11 okt 12:45aktual

“CBC Sport”un baş redaktoru suallardan yayındı

“CBC Sport”un baş redaktoru suallardan yayındı
“Maliyyə problemləri ilə bağlı şayiələr bizi istəməyən adamlardan qaynaqlanır”
Son günlər “CBC Sport” telekanalı ətrafında müəyyən söz-söhbət dolaşır. İddialara görə kanalda ciddi maliyyə problemləri yaranıb. Klublarımıza ödənməli olan 70 min manatlıq yayın gəlirlərinin hələ də verilməməsi və tanınmış jurnalist Rövşən Binnətlinin kanaldan ayrılması belə fikirləri daha da qüvvətləndirib. Bu və başqa məsələlərə aydınlıq gətirmək üçün telekanalın baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxladıq. Həmkarımız maliyyə problemləri ilə bağlı yaranan iddiaları şayiə adlandırdı: “Klublara ödənilməli olan məbləğin verilməməsi barədə heç nə deyə bilmərəm. Çünki bu, telekanal rəhbərliyinin biləcəyi məsələdi. O ki qaldı kanalda yaranan maliyyə problemlərinə, bunlar tam şayiədi, həqiqətə uyğun deyil, boş-boş söhbətlərdi. Rövşən Binnətliyə ölkənin aparıcı kanalı “İdman TV”nin direktor müavini vəzifəsi təklif olundu. Bizdə isə o, xəbərlərin şef-redaktoru idi. Təbii ki, o, belə bir təklifi qəbul edib. Düz də edib. Ümumiyyətlə, maliyyə problemləri ilə bağlı şayiələr bizi istəməyən adamlardan qaynaqlanır. Bizdə heç bir maliyyə problemi yoxdu. Əməkhaqqımız vaxtında verilir. Hiss olunur ki, kanalın işi bəzi adamları razı salmır. Onlar da belə şayiələr yayırlar”.
Şəmsəddin bəy futzal üzrə Çempionlar Liqasında ölkəmizi təmsil edən “Araz”ın oyunlarının canlı yayınlanmamasının səbəbi haqda isə bunları söylədi: “Təəssüf ki, futzal üzrə Çempionlar Liqasını yayınlaya bilməyəcəyik. Bununla maraqlandıq, ancaq danışıqlar müsbət nəticələnmədi. Bu da maliyyə məsələsinə bağlanmasın. Bir kanal ÇL və AL-in 3 illik yayın hüquna malikdisə, bir futzal turniri nə böyük şeydi ki, onu ala bilməsin? Məntiqlə düşünən adam bunun fərqinə varacaq. Sadəcə, danışıqlar müsbət nəticələnmədi. Ola bilsin, müəyyən problemlər var. Bilirsiz ki, 4 oyunçumuzu Belçikaya buraxmayıblar. Bu da maliyyə probleminə görə olmayıb ki?! Danışıqların kimlə, nə cür olduğunu deyə bilmirəm. O danışıqları mən aparmıram. Ona görə də niyə alınmadığını bilmirəm. Bizim işimiz, sadəcə, yaradıcılıqdı. Danışıqlar aparılır, müqavilələr imzalanır, sonra bizi xəbərdar edirlər. Biz də başlayırıq oyundan sonra, oyundan əvvəl və sair kimi proqramlar hazırlamağa”.
HƏSƏN QULUZADƏ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
15-11-2019, 13:09 AFFA gecikdi, “Albasete” Eddini buraxmadı 15-11-2019, 13:08 Dadaşlinski Elxan Məmmədova görə ya AFFA-ya, ya da özünə müraciət etməlidi 15-11-2019, 13:07 Samir Abasov İspaniyaya gedir 15-11-2019, 13:03 Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır 15-11-2019, 13:02 Emil Balayev mövsümün rəmzi komandasında yer aldı 15-11-2019, 13:00 Bizimkilər yatır, lüksemburqlular axtarır 15-11-2019, 12:59 Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı 15-11-2019, 12:55 “Neftçi” İK də “Araz”ın seriyasını qıra bilmədi 15-11-2019, 12:53 Bir oyunda 18 qol vuruldu 15-11-2019, 12:50 “Mil”in stadion problemi yoluna qoyuldu 15-11-2019, 12:48 Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib! 13-11-2019, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər 13-11-2019, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək 13-11-2019, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi 13-11-2019, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi 13-11-2019, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə 13-11-2019, 11:22 “Səbail”i Qəbələdə əzdilər 13-11-2019, 11:18 Emil Balayev əla başladı, pis bitirdi 13-11-2019, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi 13-11-2019, 11:13 Sürprizlər turu 13-11-2019, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi 13-11-2019, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi 13-11-2019, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir Bütün xəbərlər
Ən çox oxunanlar