“Türkiyə deyil ki, hər şey həmin anda həll edilsin”
“Sabah” rəhbərliyinin baş məşqçi postuna namizəd gördüyü məşqçilərdən hələlik ikisinin adı bizə məlumdu. Biri Yuri Vernidubdu, digəri Ümit Özat. Hələ ki yekun qərar qəbul olunmasa da, çox güman, “tələbələr”in yeni çalışdırıcısı bu iki mütəxəssisdən biri olacaq.
Türkiyə mətbuatının gündəmindən düşməyən Özat, nəhayət, məlum məsələ ilə bağlı açıqlama verib. “Fanatik” və “Sabah” kimi nəşrlərdə “Sabah”ı çalışdıracağı ilə bağlı xəbərlər dərc olunmasına baxmayaraq, vaxtilə “Fənərbaxça”nın kapitan sarğısını daşımış şəxs bununla bağlı “Radyospor”a qısa, amma tutarlı danışıb: “Azərbaycanın “Sabah” klubu ilə ciddi danışıqlarımız oldu. Bizim də özümüzə görə gözləntilərimiz var. “Sabah”ın oyunlarını izləmişəm. Ölkə xaricində işlər bir gün ərzində olmur. Türkiyə deyil ki, hər şey həmin anda həll edilsin. “Sabah”la ötən həftə danışıqlarımız oldu. Düzgün seçim etmək lazımdı. Azərbaycanın düzgün ölkə olduğunu düşünürəm”.
HƏBİB