04 okt 12:44aktual

Verniduba vasitəçilik edən Səbuhi Səfiyarlı deyil


“Vitali mənimlə əlaqə saxlayıb, atasının yanında olmağımı xahiş etdi”
Elşad Əhmədovun gedişindən sonra “Sabah”da baş məşqçi postu hələ də boş qalmaqdadı. Düzdü, komandanı “Qarabağ”la oyuna İqor Ponomaryov hazırlayır. Lakin onun müvəqqəti olduğundan özü kimi, hamı xəbərdardı.
Yeni baş məşqçinin kimliyi bilinməsə də, bir neçə mütəxəssislə danışıq aparılır. Onlardan biri uzun illər “Zarya”nı çalışdırmış, vaxtilə bu komandanı iki dəfə Avroliqanın qrupuna daşımış Yuri Vernidubdu. Ukraynalı çalışdırıcı hətta ötən həftəsonu ölkəmizə səfər edərək “Sabah” – “Səbail” qarşılaşmasını canlı izləmiş, heç şübhəsiz, klub rəhbərliyi ilə görüşməyə imkan tapmışdı.
Vernidub “Bank Respublika Arena”nın “skay-boks”unda tək deyildi. Eyni otaqda onunla yanaşı bir neçə ay öncəyə qədər “Qəbələ”də çalışmış, hazırda menecerliklə məşğul olan Səbuhi Səfiyarlı da var idi. Bu mənzərəyə şahidlik edənlər Vitali Vernidubun atasının “Sabah”a keçidinə vasitəçilik edən şəxs gözündə Səfiyarlını görürdü ki, bu da başadüşüləndi. Məsələyə aydınlıq gətirmək, Vernidubun həm Bakı, həm də oyunla bağlı dediklərini öyrənmək üçün özü ilə danışa bilməsək də, Səbuhi bəyi aradıq. Məlum oldu ki: “Vernidubun “Sabah”a keçidinə vasitəçilik etməyimlə bağlı xəbər hardan çıxıb, bilmirəm. Amma əmin ola bilərsiz ki, belə bir şey yoxdu. Bildiyiniz kimi, oğlu Vitali uzun illər “Qəbələ”də oynayıb və hər zaman xoş münasibətimiz olub. Üstəlik, Yuri Nikolayeviçin özü də vaxtilə ölkəmizə səfər etmiş, buraları görmüşdü. Elə həmin vaxtdan da münasibətimiz yaranmışdı. Sadəcə, bu dəfə Bakıya səfər edəndə Vitali mənimlə əlaqə saxlayıb, atasının bura gələcəyini dedi, yanında olmağımı xahiş etdi. Mən də buna görə yanındaydım, oyunu birgə izləyirdik. Yəni Yuri Vernidubun “Sabah”la danışıqlarına vasitəçilik edən mən deyiləm”.
Bunu anladıq. Hər halda, 90 dəqiqə ərzində iki şəxs öz aralarında söhbət etməmiş olmazlar. Mütləq ki, oyundan, futbolumuzun ümumi durumundan nələrisə müzakirə ediblər. Səfiyarlıya bununla bağlı da sual ünvanladıq: “Açığı, qlobal söhbətimiz olmadı. Əvvəla ona görə ki, Azərbaycan futbolu onun üçün yad deyil. Demək olar, hər şeydən xəbərdardı. Sadəcə, oyunu canlı izləmək üçün gəlmişdi, istəyinə çatdı. Ona görə də ciddi söhbətimiz olmadı. Sadəcə, özümüzdən, ordan-burda danışırdıq, xüsusi heç nə”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi Bu gün, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama Bu gün, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” Bu gün, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub Bu gün, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı Bu gün, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi 11-10-2019, 12:55 Boş tribunalar önündə əzmkar qələbə 11-10-2019, 12:52 Hakimlərin mühakiməsi 11-10-2019, 12:49 3120 manatlıq iclas 11-10-2019, 12:45 “CBC Sport”un baş redaktoru suallardan yayındı 11-10-2019, 12:44 “Bu yolda əməyimizi, köməyimizi göstərməyə hər zaman hazırıq” 11-10-2019, 12:43 APOEL-in hücumçusu ikinci yerə layiq olduqlarını düşünür 11-10-2019, 12:39 “Araz” meydan sahibləri ilə bacarmadı 9-10-2019, 12:00 Dron qalmaqalının təşkilatçısı Mxitaryanla telefonla danışıb 9-10-2019, 11:57 “Zirə” Buma görə 100 min dollar tələb edib 9-10-2019, 11:55 Jezniçak Bakıya gəldi 9-10-2019, 11:54 Aftandil Hacıyev ilk dövrəni qənaətbəxş sayır 9-10-2019, 11:50 “Neftçi” böhrandan çıxır, “Səbail”də böhran başlayıb 9-10-2019, 11:45 "Qarabağ" “Sabah”la oyunda da büdrəmədi 9-10-2019, 11:38 Zirədən qonaqlar razı getdi 9-10-2019, 11:30 “Araz” ÇL-də mübarizəyə başlayır 9-10-2019, 11:27 “Kapital Bank Arena”da səssiz gecə 9-10-2019, 11:25 Rüfət “Proyssen”i məğlubiyyətdən xilas etdi 9-10-2019, 11:23 Dron qaldırdı, indi də təhdid yağdırır! 9-10-2019, 11:16 Hardasan, Azərbaycan dövləti? 9-10-2019, 11:14 Dövrə yekunu: "Qarabağ" ən yaxın izləyicisindən 10 xal öndə! 4-10-2019, 12:46 “UltrAslan Azərbaycan”ın 7 min manat xərci çıxıb 4-10-2019, 12:44 Verniduba vasitəçilik edən Səbuhi Səfiyarlı deyil 4-10-2019, 12:42 Yurçeviç Eddini yığmaya qaytardı 4-10-2019, 12:39 Alesio ÇL üçün 12 futzalçı sifariş etdi 4-10-2019, 12:34 Musa Qurbanlı sabiq komandasını cəzalandırdı 4-10-2019, 12:33 Emil yenə ən yaxşılar arasında 4-10-2019, 12:31 Özat “Sabah”la danışıq apardığını təsdiqlədi 4-10-2019, 12:29 Sumqayıtda danışılmış oyunlarla bağlı seminar 4-10-2019, 12:13 Riad Rəfiyev: “Bizim günahımız nədi ki, Nazim Süleymanov məndən, klubdan narazılıq edir?” 4-10-2019, 12:06 “Qəbələ” Nikosiyadan yaxşı nəticə ilə qayıdır 4-10-2019, 12:04 "Qarabağ"ın baş meneceri yenidən seçildi Bütün xəbərlər
Ən çox oxunanlar