09 okt 11:57aktual

“Zirə” Buma görə 100 min dollar tələb edib


Qəsəbə təmsilçisi Qadze ilə müqavilə bağlayacaq
Ötən saylarımızın birində “Zirə”nin artıq sabiq müdafiəçisi, 2017/18 mövsümündə “qartallar”ın şərəfini qoruyan Jozef Bumun müsahibəsini diqqətinizə çatdırmışdıq. Bir daha xatırladaq ki, kamerunlu müdafiəçi açıqlamasında qəsəbə təmilsçisinin sənədlərini vermədiyini bildirməklə yanaşı, bunun səbəbləri barədə danışmaq istəmədiyini demişdi. Hazırda futbolsuz qalan Bum bu məsələdə “qartallar”ın rəhbərliyini ittiham etmiş və rəsmiləri Allaha tapşırdığını söyləmişdi.
Kamerunlu futbolçunun söylədiklərinə aydınlıq gətirmək üçün “Zirə”nin baş meneceri Elman Himayətoğlu ilə əlaqə saxladıq. Elman bəy problemin futbolçudan qaynaqlandığını bildirdi və başverənlərə belə izah verdi: “Jozef Bumun müsahibəsi ilə tanışıq. Müdafiəçi müsahibəsində özünə sərf edən məqamlara toxunsa da, nədənsə “Zirə” rəhbərliyinin hansı səbəbdən onun sənədlərini vermədiyinə aydınlıq gətirməyib. Görünür, Bum problemin özündən qaynaqlandığını deməyə cəsarət tapmayıb. “Zirə”dən əvvəl Jozef Türkiyə çempionatında top qovurdu. Onu bizə məsləhət biləndə müdafiəçi artıq türk klubundan problemlə ayrılmışdı. Özü bizimlə danışıqda bildirdi ki, komandaya gəlim və özümü yaxşı tərəfdən göstərəcəyim halda müqavilə imzalayaq. Həqiqətən də özünü göstərdi və komandaya faydalı olduğunu ortaya qoydu. Bumun müqaviləsində əks olunan maaş premyer-liqa göstəricilərinə görə az idi. Bunu nəzərə alan klub rəhbərliyi dekabrda ona əlavə pul verdi və bildirdi ki, növbəti müqavilə müddəti üçün maaşın artırılacaq. Bundan başqa, Jozefin müəyyən ailə problemləri var idi ki, onu da yoluna qoyduq. O fasilə dönəmində klubdan ayrılanda tətildən sonra düşərgəyə qayıdacağını gözləyirdik. Ancaq Jozef geri dönmədi və buna görə də biz aidiyyatı qurumlara futbolçudan şikayət etdik. Jozefi başqa əcnəbi klub heyətinə qatmaq istəyirdi. Müqaviləsi olduğu üçün biz də həmin klubdan təzminat istədik və 100 min dollar tələb etdik. Qarşı tərəf əvvəlcə bizimlə razılaşdı. Ancaq sonradan onlardan xəbər çıxmadı. Futbolçunun bizimlə müqaviləsi varsa, onu havayı buraxan deyilik ki. Bum bu gün klubsuz qalıbsa, günahı özündə axtarsın. “Zirə”nin bu məsələdə heç bir günahı yoxdu. Hər şey sənədlə həll olunur və biz də müasir futbolun tələblərinə uyğun addım atmışıq”.
Bugünlərdə qəsəbə təmsilçisinin sabiq futbolçusu Riçard Qadzeni sıralarına qaytardığı haqda məlumat yayılıb. Elman bəylə söhbətdə bu məsələyə də toxunduq: “Qadze ötən mövsümün sonunda şərəfini qoruduğu Rumıniya klubundan ayrılıb. Səbəb isə “Voluntari”nin elitanı tərk etməsi olub. Forvard klubla problemini həll etdikdən sonra azad agent statusu qazanıb. Onun klubsuz olduğunu bildikdən sonra əlaqə saxladıq və yenidən “Zirə”yə dəvət etdik. Qadze premyer-liqada çıxış etmiş futbolçudu və çempionatımızın səviyyəsindən xəbərdardı. Dünən (srağagün) Bakıya gələrək həkim müayinəsindən keçib və heç bir problem aşkarlanmayıb. Onunla müqavilə bağlayacağıq. Bir neçə ay oyun təcrübəsindən məhrum olduğuna görə özünə gəlməsi üçün zamana ehtiyacı var. Yığmaların matçlarına görə yaranmış fasilə Riçardın xeyrinə olacaq. Artıq iki gündü fərdi məşqlərə başlayıb. Böyük ehtimalla ikinci dövrədən etibarən Qadze “Zirə”nin “23-lüy”ündə olacaq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi Bu gün, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama Bu gün, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” Bu gün, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub Bu gün, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı Bu gün, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi 11-10-2019, 12:55 Boş tribunalar önündə əzmkar qələbə 11-10-2019, 12:52 Hakimlərin mühakiməsi 11-10-2019, 12:49 3120 manatlıq iclas 11-10-2019, 12:45 “CBC Sport”un baş redaktoru suallardan yayındı 11-10-2019, 12:44 “Bu yolda əməyimizi, köməyimizi göstərməyə hər zaman hazırıq” 11-10-2019, 12:43 APOEL-in hücumçusu ikinci yerə layiq olduqlarını düşünür 11-10-2019, 12:39 “Araz” meydan sahibləri ilə bacarmadı 9-10-2019, 12:00 Dron qalmaqalının təşkilatçısı Mxitaryanla telefonla danışıb 9-10-2019, 11:57 “Zirə” Buma görə 100 min dollar tələb edib 9-10-2019, 11:55 Jezniçak Bakıya gəldi 9-10-2019, 11:54 Aftandil Hacıyev ilk dövrəni qənaətbəxş sayır 9-10-2019, 11:50 “Neftçi” böhrandan çıxır, “Səbail”də böhran başlayıb 9-10-2019, 11:45 "Qarabağ" “Sabah”la oyunda da büdrəmədi 9-10-2019, 11:38 Zirədən qonaqlar razı getdi 9-10-2019, 11:30 “Araz” ÇL-də mübarizəyə başlayır 9-10-2019, 11:27 “Kapital Bank Arena”da səssiz gecə 9-10-2019, 11:25 Rüfət “Proyssen”i məğlubiyyətdən xilas etdi 9-10-2019, 11:23 Dron qaldırdı, indi də təhdid yağdırır! 9-10-2019, 11:16 Hardasan, Azərbaycan dövləti? 9-10-2019, 11:14 Dövrə yekunu: "Qarabağ" ən yaxın izləyicisindən 10 xal öndə! 4-10-2019, 12:46 “UltrAslan Azərbaycan”ın 7 min manat xərci çıxıb 4-10-2019, 12:44 Verniduba vasitəçilik edən Səbuhi Səfiyarlı deyil 4-10-2019, 12:42 Yurçeviç Eddini yığmaya qaytardı 4-10-2019, 12:39 Alesio ÇL üçün 12 futzalçı sifariş etdi 4-10-2019, 12:34 Musa Qurbanlı sabiq komandasını cəzalandırdı 4-10-2019, 12:33 Emil yenə ən yaxşılar arasında 4-10-2019, 12:31 Özat “Sabah”la danışıq apardığını təsdiqlədi 4-10-2019, 12:29 Sumqayıtda danışılmış oyunlarla bağlı seminar 4-10-2019, 12:13 Riad Rəfiyev: “Bizim günahımız nədi ki, Nazim Süleymanov məndən, klubdan narazılıq edir?” 4-10-2019, 12:06 “Qəbələ” Nikosiyadan yaxşı nəticə ilə qayıdır 4-10-2019, 12:04 "Qarabağ"ın baş meneceri yenidən seçildi Bütün xəbərlər
Ən çox oxunanlar