25 sen 17:50aktual

Mustivar “Qarabağ”la sona qədər mübarizə aparacaqlarını deyir


“Ötən mövsümü yada salaq, “Qarabağ”dan 8 xal öndəydik, qış fasiləsinə üstün yollanmışdıq”
“Neftçi” premyer-liqanın növbəti oyununda da qələbəyə həsrət qalmaqla əsas rəqibi “Qarabağ”a yaxınlaşmaq yolunda azarkeşlərini üzdü. Matçdan sonrakı mətbuat konfransında baş məşqçi Roberto Bordin komandasında ciddi problemin olmadığını deyib, çətinliyi psixoloji problemlə əlaqələndirdi. Əlbəttə, bu mənada futbolçuların fikrini öyrənmək, onların düşüncəsini bilmək də maraqlı olardı. Lakin üzgün görünən oyunçulardan heç biri danışmaq istəmədi.
Həmin an əsəbi olduqlarını anlamaq çətin deyildi. Ona görə də hansısa biri ilə “soyuq baş”la danışmaq istədik. Emin Mahmudovla Namiq Ələsgərov, eləcə də Vild-Donald Gerye müsahibə vermək əhvalında olmadığını dilə gətirəndən sonra “ağ-qaralar”ın aparıcı və təcrübəli üzvü Soni Mustivarı aradıq. Komanda yoldaşlarından fərqli Haiti yığmasının futbolçusu çətin durumda olsa da, müsahibə verməkdən imtina etmədi.
- Bilirəm, belə vəziyyətdə danışmaq, heç-heçəyə şərh vermək çətindi. Lakin azarkeşlər sizdən reaksiya gözləyir, düşdüyünüz durumun səbəbini eşitmək istəyirlər. Nə deyə bilərsən?
- Desəm ki, vəziyyət faciəvidi, yalan olar. Təbii, müəyyən üzgünlük var. Azarkeşlərimiz kimi, biz də qələbələri sıralamaq, üst pillələrdən birində yer almaq istəyirik. Lakin tək futbolda yox, idmanın istənilən növündə hər şey heç də sən istəyən kimi olmur. Çempionat yeni başlayıb, cəmi 5 tur geridə qalıb. İnsanların bizdən daha artığını gözlədiyini bilirəm. Ona görə narahat deyiləm ki, vəziyyəti xeyrimizə dəyişəcəyimizə əminəm. Çünki bunu bacaraq komandaya sahib olduğumuza əminəm. Yadınızdadısa, “Arsenal”la oyunlardan əvvəl çoxları bizi siyahıdan silmişdi. Amma əksəriyyətin gözləmədiyi halda Rusiya təmsilçisini mübarizədən kənarlaşdırmağı bacardıq. Həm də qol buraxmadan. Həmin kollektivdi, həmin baş məşqçi və futbolçulardı. Düzələcək...
- Həmin məşqçi, həmin futbolçular... Maraqlıdı, nə baş verir? “Arsenal”la oyunlardakı komandanı görməyimizə nə mane olur?
- Oyunlarımıza diqqətlə baxın, heç bir rəqibdən geri qalmırıq, əksinə, üstün görünürük. Mən bunu şanssızlıqla əlaqələndirərdim. Əsas problem qol vurmaqla bağlıdı. Ya sonuncu ötürmə çatmır, ya da son nöqtəni qoymaqda aqressivlik. Oyuna nəzarət edirik, hücum edirik, hər matçda azı 3-4 qol şansımız olur, di gəl ki, rəqib qapısına yol tapa bilmirik. Hücumda aqressiv olmalıyıq. Bu, təkcə hücum xəttindəkilərə yox, hamımıza aiddi.
- Axı bu, bir-iki ay əvvəl Avroliqada 6 oyunda rəqib qapılarından 16 top keçirmiş komandadı, həmin futbolçulardı. Sənə elə gəlmir ki, problem psixoloji durumla bağlıdı? Sanki “Bney Yehuda” ilə matçlardan sonra toparlana bilmirsiz.
- Belə deməzdim. Razıyam, “Bney Yehuda” ilə matçlardan sonra hamımız şokdaydıq, üzgünlük vardı, nə baş verdiyini heç kim anlamırdı. Çünki İsrail təmsilçisini keçəcəyimizi təxmin edirdik. Lakin o dönəm geridə qalıb. Həm də Avroliqa başqadı, çempionat başqa. İnanmıram ki, “Zirə”, yaxud “Keşlə” ilə oyunlara hazırlaşanda, yaxud meydanda mübarizə aparanda, kiminsə yadına “Bney Yehuda” düşsün. İndiki problemi dediyim məqamda görürəm – hücumda aqressivliyin çatmamasında.
- Bəlkə də itirlən xallar futbolçularda müəyyən əsəbilik, tələskənlik yaradır, bu da gərginliyə səbəb olur deyə, meydanda istədiyinizi edə bilmirsiz.
- Sizi inandırım, futbolçu əsəbi və tələskən olmayandan sonra heç nəyə nail olmayacaq. Uğur qazanmaq istəyirsənsə, əsəb və aqressivlik vacib şərtdi. Rahat və sakit olanda ovcunun içindəki qələbə də əldən çıxır. Lakin məğlubiyyət qorxusu, belə deyim, əsəbilik olanda rəqibi məhv etmək istəyirsən. Məncə, bu, pis xüsusisiyyət deyil.
- Komandada, klubda hansısa problem var?
- Nə mənada?
- Rəhbərliklə, baş məşqçi ilə, yaxud pulla bağlı.
- Xeyr-xeyr, heç bir problem yoxdu. Adama da təsir edən odu ki, heç bir çətinlik olmadan vəziyyət bu yerə çatıb. Ona görə də əl-ələ verib qələbələri sıralamalıyıq.
- Çempionluq yolundakı əsas rəqibiniz “Qarabağ” bu gün “Zirə”ni udsa, arada 10 xallıq fərq yaranacaq. Belədə mübarizəni bitmiş saymayacaqsan?
- Az öncə dediyim kimi, futbolda enişli-yoxuşlu yollar var, üstəlik, çempionat da yeni başlayıb. Ötən mövsümü yada salaq, “Qarabağ”dan 8 xal öndəydik, qış fasiləsinə üstün yollanmışdıq. Onda da çoxları bizi çempion görürdü. Sonluq necə oldu? Deməyim odu ki, mübarizə bundan sonra başlayacaq. Hələ heç nə itirilməyib.
- Lakin rəqibiniz illərin təcrübəsini daşıyan “Qarabağ”dı, sıradan komanda yox.
- Bilirəm, yaxşı başa düşürəm. Lakin “Qarabağ” təcrübəlidi, yaxşı heyətə malikdi deyə, qollarımızı yanımıza salmaq fikrində deyilik. Əlbəttə, çətin olacaq. Sona qədər döyüşəcək, mübarizə aparacağıq.
- Bu gün çempionluğa əsas namizəd “Qarabağ”dı. Bu fikirlə razısan?
- Bir komanda ardıcıl 6 dəfə çempion olursa, ardıcıl 6 il avrokubokların qrup mərhələsində çıxış edirsə, favorit göstərilməsi normaldı. Onlar bunu bir günün içində etməyiblər. Çempion kollektiv formalaşdırmaq illər tələb edir, 3-5 günün içində olmur. Yaxşı büdcələri, yaxşı futbolçuları, illərdi komandanın başında olan baş məşqçiləri, vacib olan təcrübələri var. Ona görə də futbolsevərlərin onlara inamı böyükdü.
- Söz verirsən ki, çempionluq yolunda sona qədər “Qarabağ”ın yaxasından əl çəkməyəcəksiz?
- Onsuz da belə olacaq, söz versəm də, verməsəm də.
- “Forza Neftçi”nin üzvlərinin sənə, sənin də onlara olan sevgisindən xəbərdaram. Lakin həmin fanatlar xeyli vaxtdı tribunadan uzaq düşüblər. Bu haqda nə deyə bilərsən?
- Düz qeyd etsiz, çox yaxşı münasibətimiz var, onları sevirəm. Çünki futbolu azarkeşlər üçün oynayırıq. Amma nə baş verdiyini başa düşə bilmirəm. Azarkeş və komanda deyiriksə, yaxşı və pis günlərdə birgə olmalıyıq. Başa düşürəm, nəticələr yaxşı deyil, onlar da üzülürlər. Əksinə, belə durumda birlik nümayiş etdirməliyik. Onlara nə deyə bilərəm? “Neftçi”ni bu vəziyyətdən çıxarmaq üçün sona qədər döyüşəcəyik və ən əsası, onlara ehtiyacımız var. “Barselona” dünyanın ən yaxşısıdı, dünən 0:2 uduzdular. Belə hallar olur, normaldı. Stadiona gəlsinlər, dəstək versinlər, güclü olduğumuzu sübut edək.
- Bəlkə 2-3 nəfər aparıcı futbolçu azarkeşlərlə görüşəsiz?
- Nə demək istədiyinizi başa düşürəm. Gəlin, məsələyə hərtərəfli baxaq. Hər dəfə uduzanda, yaxud “qara zolağa düşəndə” azarkeşlər bizdən küsəcək, biz də onlarla görüşəcəyik. Sizcə, bu nə dərəcədə doğrudu? Bəli, daha öncə bir neçə futbolçunun azarkeşlərlə görüşü olub, söhbət etmişik, nələrisə müzakirə etmişik. Lakin hər dəfə istədiyimiz nəticə olmayanda görüşmək də yaxşı hal deyil. Onlar da, biz də - hamımız “Neftçi”nin adını yüksək tutmaq üçün çalışırıq. Ona görə də bir olmalıyıq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi Dünən, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama Dünən, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” Dünən, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub Dünən, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı Dünən, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi 11-10-2019, 12:55 Boş tribunalar önündə əzmkar qələbə 11-10-2019, 12:52 Hakimlərin mühakiməsi 11-10-2019, 12:49 3120 manatlıq iclas 11-10-2019, 12:45 “CBC Sport”un baş redaktoru suallardan yayındı 11-10-2019, 12:44 “Bu yolda əməyimizi, köməyimizi göstərməyə hər zaman hazırıq” 11-10-2019, 12:43 APOEL-in hücumçusu ikinci yerə layiq olduqlarını düşünür 11-10-2019, 12:39 “Araz” meydan sahibləri ilə bacarmadı 9-10-2019, 12:00 Dron qalmaqalının təşkilatçısı Mxitaryanla telefonla danışıb 9-10-2019, 11:57 “Zirə” Buma görə 100 min dollar tələb edib 9-10-2019, 11:55 Jezniçak Bakıya gəldi 9-10-2019, 11:54 Aftandil Hacıyev ilk dövrəni qənaətbəxş sayır 9-10-2019, 11:50 “Neftçi” böhrandan çıxır, “Səbail”də böhran başlayıb 9-10-2019, 11:45 "Qarabağ" “Sabah”la oyunda da büdrəmədi 9-10-2019, 11:38 Zirədən qonaqlar razı getdi 9-10-2019, 11:30 “Araz” ÇL-də mübarizəyə başlayır 9-10-2019, 11:27 “Kapital Bank Arena”da səssiz gecə 9-10-2019, 11:25 Rüfət “Proyssen”i məğlubiyyətdən xilas etdi 9-10-2019, 11:23 Dron qaldırdı, indi də təhdid yağdırır! 9-10-2019, 11:16 Hardasan, Azərbaycan dövləti? 9-10-2019, 11:14 Dövrə yekunu: "Qarabağ" ən yaxın izləyicisindən 10 xal öndə! 4-10-2019, 12:46 “UltrAslan Azərbaycan”ın 7 min manat xərci çıxıb 4-10-2019, 12:44 Verniduba vasitəçilik edən Səbuhi Səfiyarlı deyil 4-10-2019, 12:42 Yurçeviç Eddini yığmaya qaytardı 4-10-2019, 12:39 Alesio ÇL üçün 12 futzalçı sifariş etdi 4-10-2019, 12:34 Musa Qurbanlı sabiq komandasını cəzalandırdı 4-10-2019, 12:33 Emil yenə ən yaxşılar arasında 4-10-2019, 12:31 Özat “Sabah”la danışıq apardığını təsdiqlədi 4-10-2019, 12:29 Sumqayıtda danışılmış oyunlarla bağlı seminar 4-10-2019, 12:13 Riad Rəfiyev: “Bizim günahımız nədi ki, Nazim Süleymanov məndən, klubdan narazılıq edir?” 4-10-2019, 12:06 “Qəbələ” Nikosiyadan yaxşı nəticə ilə qayıdır 4-10-2019, 12:04 "Qarabağ"ın baş meneceri yenidən seçildi Bütün xəbərlər
Ən çox oxunanlar