11 okt 13:06aktual

“Lüksemburqda bununla bağlı araşdırmalar davam edir”


Əmrah Çəlikəlin fikrincə, “Qarabağ” əl-ayağa düşməli deyil
Ötən cümə axşamı Lüksemburqda yaşanan hadisə həftəyə damğa vurdu. “Qarabağ”ın “F91 Düdelanj” üzərində qazandığı parlaq qələbə ermənilərin törətdiyi təxribata layiqli və tutarlı cavab olsa da, dron qalmaqalı uzun müddət müzakirə olundu, manşetlərdən düşmədi.
Dörd erməni gədəsinin ideyası əsasında ortaya çıxan hadisə Rusiyada da geniş müzakirələrə yol açdı. Belədə rusiyalı həmkarlarımızdan biri həmin şəxsi – Spartak Adamyanı tapıb danışdırdı ki, həm Londondakı, həm də Lüksemburqdakı hadisənin təşkilatçısı kifayət qədər əks-səda doğuran açıqlamalarla yadda qaldı. Henrix Mxitaryanla telefon danışığından tutmuş, “Qarabağ”ın avrokuboklardakı inamlı çıxışının onlarda yaratdığı qıcığa qədər.
Lakin bir ifadə var ki, onun üzərindən sükutla keçmək olmur. Bu şəxs “Qarabağ” adı yaşadığı müddətcə əməllərindən əl çəkməyəcəyini deyir və dolayı yolla növbəti təxribata əl atacağını gizlətmir. Belədə “Qarabağ” rəhbərliyi, həm də Azərbaycanın Daxili və Xarici İşlər Nazirlikləri işə qarışmalı, önləyici tədbirlərin əldə olunmasına çalışmalıdılar. Bu isə 1-2 saatın işi deyil. Əziyyətə qatlaşmaq, vaxt itirmək lazım gəlir. Elə dünən klubun baş direktoru Əmrah Çəlikəllə “Azərsun Arena”dakı otağında görüşməyimizin əsas səbəbi də ötən həftə yaşananlardan sonra ortaya çıxan suallara cavab tapmaq idi.
- Olayın üstündən bir həftə keçir. Geridə qalan vaxt ərzində Lüksemburqdan, “F91 Düdelanj”dan, UEFA ilə FİFA-dan, bizim Daxili və Xarici İşlər Nazirliklərindən klubla əlaqə saxlayan, hansısa materialların toplanması, araşdırma ilə bağlı soruşan, maraqlanan olub?
- Xeyr, olmayıb. Buna ehtiyac da yoxdu. Çünki biz bu məsələnin içində təqsirli bilinən, yaxud iştirak edən tərəf deyilik. Heç bir günahımız da yoxdu. Sadəcə, dronla bağlı UEFA-dan ümumi məktub almışıq. Həmin məktubda beynəlxalq oyunları zamanı drona qarşı yüksək tədbirlərin görülməsi, anti-dronların quraşdırılması ilə bağlı təkliflər almışıq ki, həmin məktub bütün klublara göndərilib.
- Mətanət Əliverdiyevanın sözü olmasın, bir külək idi, əsib, keçdi?
- Bir külək deyildi əslində. Bu, həmin təxribata qarşı bizim böyük qələbəmiz, duruşumuz idi. Alnımız açıq şəkildə həmin hadisənin altından çıxdıq. Lüksemburqda bununla bağlı araşdırmalar davam edir. Sadəcə, nəticə ilə bağlı bizdə məlumat yoxdu.
- Xaricdə yaşayan Toğrul Bağırov adlı həmkarımız sosial şəbəkədə oyundan sonra ermənilərlə bizim azarkeşlər arasında toqquşmanın yaşanması ilə bağlı video paylaşıb, həmçinin onların bizimkilərə qarşı soyuq silahdan istifadə etdiyini vurğulayıb. Bundan xəbəriniz olub? Kim(lər)sə kluba müraciət edib?
- Oyundan sonra stadiondan kənarda başverənlərdən xəbərim yoxdu. Xəbərimiz olsaydı, əlbəttə, onların yanına gedər, hansısa mənada kömək edərdik. Əldə belə bir fakt varsa, bununla məşğul olmaq Lüksemburqun polis orqanlarının işidi.
- Olayın üzdəniraq təşkilatçısının müsahibəsi ilə tanış olduğunuzdan əminəm.
- Bilirəm, oxumuşam.
- Londondakı əməlindən sonra ona heç bir cəza verilmədiyini, “Emireyts”ə rahat daxil ola bildiyini deyir. Sizcə, təxribatçının cəzasız qalması nonsens deyilmi? Hətta ikili standart da deyə bilərik.
- Onun dediklərinin doğru məlumat olduğuna inanmıram. Onun bu cür danışmasının, hadisələrə don geydirməsinin özü də təxribatdı, qıcıqlandırıcı amildi. Bu kimi yarışlar hansısa klubun, yaxud federasiyanın yox, sırf UEFA-nın bayrağı altında keçirilir. Baş verən bütün hadisələrlə bağlı qərarı onlar qəbul edir, nəzarəti onlar həyata keçirirlər. Həmin şəxsin stadiona daxil olmasına qadağa qoyulubsa, sanksiyadan sonra onun arenaya girməsinə inanmıram. Çünki ona ömürlük sanksiya qoyulmuşdu. Hə, ola bilər başqa adamın sənədləri ilə girir, ya da başqa yollarla – bunu inkar etmirəm. Amma öz ad-soyadı ilə “Emireyts”ə rahat daxil olduğuna qətiyyən inanmıram.
- Spartak Adamyanın açıqlamalarını əldə əsas tutub, ali qurumlara müraciət etməklə cəzalanmasına nail ola bilərsiz?
- Bunu edəcək, yaxud etməli olan orqan biz deyilik. Biz futbol klubuyuq, işimiz futbol oynamaq, uğurlu nəticələrlə Qarabağın adını yüksəklərdə tutmaqdı. Həmin gün Lüksemburqda edə biləcəyimiz tək şey stadiondan qələbə ilə ayrılmaq idi ki, bunu da bacardıq. Həm biz, həm də azarkeşlərimiz olaydan başıuca çıxa bildik. Araşdırma aparmaq, günahkarların cəzalanmasına nail olmaq üçün müvafiq orqanlar var. Amma yenə deyirəm ki, o adamın müsahibə zamanı dediklərinə inanmıram.
- Həmin şəxsin Mxitaryanla telefonla danışması ilə bağlı növbəti sualı vermək istəyirdim. Amma...
- Bu baş veribsə, bu, həmin futbolçunun adına ayıbdı. Bizim siyasətimiz futboldu, nəticə qazanmaqdı. İdmançı yalnız bu haqda düşünməlidi. Burda Mxitaryanlıq iş yoxdu. Yaxşı olardı ki, kənarda dayansın, təxribata qarışmasın.
- Onları qıcıqlandıran nədi, bilirsiz yəqin. Bu adam açıq şəkildə “Qarabağ”ın avrokuboklarda uğur qazanmasının və Azərbaycanı təmsil etməsinin onlarda qıcıq yaratdığını dilinə gətirir. Bu ad yaşadıqca, bənzər əməllərə əl atacaqlarını çəkinmədən bildirir.
- Deməli, doğru istiqamətdə, mövqedəyik. Qarabağ Azərbaycanındı və buna görə də “Qarabağ” Azərbaycanı təmsil edir. Nə qədər gücümüz var, təmsil etməkdə davam edəcəyik. O ki qaldı qıcıqlanmalarına, öz işləridi. Biz bunu onları qıcıqlandırmaq üçün etmirik ki. Qarabağ bizim torpağımızdı və buna görə də klubumuz həmin bölgənin adını daşıyır. Ola bilsin, onların həyatı qıcıq, təxribat üzərində qurulub. Bizim niyyətimiz əsl gerçəyi dünyaya bildirməkdi.
- Noyabrın 7-də “Qarabağ”ı çətin Nikosiya səfəri gözləyir. Adamyanın dedikləri, Cənubi Kiprdə ermənilərin çoxluq təşkil etməsi, türk rəsmilərin rəhbərlik etdiyi “Qarabağ”ın yunan torpağına səfər etməsi – bütün bunları göz önünə gətirəndə növbəti iyrənc hadisəni ehtimal etmək çətin deyil. Maraqlıdı, önləyici tədbirlər görmək üçün nə etməyi düşünürsüz?
- Az öncə dediklərimi təkrar edəcəm. “Qarabağ” futbol klubudu, məqsədimiz nəticə vermək, Qarabağın adını uca tutmaqdı. İndiyə kimi bir çox ölkələrə səfər etmişik, o cümlədən bu yay Kiprə getmişdik. Həmin vaxt təşkilatçılıq, təhlükəsizlik tədbirləri, bizə olan münasibət baxımından olduqca həssas yanaşmışdılar. Açığı, razı qalmışdıq. UEFA-nın sanksiyasına məruz qalmaq istəməyən hər bir klub işini yüksək səviyyədə görməlidi və görməyə çalışır.
- Narahat deyilsiz?
- Bu və buna bənzər hadisə Kiprdə də baş verə bilər, başqa ölkədə də. Onlar bayraqla, dronla özlərini biabır edirlər. Çünki hamı futbola baxır və necə futbol oynadığımızı görürlər. Ermənilər isə təxribat törətməklə özlərini gözdən salırlar. Bu oyunlar UEFA-nın bayrağı altında keçirilir. Məncə, buna görə UEFA daha çox narahat olmalıdı.
- Sizə elə gəlmir ki, Lüksemburqda azərbaycanlı jurnalistlərin sayı daha çox olsaydı, hadisə böyük əks-səda doğurardı, əldə daha çox faktlar olardı?
- Sizlərin səfərdə yanımızda olmağınızı istəyirik. Özünüz də bilirsiz ki, imkanlarımız daxilində bu kimi məsələlərə həssas yanaşırıq. Məncə də daha fərqli, daha effektli ola bilərdi. İndiyə qədər jurnalistlər bizimlə bir çox səfərlərdə olsalar da, bu cür hadisə yaşanmamışdı. Bu da bir qismət imiş. Əsas olan odu ki, biz bu olaydan üzüağ çıxmağı bacardıq. Klubun imkanlarını, etmək istədiyini işləri nəzərə alıb, bizi anlayışla qəbul edəcəyinizə ümid edirəm. Orda yaşananlar bir biabırçılıq idi, hamı gördü. Lüksemburqun idman naziri, “F91 Düdelanj”ın rəhbərliyi, qısası, orda qarşımıza keçən hər kəs bizdən üzr istəyirdi.
Klubun mətbuat katibi Nurlan İbrahimov əlavə edir:
- Bu oyunu işıqlandırmaq üçün Avropanın ayrı-ayrı ölkələrindən səkkiz jurnalist Lüksemburqa gəlmişdi.
- Sonuncu sualın bu məsələyə aidiyyatı olmasa da, cavabınız maraqlıdı. Qurban Qurbanova Avropadan və ya qonşu ölkələrin birindən baxımlı, xoş gələcək vəd edən daha üstün təklif gəlsə, klub rəhbərliyi baş məşqçini buraxar?
- Qurban Qurbanov bu gün evindədi, özü demişkən, görəcəyi iş çoxdu. Biz bir-birimizə mənəvi bağlarla bağlıyıq. Yox, nə vaxtsa dediyiniz təklif gəlsə, bu haqda qərarı mən yox, Qurban müəllimin özü ilə klubun ağsaqqalı, başqanı Abdulbari Gözəl bəy verəcək.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
15-11-2019, 13:09 AFFA gecikdi, “Albasete” Eddini buraxmadı 15-11-2019, 13:08 Dadaşlinski Elxan Məmmədova görə ya AFFA-ya, ya da özünə müraciət etməlidi 15-11-2019, 13:07 Samir Abasov İspaniyaya gedir 15-11-2019, 13:03 Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır 15-11-2019, 13:02 Emil Balayev mövsümün rəmzi komandasında yer aldı 15-11-2019, 13:00 Bizimkilər yatır, lüksemburqlular axtarır 15-11-2019, 12:59 Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı 15-11-2019, 12:55 “Neftçi” İK də “Araz”ın seriyasını qıra bilmədi 15-11-2019, 12:53 Bir oyunda 18 qol vuruldu 15-11-2019, 12:50 “Mil”in stadion problemi yoluna qoyuldu 15-11-2019, 12:48 Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib! 13-11-2019, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər 13-11-2019, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək 13-11-2019, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi 13-11-2019, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi 13-11-2019, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə 13-11-2019, 11:22 “Səbail”i Qəbələdə əzdilər 13-11-2019, 11:18 Emil Balayev əla başladı, pis bitirdi 13-11-2019, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi 13-11-2019, 11:13 Sürprizlər turu 13-11-2019, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi 13-11-2019, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi 13-11-2019, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir Bütün xəbərlər
Ən çox oxunanlar