27 sen 13:38aktual

Sənan Qurbanov “Qəbələ”nin oyunlarına baxmır


“Meydanda və ondan kənarda çox səhvim oldu”
Roman Qriqorçukun gedişindən sonra “Qəbələ” Sənan Qurbanova tapşırılanda, açığı, baş məşqçi kimi debüt edən mütəxəssisin uğur qazanacağına, demək olar, heç kim inanmırdı. Düzdü, bölgə təmsilçisi premyer-liqanı mükafatsız başa vurdu. Lakin komandasının ölkə kubokunun yarımfinalında “Qarabağ” səddini adlayıb, həlledici matçda “Sumqayıt”ı məğlub etməsi həm həmin vaxt heyətdə olan futbolçuların, həm də Sənan Qurbanovun adının “Qəbələ”nin tarixinə yazılması ilə nəticələndi. Çünki bu, “qırmızı-qaralar”ın tarixində ilk titul idi.
Kubok əldə olunandan sonra Qurbanova inam xeyli artmışdı. Hətta yayda aparıcı futbolçuların komandanı tərk etməsinə baxmayaraq, qəbələlilərin inamlı təsir bağışlayacağına ümid edənlərin sayı az deyildi. Amma bu dəfə alınmadı. Avroliqada Tiflis “Dinamo”suna boyun əyən “Qəbələ” çempionata ardıcıl üç yenilgi ilə başladı. Və ən dəhşətlisi, qol vurmadan. “Keşlə”yə məğlubiyyətdən sonra isə istefa verdi.
Sənan bəy artıq xeyli vaxtdı kənardadı. Komandaya Elmar Baxşıyev başçılıq edir, nəticələr də xeyli yaxşılaşıb. İki səfər oyununda 4 xal. Kubokun son qalibinin uğurlu çıxışından sonra ortaya bəzi suallar çıxıb ki, həmin sualların cavabını Qurbanovla söhbətdə tapmağa çalışdıq.
“Bəlkə də getməyim xeyirlərinə oldu”
- Hələ də klubdan verilən telefon nömrəsini işlədirsiz. Halbuki işdən ayrılanların nömrəni təhvil verdiyini bilirəm. Deyəsən, “Qəbələ”dən tam ayrılmamısız, ya da qayıtmaq ehtimalı var...
- Nə klubda işləyirəm, nə də qayıtmaq söhbəti var. Klubdan bir nəfərlə danışdım, dedi ki, hələ qalsın, özümüz xəbər edəcəyik. Qalıb da, nəyi pisdi ki?! (gülür)
- “Qəbələ”ylə tam üzülüşdüz?
- Bəli-bəli. Fariz müəllimlə (klub prezidenti Fariz Nəcəfovu nəzərdə tutur – H.) görüşüb söhbət etdik, hər şeyə görə təşəkkürümü bildirdim, sonda halallaşıb ayrıldıq.
- Premyer-liqa oyunlarına baxırsız?
- Əlbəttə, izləyirəm.
- Çempionat kənardan necə görünür? Məşqçi işləyəndə maraqlı gəlirdi, yoxsa azarkeş kimi?
- Nə gizlədim, bəlkə də təzə-təzədi deyə adama ağır gəlir. Məşqçi, yaxud azarkeş fərqi aparmamışam. Sadəcə, oyunlara baxıram, özüm üçün müəyyən təhlillər aparıram. Maraqlı oyunlar çoxdu, məsələn, “Neftçi” – “Keşlə” görüşünü televiziya qarşısında izlədim, xoşuma gəldi. Gərginlik var idi. O biri görüşlərə tam bax bilməmişəm.
- “Qəbələ”nin oyunlarına baxmırsız ki?
- Düzünü desəm, yox. “Sabah”la qarşılaşan gün rayondan gəlirdim deyə, baş qarışıq idi. Yalnız ikinci hissədə yaşananları görə bildim. Nə gizlədim, “Səbail”lə oyuna baxa bilməmişəm.
- Niyə?
- Nə deyim?
- Çətindi deyəsən...
- Çətin deyəndə ki... “Qəbələ” mənim üçün doğma klub, doğma komandadı, heç bir problem yoxdu. Sadəcə, bir az baş qarışıq idi. Neçə ildi işləyirdim, dost-tanışı, qohum-əqrəbanı görməyə vaxt tapmırdım. Ona görə də oyuna baxmaq alınmadı.
- Sənan Qurbanovun rəhbərliyi altında 3 oyunun hamısında məğlub olub qapısından 9 cavabsız top vuran komandanın son 2 görüşdə 2 qol vurub, 1 top buraxması, üstəgəl, bunun nəticəsində 4 xal qazanmasına təəccübləndiz?
- Maşфllah olsun. O vaxt da demişdim ki, gənc olmalarına baxmayaraq, bacarıqlı gənclərimiz var. 2 oyuna 4 xal toplayıblarsa, deməli, bacarırlar. Saytlarda yazılanları da oxuyuram, komanda yüksəlişdədi, nəticələr ürəkaçandı. Belə də saxlasınlar.
- Təəccübləndiz, ya yox?
- Dediyim kimi, komandanın potensialı var və mən də bunu yaxşı bilirəm. Sadəcə, hər kollektivdə eniş-yoxuş dövrü olur. Görünür, komandaya yeni nəfəs lazım idi. Bəlkə də getməyim xeyirlərinə oldu.
- Komandanın potensialı var idi, amma nəticə yox. Günah baş məşqçidəydi?
(yazı tam halda qəzetin çap variantında)
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi Bu gün, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama Bu gün, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” Bu gün, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub Bu gün, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı Bu gün, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi 11-10-2019, 12:55 Boş tribunalar önündə əzmkar qələbə 11-10-2019, 12:52 Hakimlərin mühakiməsi 11-10-2019, 12:49 3120 manatlıq iclas 11-10-2019, 12:45 “CBC Sport”un baş redaktoru suallardan yayındı 11-10-2019, 12:44 “Bu yolda əməyimizi, köməyimizi göstərməyə hər zaman hazırıq” 11-10-2019, 12:43 APOEL-in hücumçusu ikinci yerə layiq olduqlarını düşünür 11-10-2019, 12:39 “Araz” meydan sahibləri ilə bacarmadı 9-10-2019, 12:00 Dron qalmaqalının təşkilatçısı Mxitaryanla telefonla danışıb 9-10-2019, 11:57 “Zirə” Buma görə 100 min dollar tələb edib 9-10-2019, 11:55 Jezniçak Bakıya gəldi 9-10-2019, 11:54 Aftandil Hacıyev ilk dövrəni qənaətbəxş sayır 9-10-2019, 11:50 “Neftçi” böhrandan çıxır, “Səbail”də böhran başlayıb 9-10-2019, 11:45 "Qarabağ" “Sabah”la oyunda da büdrəmədi 9-10-2019, 11:38 Zirədən qonaqlar razı getdi 9-10-2019, 11:30 “Araz” ÇL-də mübarizəyə başlayır 9-10-2019, 11:27 “Kapital Bank Arena”da səssiz gecə 9-10-2019, 11:25 Rüfət “Proyssen”i məğlubiyyətdən xilas etdi 9-10-2019, 11:23 Dron qaldırdı, indi də təhdid yağdırır! 9-10-2019, 11:16 Hardasan, Azərbaycan dövləti? 9-10-2019, 11:14 Dövrə yekunu: "Qarabağ" ən yaxın izləyicisindən 10 xal öndə! 4-10-2019, 12:46 “UltrAslan Azərbaycan”ın 7 min manat xərci çıxıb 4-10-2019, 12:44 Verniduba vasitəçilik edən Səbuhi Səfiyarlı deyil 4-10-2019, 12:42 Yurçeviç Eddini yığmaya qaytardı 4-10-2019, 12:39 Alesio ÇL üçün 12 futzalçı sifariş etdi 4-10-2019, 12:34 Musa Qurbanlı sabiq komandasını cəzalandırdı 4-10-2019, 12:33 Emil yenə ən yaxşılar arasında 4-10-2019, 12:31 Özat “Sabah”la danışıq apardığını təsdiqlədi 4-10-2019, 12:29 Sumqayıtda danışılmış oyunlarla bağlı seminar 4-10-2019, 12:13 Riad Rəfiyev: “Bizim günahımız nədi ki, Nazim Süleymanov məndən, klubdan narazılıq edir?” 4-10-2019, 12:06 “Qəbələ” Nikosiyadan yaxşı nəticə ilə qayıdır 4-10-2019, 12:04 "Qarabağ"ın baş meneceri yenidən seçildi Bütün xəbərlər
Ən çox oxunanlar