10 apr 21:47aktual

Çingiz Abdullayev futbolda da uğur qazanmaq istəyir

Çingiz Abdullayev futbolda da uğur qazanmaq istəyir
“Təəssüf ki, “Neftçi” hazırda heç də yaxşı günlərini yaşamır”

Cari mövsümdə uğursuz çıxışla haqlı tənqidlərə məruz qalan, bu il 80 illik yubileyini qeyd edən “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev son vaxtlar ölkənin idman mətbuatından qaçaq düşsə də, bugünlərdə “Moskva-Bakı” portalının suallarını cavablayıb. Məşhur dedektiv yazar sözügedən mətbu orqana müsahibəsində “ağ-qaralar”la bağlı arzularından və “bürünc” heyətin əsas simalarından biri olan erməni əsilli bakılı Eduard Markarovun “Neftçi” sevgisindən danışıb. Həmin müsahibənin futbola aid hissəsini sizlərə təqdim edirik.
- Çingiz Akifoviç, siz sanki üç həyat yaşayırsız. Eyni vaxtda bunu necə bacarırsız? Həm məşhur yazıçısız, həm “Neftçi” kimi əfsanəvi klubun Müşahidə Şurasının sədrisiz, həm də...
- İcazə verin, sözünüzü kəsim. Mən 3 yox, 18 yerdə işləyirəm. Beynəlxalq Qara və Xəzər dənizi Fondunun prezidenti, "Neftçi"nin Müşahidə Şurasının, Milli Kitabxananın Qəyyumlar Şurasının sədri, Yazıçılar Birliyinin katibi və Pen-Klubun prezidentiyəm. Artıq sadalamağa gərək yoxdu. Onu qeyd edim ki, üstəlik, kitab da yazıram.
- Vəzifələrinizi sadalamaqda məqsədim onu soruşmaq idi ki, bunlardan hansı hazırda daha çox diqqət tələb edir?
- Futbol. Təəssüf ki, “Neftçi” hazırda heç də yaxşı günlərini yaşamır. Bilmirəm, başqa sahələrdə nə qədər uğurluyam, mənə deyilənə görə, heç də pis alınmır. İstəyirəm ki, bu uğurlarımdan daha artığını futbol sahəsində də qazanım. Bizim iki ildə nailiyyətimiz iki dəfə kubokun finalına yüksəlməkdi. Ancaq mən daha artığını arzulayıram.
- Siz yerli gənc futbolçulara üstünlük verirsiz (əslində jurnalist bu yerdə səhvə yol verib – R.). Əlbəttə, bu çox gözəl arzudu, ancaq sizə elə gəlmir ki, gözəl olduğu qədər həm də romantik və həyata keçməyəcək istəkdi?
- Xeyr, elə deyil. Biz əcnəbi oyunçular da cəlb etmişik. Ancaq heç kim iddia edə bilməz ki, yerli oyunçuları yetişdirmək lazımsızdı. Öz kadrlarımızın olması çox vacibdi. Bu, gələcək üçün lazımlıdı. Əsas komandanı nəzərə almasaq, həm uşaq komandaları, həm də gənclər öz turnirlərində ilk sıralarda qərarlaşıblar. Hələlik uğursuz olan əsas komandadan fərqli, gənclər çox yaxşı çıxış edirlər. Düşünürəm ki, biz onların simasında Azərbaycan futbolunun gələcəyini görə bilərik.
- “Neftçi” bu il 80 illik yubileyini qeyd edir...
- Bəli. Bugünlərdə biz bütün tanınmış veteranlarımızı dəvət etmişdik. Rusiyadan, Ukraynadan, hətta İsveçdən gələnlər var idi. Sanki stadiona getdiyim və onların oyunlarını izlədiyim uşaqlıq illərimə qayıtmışdım. Bəzilərinin hətta 80 yaşı olsa da, çox gənc görünürdülər, formada qalıblar. Onlara yığışıb Bakıya gəldikləri və öz komandalarına azarkeşlik edib, dəstək olduqları üçün çox minnətdaram. 60-cı illərdə bizim yaxşı hücum üçlüyümüz var idi: Tuayev, Banişevski və Markarov. Sonuncu Bakıda yaşamır.
- Markarov hazırda Ermənistanda yaşayır. Birvaxtlar onu “İki respublikanın əfsanəsi” adlandırırdılar...
- Bəli, elədi. Bütün hallarda Markarov hələ də “Neftçi”yə azarkeşlik edir. Son illər baş verən heç bir faciəvi hadisə onun sevimli komandasına sevgisini öldürə bilməyib.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:11 Şəhriyar Parisdə beşinci oldu Bu gün, 14:09 Kamran “gümüş”lə kifayətləndi Bu gün, 14:08 Məğlubiyyət və “sülh” Bu gün, 14:06 Voleybol millimiz qələbəyə həsrət qaldı Bu gün, 14:05 Nəfəskəsən mübarizədən Rikkyardo qalib ayrıldı Bu gün, 14:02 Yığmada ikinci Alesio dönəmi başlayır Bu gün, 14:01 Fanklublar “Zirə” ilə “İnter”i dəstəkləməyəcək Bu gün, 13:59 Vaqif Sadıqov Məşqçilər Komitəsinin planlarını açıqladı Bu gün, 13:58 “Neftçi” bu gün başlayır Bu gün, 13:57 “İnter”də nə müqavilələr yenilənib, nə də maaşlar verilib Bu gün, 13:54 “Milli Dəstə” iş başında olmayacaq Bu gün, 13:52 “Qarabağ” ÇSKA-dan 5 qol “yedi” Bu gün, 13:49 Şeydayev darmadağına sevindi Bu gün, 13:22 David Manqa “Zirə”ni və Bakını təriflədi Bu gün, 13:19 “Zirə” rumın müdafiəçi ilə münasibətləri rəsmiləşdirdi Bu gün, 13:18 “Ayntraxt”ın məşqçisi Renatın üstün cəhətlərindən danışdı Bu gün, 13:16 AFFA-dan maliyyələşən klublara mayın maaşı verilməyib Bu gün, 13:14 “Ölüm sükutu var idi, heç kim ürək edib nəsə demək istəmirdi” Bu gün, 13:11 “Qəbələ”dən növbəti transfer Bu gün, 13:09 “İstəyirik ki, cəlb edəcəyimiz hücumçu nəinki “Qəbələ”nin, həm də çempionatımızın siması olsun” 25-06-2017, 23:16 AÇ üçün heyət açıqlandı 25-06-2017, 23:15 Ölkə çempionatı başa çatdı 25-06-2017, 23:14 Ukrayna ilə bacarmadıq 25-06-2017, 23:13 Nağı Səfərova yenə etimad göstərildi 25-06-2017, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi 25-06-2017, 23:10 Kamran Şahsuvarlı finalda 25-06-2017, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı 25-06-2017, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı 25-06-2017, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax 25-06-2017, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi 25-06-2017, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi 25-06-2017, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi 25-06-2017, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı 25-06-2017, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib 25-06-2017, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır 25-06-2017, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də 25-06-2017, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq 25-06-2017, 22:33 Yığmamız qrupda qaldı 25-06-2017, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi 25-06-2017, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır 25-06-2017, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi 25-06-2017, 22:09 TRANSFER DOSYESİ 25-06-2017, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı 25-06-2017, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı 25-06-2017, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır Bütün xəbərlər
Ən çox oxunanlar