qarabağ”ı Stuxlikin həmyerlisinə tapşırdı 6-11-2019, 11:35 Rəşad Sadıqov “CBC Sport”a baş çəkib 6-11-2019, 11:33 “Neftçi İK” səhvini etiraf etdi və …hakimləri qınadı 5-11-2019, 15:05 Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb” 5-11-2019, 14:59 MOİK-in baş məşqçisi kubokdan imtinanı səviyyə fərqi ilə əsaslandırdı 2-11-2019, 12:39 “Neftçi” TV dekabrda test yayına başlayacaq 2-11-2019, 12:37 Biləcəridəki bazanın taleyi ilin sonunda bilinəcək 2-11-2019, 12:35 Futbolumuzda “Sauthempton” nümunəsi yoxdu 2-11-2019, 12:32 Romero kollektiv məşqlərə qoşulub 2-11-2019, 12:28 Derbi dedik, mütəxəssislərin fikirləri haçalandı Bütün xəbərlər
Ən çox oxunanlar